

|

 |
| |
Moris Bukay
06-07-2006
 Moris Bukay necə İslamı qəbul etdi. Əvvəlcə Moris Bukayın kim oduğuna və nə ilə məşğul olduğuna nəzər salaq. O, Fransanın parlaq zəka sahibi, tanınmış elm adamlarından biridir. Həm atası, həm də anası fransızdır. Xristian mühitində böyüyüb tərbiyə almış, orta təhsilini başa vurduqdan sonra Fransa Universitetinin tibb fakultəsinə daxil omuşdur. Oranı birinciliklə bitirən Moris Bukay tezliklə Fransanın ən məşhur cərrahlarından birinə çevrilmişdir.Peşə həyatında qarşısına çıxan bir hadisə bu tanınmış cərrahın həyatını və dünya görüşünü dəyişir. Bilindiyi kimi, Fransa dövlətlər arsında mədəni-tatrixi irsin qorunması və arşdırılmasına ciddi diqqət edən dövlət kimi tanınmaqdadır.
1981-ci ildə Fransada hakimiyyətə gələn sosialist Fransua Mitteran elə həmin illərdə Misir Fironunun mumiyasını tədqiqat üçün Fransaya gətirilməsini təklif etmişdi. Tarixdə Misirin şahid olduğu tağutların ən məşhurunun cəsədini Fransaya nəql edilməsi baş tutdu. Fransa prezidenti və bir sıra dövlət adamları Fironun mumiyasını qarşılamaq üçün aeroportda bir sultanı qarşılayırmış kimi sıraya düzülmüşdülər. Elə bil ki, Firon heç ölməmiş, sağ idi. Onlar sanki, Fironun “Mən sizin ən uca rəbbiniz deyiləmmi?” - deyə xitab edəcəyini gözləyidilər. Beləcə, Fransada Misir Fironunun qəbul mərasimi başa çatdı. Onun mumiyalanmış cəsədi fərəh və məmnuniyyətlə qəbul edilərək Fransa Arxeoloji Tədqiqatlar Mərkəzinə gətirildi. Cərrahlar və anatomiya alimləri, arxeoloqlar Fironun cəsədini tədqiq etmək üçün toplaşdılar. Mərkəzin əsas məsul rəisi, cərrahalara başçlıq edən Moris Bukay idi. O digər araşdırmaçılar arasında fərqli bir yöndə araşdırma aparması ilə seçilirdi. O, istəyirdiki Fironun necə öldüyünü isbat etsin. Və tədqiqat bir gecə yarısı öz nəticəsini verdi. Fironun bədənində duz qalıqlarının çoxluğu onun suda boğulmasını göstərirdi. Dənizdə boğulub öldükdən sonra onun cəsədini sudan çıxarıb mumiyalamışlar. Təəccüblü bir də burası idi ki, digər firon mumiyalarından fərqli olaraq bu cəsəd uzun müddət suda qalmasna rəğmən tamamilə salamat qalmışdı. Sonda Moris Bukay etdikləri elmi arşdırmanın nəticələri haqqında raport hazırlamaq qərarına gəldi. Yannda olan yoldaşlarından biri onu tələsməməyə çağırırdı. Belə ki, müsəlmanlar da Fironun suda boğulmasından bəhs edirdilər. O, bu məlumata şiddətlə qarşı çıxdı, çünki, onun gəldiyi elmi nəticəyə ancaq inkişaf etmiş güclü tədqiqat cihazları və kompyuter sistemi ilə nail olmaq mümkün idi. Ancaq digər bir yoldaşı isə ona bu xəbəri verdi: “Müsəlmanların inandıqlar Qur`anda Fironun suda boğulması və sonra da çıxarılması barədə hekayə var.” Bu xəbər onu beynini qarışdrdı - bu necə ola bilərdi? Təqribən iki sər bundan öncə - miladi tarixlə 1898-ci ildə bu mumiya tapılmışdır. Qur`an isə 14 əsr bundan əvvəl meydana gəlmişdir. Bunu ağıl qəbul etmir. Həm bəşəriyyət həm də ərəblər mumiyalanmış Misir fironları barədə məlumatı yalnız son zamanlarda əldə etmişlər. Gecəni Fironun cəsədi yanında keçirən alim dostunun ona Qur`anda Fironun boğulduqdan sonra sudan çıxarılması barədə verdiyi məlumat barəsində düşündü. Həmçinin müqəddəs kitabları Matta və Luka İncillərində Musaya (ə) hücum edərkən Fironun boğulmasına aid fikirləri də ağılından keçirdi. Və düşünməyə başladı: “ Həqiqətənmi qarşısımakı bu cəsəd Musanı (ə) təqib edən edən Firona məxsusdur?” Bunu ağıl necə qəbul etsin?! Bu hadisə Muahamməddən (s) min il əvvəl olub. Mənim bu gün kəşf etdiyim bu məsələni o necə uydura bilərdi? Moris yatmayaraq gecəni bu fikirlərlə keçirdi. Ona Tövrat gətirmələrini istədi. Oradan “Çıxış səfəri” hissəsini oxudu. Orada deyilirdi: “Su qayıdaraq onların arxasınca dənizə girən Firon ordusunun atlılarnı qərq etdi. Onlardan bir nəfər belə qalmadı” Hətta İncildə belə Fironun cəsədinin çıxarılması və bütöv qalması barədə danışılmırdı. Beləcə Fironun mumiyasının bərpa və öyrənilməsi başa çatdırıldı və Fransa mumiyanı şüşə tabutun içərisində Firona layiq hörmətlə Misirə qaytardı. Morisin isə müsəlmanların bu cəsədin sudan çıxarılaraq saxlanacağına aid inancları beynini lərzəyə gətirmişdi, suallar onu rahat buraxmırdı. Bundan sonra o, Səudiyyə Ərəbistanına müsəlman təbib və anatomiya alimlərinin keçirdiyi konfransda işturak üçün getdi. Orada ilk mövzu Fronun suda qərq oldoqdan sonra çıxarılması barədə oldu. Bu kəşf barədə ilk söz alan iştirakçı alimlərdən biri Qur`andan Yunus surəsinin 92-ci ayəsini oxudu: “Səndən sonrakılara bir ibrət olsun deyə, bu gün səni xilas edəcəyik (sənin cansız bədənini sahilə atacağıq). Həqiqətən, insanların çoxusu ayələrimizdən qafildir!” Oxunan ayə Morrisi titrətdi. Elə bir hiss ona hakim kəsildi ki, yüksək bir səslə konfrans iştirakçılarının qrşısında bu sözləri söylədi: “Mən İslamı qəbul etdim və Qu`ana inandım” Moris Bukay Fransaya yeni bir insan olaraq qayıtdı. O, Fransada on il yaşadı. Ömrünün qalan hissəsini Qur`anın elmi həqiqətlərinə həsr etdi. Bir çox elmi kəşfləri Qur`an işığında açıqladı. “Nə öncə, nə də sonra batil ona yol tapa bilməz (Şeytan onun bir sözünü, bir hərfini belə dəyişə bilməz). O, hikmət sahibi, şükrə (tə’rifə) layiq olan (bütün işləri bəyənilən Allah) tərəfindən nazil edilmişdir.” (Fussilət 42) Bu illərin bəhrəsi olraq Moris Avropa ölkələrində geniş əks-səda doğuran bir kitab yazdı. Kitab belə adlanırdı, “Qur`an, Tövrat, İncil və elm... Müasir elmlərin işığında müqəddəs kitabların həqiqəti” İlk nəşrində kitab az bir zamanda sürətlə satılaraq kitab mağazalarında tükəndi. Əsəsr yenidən fransızca yüz minlərlə tirajla çap edilmiş, daha sonra bir çox Avropa dillərinə, ərbcəyə və farscaya çevrilmişdi. Kitab tezliklə şərqlinin, qərblinin, amerikalının əlində dolaşmağa başladı. Bir çox xristian və yəhudi gəncləri bu kitab vasitəsi ilə İslamla şərəflənirdilər. Amma qəlbləri və gözləri möhürlənmiş bu dinlərin bəzi elm sahibi nümayəndələri bu kitaba cavab yazmağı düşündülər. Bu kitablardan biri də Volim Kempelin “Tarix və elmin nuru qarşısında Kitabi-müqəddəs və Qur`an” adlı kitab idi. Qərbdə və şərqdə yayılan bu kitab gözlənilən nəticəni vermədi. Bu kitabla heç nəyə nail olunmadı və o tezliklə unuduldu. Təəccüblü burasıdır ki, bəzi qərb yazarları Morisin kitabına rəddiyyələr yazarkən bu kitab daha çox oxunmaqda və onun vasitəsi ilə daha çox insanlar müsəlman olmaqda idilər. Kitabının müqəddiməsində Moris yazırdı: “Quranın fənn elmləri barədə söylədiklərinə nəzər saldım və məni dəhşət bürüdü. Həmin günə qədər tədqiqatını apardığım bir çox elmi məsələlərin Qur`anda necə yüksəklərə çatdığının şahidi oldum. 13 əsr bundan əvvəl nazil olmasna baxmayaraq Quran müasir elmə işıq salmaqdadır.” İstər Fironunn cəsədi, istərsə də digər məsələlərdə Qur`anın çartdırdıqları öz elm və hikməti ilə bu kitabın olan bir Allahdan gəldiyini sübut etməkdədir. “Onlar Qur’an barəsində (onun Allah kəlamı olması haqqında) düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar.” (Nisa 82) 4525 dəfə oxunub İstifadəçi şərhləri
Elesker
26-03-2010 , 22:11
Yazdiginiz meqale cox maraqli bir meqledir.Allah sizden razi olsun
29-03-2009 , 15:03
salam
ALLAH SIZDEN RAZI OLSUN
Qul
01-08-2008 , 20:16
Musulmanka nikliye cavab!
Bismillah! Salam aleykum! Ele Jan Iv Kusto adli okeanoqrafa da, Moris Bukay demisdi de bu barede melumati.
Vessalam!
Musulmanka
16-07-2008 , 09:50
Quranin mocuzeleri!
ALLAH sizden razi olsun! Jak Er Kusto adli seyahetchi de Quranin mocuzesine heyran olmusdhur! O Araliq denizi ile Atlantik okeaninin birleshmemesini ashkar etmishdir amma sonra ona bu barede Quran-i Kerimde chox chox evvelden yazildiqini dediler! Quranin mocuzesine heyran olan Kusto Muselman olmushdur!
Sevda
09-04-2008 , 14:30
Moris Bukay
Bu məqaləni oxuduqdan sonra bilmədiyim məlumatları əldə etdim və sizə minnətdaram.
Orxan
22-10-2007 , 16:17
Bu movzunu oxuduqdan sonra, evde iki ruket artiq NAMAZ qilin, basinizi secdeden 2 saniye gec qaldirin, ve ya ele bu deq. 10 defe SUBHANALLAH deyin. Bununla hamimiz daha cox qazanc elde etmis olariq.
12-07-2007 , 16:01
man bu meqlani oxudum ve Moris Bukay kimi tuklerim biz biz durdu ALLAH sizdan razi olsun
fikret 12-11-2006, 04:03
14-11-2006 , 04:16
agli olanlar dushunsun
maraqli idi. camaat siz tesevvurunuze getirin ki, eger qur`an kitabini butun dillere tercume edilib, guclu teblig olunsa idi, belke de artiq bele meqaleleri oxuyanda bize normal tesir bagishlayacaqdi. Cox teesufler olsun indiki zalım, zinakar, pulgir bizimkiler dunya malina goz tikibler. vay olsun sizin yigdiniza, vay olsun sizin pulunuza, vay sizden artiq qalana, bele mexluqlara allah cehennemde icecekleri icki irin olacaq, yemekleri ise zeqqum olacaq. Allah dikbashlarin malindan, evlafindan kessin. AMİN.
Azeri_qizi
28-07-2006 , 16:15
Salam
Men ilk defedirki bu sayti achdim inanin dehshete geldim oxuyanda bu meqaleni.Chox maraqli meqaledir hetdda bu meqaleni yazib goturdum.Isterdim bunu Allahindan qorxmayan insanlar da oxusun.
aysel
28-07-2006 , 12:58
quran
bizi belle gozel melumatlarla biliklerdiyiniz ucun size tesekkur edirem
313
11-07-2006 , 22:03
SALAM
Salamş Deyirəm bəlkə də belə hərəkəti ilə bu şəxs əslində özünü müsəlman hesab edib müsəlmanlıqdan kənar hərəkət edənlər üçün bir örnəkdir. Amma təəssüf ki, elə Azərbaycanın özündə də indiyə kimi ancaq yeyib-içib, donuz kimi qarın və qarından aşağı şəhvətdən başqa heç bir şeyi düşünməyən səfillər də vardır...Allah onları hidayət etsin!
dingorevlileri
08-07-2006 , 14:32
haktir
evet cenabi HAK KURANI KERIMDE BU LANETLI KULU HEM DUNYADA DA IBRETLIK OLARAK INSANLARA GOSTERECEGINI REMZEN ISARET EDIYOR
AmmaR
07-07-2006 , 10:31
Bəli elədir. Allah bu dinlə istədiyni yüksəldir, izzətləndirir və elə bu dinlə də ıayiq olanı zəlil, rüsvay edir.
07-07-2006 , 00:15
Allah istadiyina hidayat verar
Salamlar ..
Allah istadiyina hidayat verar. Amma unutmaq lzim deyil ki Moris islamiyyata sharaf yox, Islamiyyat Morisa sharaf verdi ela deyil mi ??
seide
06-07-2006 , 14:00
cox maraqli meqaledir
buna benzer de hadiseler cox olmusdur.meselen ele jan jack roussonun basina gelenler.biz goruruk ki,ve sahidi oluruq ki quran bir elmdir ve butun elmlerin acaridir.ele alimlerin de islama gelmesi tesadufi ve qeyri adi bir sey kimi gorunmemelidir.quran butun elmlere isiq tutur lakin hele de bunu gormeyenler var.ancaq allah ele kafirleri imana erdirir ki,oz elmini onlar vasitesile qullarina tanidir.cunki insanlar elme ne qeder cox beled olsalar o qeder allahi derk eder ondan qorxar ve onun tek hakim,tek alim oldugunu qebul ederler.
çap versiyası
göndər yuxarı
|
|
|
 |