AzeriMuslims.com

AZERUS
GOAdvertise with Us

Ana səhifə
Xəbərlər
Məqalələr
Yüklə
Sual-Cavab
Forum
Quran
Kim-Kimdir yeni
Linklər
 
Namaz vaxtı: 10-09-2010
Sübh05:44
İşraq07:16
Zöhr13:38
Əsr17:13
Məğrib19:59
İşa21:27
 

Günün sualı
Ramazanın son 10 günü sizin üçün nə deməkdir?
Bu ayda günahlardan təmizlənməyim üçün son fürsətdir
Heç bir fərq görmürəm
Bacardığım qədər gecələri ibadətlə keçirməyə çalışıram
Bu gecələrdən lazımınca istifadə edə bilmirəm

Sualların arxivi


  
Email:

  


  İlk hicablı millət vəkili olmaqdan şərəf duyuram
21-05-2007


Mərvə Kavakçı:  İlk hicablı millət vəkili olmaqdan şərəf duyuram

Saytımızın Türkiyə Böyük Millət Məclisinin ilk hicablı deputatı  Mərvə Sefa Kavakçı ilə müsahibəsini oxucularımıza təqdim edirik.    


Baş örtüsü və  siyasət nə qədər uzlaşır. Bu iki  qavrama anlam gətirmənizi  xahiş  edərdik.

Bismilləhir-rəhmanir-rəhim

Başörtüsü Allahn bir əmridir. Namaz qılmaq, oruc tutmaq, kimi. Baş örtüsü, daha geniş mənası ilə təsəttür dinimizin həqiqətlərindən sadəcə birisidir. Necə ki. bu gün dünyada namazını 5 vaxt qılan müsəlmanlar və namaz qılmayan üsəlmanlar vardır, eləcədə başını örtən müsəlman qadınlar və örtməyən müsəlman qadınlar vardır. Müsəlman qadın başını örtməklə dinini tamamlamamış olmaya bilər (çünki, əməl etməsi gərək olan başqa əmrlər də vardır), amma baş örtməmək də dini tam mənası ilə yaşamamaq deməkdir. Siyasətə gəldikdə: Müsəlman ömrünü dinin faydalı saydığı bir işlə keçirməlidir. Əmr bil-məruf nəhy anil-münkər, yəni  yaxşılıqları əmr edib pisliklərdən çəkindirmək hər müsəlmanın vəzifəsidir. Siyasət həm faydalı bir iş, eyni zamanda da  əmr bil-məruf nəhy anil-münkərə imkan verən peşədir. Bəzilərinə görə müsəlman siyasətə daxil olmamalıdır, ancaq peyğəmbərimiz  Muhamməd (s) ömrünü siyasətlə məşğul olaraq keçirmişdir. Mən müsəlman kişi və qadnlarn siyasətlə məşğul olmalarında bir məhzur görməməkdə, əksinə siyasətin içərisində yaşadığımız kompleks dünyada bir gərəklilik olduğuna inanmaqdayam. Başörtüsü və siyasəti bir-birinə ziddiyyətli olaraq görmürəm.

Sizcə siyasətdə  başarılı qadın evdə də  yönəticidirmi?

Siyasi həyat içərisində olmaq əlbəttə ki,. insani əlaqələr, insanları idarə etmə məsələlərində təcrübə əldə etməyə səbəb olur. Qadın və ya kişi bu təcrübədən qazandqlarını ailə həyatında bir qədər tətbiq edə bilər, ancaq siyasətdəki uğur evdəki idarəçiliklə birbaşa əlaqələndirilməz deyə düşünməkdəyəm. Siyasət kişilərə aid bir sahədir. Qadınların bütün dünya üzrə siyasətdə fəal iştirakı qarşı cinsə nəzərən çox aşağıdır. Bu, inkişaf etməkdə olan ölkələr qədər, inkişaf etmiş ölkələrdə də belədir. “Kişi-dominant” bir sahədə qadının önündə bir çox əngəllər vardır. Siyasətdə uğur qazanan qadın bu əngəlləri çox zaman qismən də olsa aşa bimiş deməkdir. Yəni, siyasət güclü bir qadın siması formalaşdırmaqdadır. Bu güc qadına ailə həyatında bəzi zamanlarda qadına fayda, bəzi zamanlarda da zərər gətirməkdədir.

Bəzilərinə  görə müsəlmanlar sadəcə  dəvətlə məşğul olmalı və  siyasətə əsla müdaxilə etməməlidirlər. Mərvə Kavakçıya görə bu necədir?

Daha əvvəlcə də ifadə etdiyim kimi, mən müsəlanın nəinki siyasətdən uzaq durması, hətta tam tərsinə siyasətə girməsinin vacibliyi qənaətindəyəm. Bu gün dünya siyasətlə idarə edilməkdədir. Bunu deyərkən “siyasət” kəliməsini daha geniş mənada istifadə etməkdəyəm. “Müsəlmanalar siyasətə girməsin” şüarları ilə bu günlərə gəldik. Nəticədə nə oldu? İnsanlar pis idarə edilərək idarəçilərdən şikayət edər oldular. Müsəlmanlara da meydanın kənarından seyr etmək qaldı. Amma, müsəlman etdiyi səhvi əli ilə düzəldəndir. Əli ilə bacarmazsa dili ilə düzəldəndir, zülmə qarşı səssiz qalmayandır. Bu gün dünya zülmlə qaynayır. Biz isə, müsəlman əlini-əyağını dünyadan çəksin, siyasəti başqalarına buraxsın deyirik. Bu olmaz.

Sizin  məclisdə olmanız böyük  səs-küyə səbəb oldu. Siz məclisə  girmədən  əvvəl belə olacağını bilmirdinizmi ? Bilirdinizsə nə üçün  məslisdə iştirak etdiniz ?

Bəli, çox təəssüf ki, mənim 1999-cu ildə ilk başörtülü millət vəkili olaraq seçilməyim arzuolunmaz hadisələrlə nəticələndi. Mən İstanbul millət vəkili idim. Hər bir millət vəkilliyinə namizəd kimi mən də seçki ərazisində seçkilərdən əvvəl kampanya başlatdım. Türkiyə üçün, xüsusilə Türkiyə qadınları və gəncləri üçün nələr edəcəyimi seçicilərimə anlatdım. İstanbullular da mənə etimad etdi və məni onları təmsil etmək üçün Türkiyə Böyük Millət Məclisinə yolladı. Ancaq bir qurup millət vəkili və o zamanın baş naziri Ecevit və prezident Dəmirəl  mənim qiyafətimə “ilişib” qaldılar. Başımdakı örtümdən o yana keçə bilmədilər. Bu tam mənası ilə bir qadın diskirminasiyası idi. Məni protest edərək vəzifəmin icrasına mane olamları tam mənası ilə qanunların tapdalanması idi. Çünki, qadın millət vəkillərinin başları açıq olacaq deyə bir qanun yoxdur. Ancaq onların gözü elə dönmüşdü ki, qanunlar və sairə nəzərlərində deyildi və ogünki təpkini göstərdilər. Əlbəttə seçkilərə hazırlıq zamanı məni istəməyəcək, sevməyəcək, hətta mənə nifrət edəcək insanların olacağını bilirdim. Amma hər kəsin ümumbəşəri dəyərlər çərçivəsində hərəkət edəcəyinə inanırdım.Bir insan digər birisi ilə anlaşmazlıq içərisində ola bilər, amma, ona hörmət etməsi müasir həyat anlayışının bir gərəyidir deyə düşünürdüm. Təəssüf ki, o günkü “sözdə” Demokratik Sol Partiya üzvləri heç də demokratik olmayan çirkin bir münasibət göstərdilər. Mənə edilənlər əslində mənim şəxsimdə seçicilərimə edilməkdə idi.  Mənim Məclisdə olamğım sadəcə bir haq deyil, İstanbullular tərəfindən mənim çiynimə yüklənmiş bir vəzifə idi. Mən də bu vəzifəni şərəflə yerinə yetirməyə hazır idim.

Sizə yenə də belə bir şans nəsib olsa yenə də əvvəl ki sövqlə məclisə qatılardınızmı ?

Mənim inancımdan, başımdakı örtümdən vaz keçməyim söhbət mövzusu ola bilməz. Bu məsələdə hər hansı bir güzəştə getməyim mümkün deyil. İlk başörtülü millətvəkili olmaqdan şərəf duymaqdayam. Belə bir vəzifəyə Türk insanı məni yenə gətirsə heç tərəddüd etmədən qəbul edəcəyəm. Qadınların siyasətdə iştirakının hər ölkədə olduğu kimi Türkiyədə də artması üçün gərəkli açılımlara baş vurulması zəruridir.

Bu  gün Mərvə Kavakcı nə ilə  məşğuldur ?

Bu gün üzərimdə 2001-ci ildə başlamış olan siyasət qadağası olduğu üçün fəal siyasətlə məşğul ola bilmirəm. Ancaq Haqqı müdafiə etmək üçün illa da Məclisdə oturmaq lazım deyildir. Bu gün həyatımı Vaşinqtonda davam etdirməkdəyəm. Məliumdur ki, bura dünya siyasətinin mərkəzidir. Corc Vaşinqton Universitetində beynəlxalq əlaqələr ixtisası üzrə müəllimlik etməkdəyəm. Eyni zamanda Türkiyədəki Vakit qəzetində köşə yazarıyam və bir də ABŞ Konqresinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasında Türkiyədə din azadlığı məsələləri üzrə müşüvirlik etməkdəyəm.1999-cu ildə TBMM-ə seçildiyim zaman seçicilərim İstanbul əhalisi idi. Onların problemləri mənim üçün ən mühüm idi. Bun gün isə təmsil etdiyim kütlə baş örtüsü üzrə hüquqları pozulan qadınlardır. Onların dərdi mənim dərdim, sevinci mənim sevincimdir. Bu gün baş örtüsü məğdurlarının səsini və göz yaşını qərar sahiblərinə çatsdıracaq insanlara ehtiyac vardır. Bu vəzifəni daşımaqdan şərəf duyuram. Türkiyədə baş örtüsü qadağası otuz illik bir keçmişə sahibdir. İlk başlanğıcı 1980-ci illərə dayanmaqdadır. Ancaq 1999-cu ildə mən Məclisə seçilənə qədər dünya gündəmində bu məsələ tanınmamışdı. Məclisdə yaşadıqlarımızla dünya mətbuatı və beynəlxalq arena Türkiyədə belə bir problem olduğunu görmüş oldu. Problemin tanınmış olması onun həllinə doğru atılan addım olduğundan yaşananların xeyirlərin fəthinə vəsilə olacağına inanıram. Bundan başqa Amerika və Avropa universittetlərində mühazirələrim olur. Mənim üçün ən əhəmiyyətli məşğuliyyətlərdən biri də Avriopa İnsan Haqqları Məhkəməsində qaldrmış olduğum iddianı izləməkdir.

Azərbaycan haqda nə kimi  bilgilərə sahibsiniz ?

Azərbaycan türk insanı üçün qardaş ölkədir. Bu dilimiz və dinimizin verdiyi bir qardaşlıq duyğusudur. Azərbaycanın rəqib dövlət olan Sovet İttifaqının çatısı altında olması bu qardaşlığı ortadan qaldıra bilməmişdir. Sovet İttifaqının süqutu nəticəsində azəri xalqı layiq olduğu hürriyətə qovuşmuşdur. Buna çox sevinirik. Bundan sonrakı işimiz iki ölkə arasında məhəbbəti və gediş-gəlişi, əlaqələri daha da möhkəmlətməkdir. Azərbaycana heç getməmişəm, ancaq oradakı dəyərli fəaliyyətlərdən xəbərdaram. Ümid edirəm ki, bir gün gedib oranı öz gözlərimlə görmək nəsib olacaqdr. Mən xüsusilə Azərbaycan mahnılarını çox sevirəm. Çox mahnı dinləyən insan olmama rəğmən Azəri türkülərini zövqlə dinləyir və hərdən zümzümə edirəm.

Keçmiş sovetlər birliyi qadını haqda fikirlərinizi  bilmək istərdik

Kommunist sisteminin gətirdiyi sıxıntlar sovet qadınları üzərində də hiss edilməkdə idi. Mən bu tip rejimlərin ən böyük sıxıntısının şəxsləri azad buraxmaması olduğu qənaətindəyəm. Təəssüf ki, sovet qadını da bundan nəsibini almışdı. Çalışqan, dürüst qadınlar əməklərinin qarşılığnı görə bilməmişlər. Din məfhumundan uzaq tutulmanın nəticələri də dəhşətlidir.

Bakıda olmaq istədinizmi  və əgər çağırılsanız bu  dəvətə icabət edərdinizmi

Əlbəttə çox arzu edirəm. İnşəallah, Rəbbim nəsib edər.

Bizə nəsihətiniz 

Əstəğfirullah, nəsihət deyil də azəri qardaşlarım üçün belə bir təmənnam vardır: Ümid edirəm ki, Qur`anın əmr etdiyi kimi Allahın ipinə dörd əllə sarılarlar və önlərinə çıxan bütün əngəlləri beləcə aşarlar. Qət edilməsi gərəkən yol uzun və məşəqqətlidir, amma unutmayaq ki, Allahın yardımı yaxındır, yetər ki, biz Ona üzümüzü çevirək.

Müsahibəni apardı  : Rufiz Rəhimov

4946 dəfə oxunub

İstifadəçi şərhləri


Ferid 05-09-2007 , 11:54
Allah hidayet versin!
Hadisi-sherif "Qadin evinden 3 halda chixar: ere gedende, tehsil alanda, olende." unudulmamalidir !
1) Oz menevi, daxili gozelliyinin azligindan ve ya yoxlugunda eziyyet cheken qadinlara muraciyyet: Hicabli bacilarimizin haqqi uzerinizdedir. Menim qezebimden ustun Rabbimin edaleti size hokm olsun. Amin.
2) Qadinlarinizi evinizde saxlayin. Bunu bize Allah ve Rasulu emr edib. Allahdan ve onun qiyamet gununden qorxun!


Fatime 18-08-2007 , 20:17

Men 1 şeyi basa dusmurem ki niye basini orten qadinlara sebr dileyirler?bas ortmek insana menen rahatliq verir pis avara insanlardan qoruyur.dinimizin buyurduqlarina emel edenlerin qelbi temiz mominlerin simalari nurlu olur.Allah hamimiza komek olsun

Leyla 21-07-2007 , 16:10
Qadın müasir cəmiyyətdə
Peyğəmbərimiz s.a.s qadın,kişiyə fərq qoymadantəhsil alın deyib.Müasir cemiyyetde qadın,kişi bir yerde təhsil alır.Onda qadın təhsil almamalıdı?hem qadın terbiyeçidirse savadsız qadın nece terbiyeçi olar.Uşağın terbiyesinde qadınla yanaşı kişiler de rol oynayır.İslam qadına işləməyi qadağan etməyib.o qadın Parlamentde bütün kişiler içinde tek de deyil axı.Örtünməyən qadınlara gələndə heç bu qədər problem olmur,görəsən niye?Oğlanlar qadınlar haqqında danışanda elə danışırlar ki sanki başı aşağı,bağlı birinə sataşan onlar deyil.Mən hələ ğrtünməyənlərdən danışmıram.Elə oğullar çox azdı ki qızlara hörmət etsin.

Mujaheed 25-05-2007 , 21:15
Seriat
salam aleykum uzun uzadi yazmiyacam! Bu kadin ozunu momune sayir? halbuki esl momuneler bas ortusu qadaqasindan eziyyet cekir defelerce doyulub soyulub turk munafiq polisleri terefinden ele bas ortulu" muminedise" onda bas ortusunun qadaqasina qarsi cixsin gucu catmirsa istefa versin ataturku ilah sayandan mumine olmaz!

hayat 22-05-2007 , 11:11
shexsi fikir
selamun aleykum. Allah istemeseydi o xanim orada olmazdi. demek ki, orada yapilacak daha cok isler var. husnu zanda bulunalim. Allah yar ve yardimciniz olsun.

17-04-2007 , 19:55

Kasib kimliyimi qizlətmək fikrim yoxdu.Sadəcə olaraq bunun əhəmiyyəti yoxdur.Bura mən cürəbə-cürə ad yaza bilərəm.Məni tanımaq istəsən səninlə görüşə bilərəm.Sənə hörmətim var, ancaq sənə biraz düşünmək lazımdır.Çünki sənin əvvəl yazdıqlarınla indi yazdığın üst-üstə düşmür.Birdə ki deyəsən səndə qəbul edirsənki, örpəkli qadında fikirləşirki kişilər öndə olar qadınlar yox.

KAsib 17-04-2007 , 16:24
Etiraz
{ BIRDƏKİ AY KASİB QADINA NƏYİN HALAL NƏYİN HARAM OLDUĞUNU ZƏNNİMCƏ SƏN ÇOX GÖZƏL BİLİRSƏN .
15-04-2007 , 03:18

1-cisi BU QADIN MİLLƏT VƏKİLİ OLARAQ NƏ ETMƏK İSTƏYİR ? 2-ci BU QADIN EVLİDİRSƏ ONUN COCUQLARINA EVİNDƏ KİM TERBİYE EDƏCƏK? ÜMUMİYƏTCƏ QADIN HARA İDARƏÇİLİK HARA?! BU QADINLARIN YƏQİN ƏRLƏRİ ŞƏHİD OLUBLAR.YADAKİ EVDƏ EV İŞLƏRİ İLƏ MƏŞQULDURLAR.AY CAMAAT AYIBDIR. ALLAHdan QORXUN}

Lutfan sgharh yazarkan kimliyinizi gizlatmayin.. Kimliyiniz gizlatdiyiniz zaman yazdiqlarinizin bir anlamai olmaz ... xoshca qalin va (papaqinizi va ya orpayinizi) qarshiniza qoyub yaxshica dushunun...

15-04-2007 , 23:16

BIRDƏKİ AY KASİB QADINA NƏYİN HALAL NƏYİN HARAM OLDUĞUNU ZƏNNİMCƏ SƏN ÇOX GÖZƏL BİLİRSƏN .

15-04-2007 , 15:18

1-cisi BU QADIN MİLLƏT VƏKİLİ OLARAQ NƏ ETMƏK İSTƏYİR ? 2-ci BU QADIN EVLİDİRSƏ ONUN COCUQLARINA EVİNDƏ KİM TERBİYE EDƏCƏK? ÜMUMİYƏTCƏ QADIN HARA İDARƏÇİLİK HARA?! BU QADINLARIN YƏQİN ƏRLƏRİ ŞƏHİD OLUBLAR.YADAKİ EVDƏ EV İŞLƏRİ İLƏ MƏŞQULDURLAR.AY CAMAAT AYIBDIR. ALLAHdan QORXUN

14-04-2007 , 01:13

KASIB SÖZLƏRİNƏ DİQQƏT ET.

Kasib 10-03-2007 , 21:25
InshAllah
InshAllah bir vaxt galir Merve Kavakchini ordan qoylayanlar ozlari ordan qowlanar massonlarin kolalari va sadiq kopaklaridir Bunlar Bir de qadin evinde oturar bozbash bishirer deyenlere demek isterdim ki sizn kimiler he4 vaxt adam olan deyilsiniz .. Sizinki ele mascid ev bazar masdiddir.. Gedin MAscid musalmani olmaqa davam edin Allah qabul etsin Amma kishi kimi ish goranlarin ayaqlarina dolashmayin !!!! kishi qeyratli xanima merve kavakchiya HALALDIR !!

azeri_nurcu 16-01-2007 , 23:10
ALLAH YARDIMCINIZ OLSUN
Evvela sozum o Ataturkcu qardasimadi. Sizin kimilere xosdu saci basi aciq modabazlari gormek.Amma bize yox.Sizin gozunuz sevinir orasi burasi aciga baxanda, Bizim ise bagli qadin gorende ureyimiz daga donur.Anan bacin da beledir boyuk ehtimal.Orasi burasi aciqdadir.Axi siz AVROPA medeniyyeti ile yasayanlarsiniz.Ataturkunde sizin kimilerinde mekani cehennem olur insallah.
Tesetture riayet eden butun bacilarima ALLAH(C.C) sebr versin. Bele bir zamanda girdiyiniz bu cetin yolda sizlere ugurlar.Dularim sinizledir.

zaxar 26-12-2006 , 00:03
ALLAHU AKBAR
ALLAH BUTUN ŞEHID OLAN ÇEÇEN GARDASHLARIMIZA REHMET ETSIN GEBRLERI NURLA DOLSUN

Muasir 18-12-2006 , 18:58
azem wallaya
Sizin kimi dushunenler Turkiyeni ele 80 il geriye goturmeye chalishir. At kafali yobazlar. 600 sene Islama uydugunuz sure dunyaya hukmettiniz, 50 sene unutur gibi oldunuz ve yerle bir oldunuz. Hakeza, Ataturk sadece bir vesileydi. Binlerce musluman Turk genci shehid oldugu zaman, analarinin bashlarini zorla achilacagini bilseydiler bence ilk once Ataturk'den hesap sorarlardi. Atatturk boyle bir shey istememishtir. Onun ilkelerinde ben hich bir zaman bash ortusunun yasaklanmasiyla alakali hich bir shey gormemishimdir. Kendi kafaniza gore uydurdugunuz kurallarinizi Ataturk ilkesi diye ortaya koymaktan hala bikmadiniz mi?

xalqın sesı 31-10-2006 , 12:20
azem wallaya cavab
ey gafıl..21. yy yashıyorsun hala dunyayı at gozluklerıyle goruyorsun..80 ıl evvelkı qanun yasa bugun hansı suala hansı dushunceye hansı xeyat bıcımıne cavab verır.deyıshmez tek qanun ALLAHIN qanunudur.cuce beyınler gucu elınde bulunduran yobaz cahıl sozde aydın pozuntuları turkıyenın gelecegıne yon veremezler..ıraq..afganıstan..cecenıstan bosna ve daha nıce yerlerde ıslam zulum altında ezap cekır..sızın kımı cahıl ne savundugunu bılmeyen yobazlar turkıyede kıl ıle tug ıle xıcabla ugrashırlar..yazıq cox yazıq bu olkeye..dılınızı dıbınıze soxun oturun qıcınızın ustune ..xalq her sheyı cox yaxshı gorub ve bılıb//

Muslim 29-10-2006 , 00:29
ANONIMAYA cavab
Sen ozun zavallisan ki Quran ayesi yazana bele cavab yaziran..bes eger sohbet parlamentden gederse onda nece..Muselman qadin kafirlerin tertib etdiyi qanunlarla ishleyen parlamentde otura biler?

RAHİM 26-09-2006 , 03:53
Salam
Bele mövzuya toxunduğunuz üçün teşekkür edirem.

abdullah 17-09-2006 , 16:27
şərh
SALAM ALEYKUM. ALLAH razi olsun . Inşallah yazdıqlarınız həqiqətdir. İnşallah tez bir zamanda ALLAH islamı bütün dunyada hakim edəcəkdir. Belə insanların və bizim simamızda. AMİN

emircelebi 12-09-2006 , 02:41
mevzu bahis
selamun aleykum. ben türkiyeli bir müslüman.yukarıdaki yazıları anlamaya çalıştı. görünen o ki bazı akhmaklar hariç herkes müslümanların birliğini istiyor.kafir buna engel olamayacak.inşallah"

omar_gurcu 06-09-2006 , 01:41
yasasin muslimanlar
gercekden tebrik ediyorum......ama unutmayinki durmak yok, herz gun bir adim ileri gitmelisiniz....basarlar dilerim.........


Share |


Şərh əlavə et

Müəllif    
Mövzu





 

çap versiyası     göndər     yuxarı

 
Vote For Us!
© 2005-2006 by AzeriMuslims TEAM. All right reserved.
Design © 2006 by AzeriMuslims. All right reserved.