AZERUS
GOAdvertise with Us

Ana səhifə
Xəbərlər
Məqalələr
Yüklə
Sual-Cavab
Forum
Quran
Kim-Kimdir yeni
Linklər
 
Namaz vaxtı: 01-08-2010
Sübh
İşraq
Zöhr
Əsr
Məğrib
İşa
 

Günün sualı
Genetikası Dəyişdirilmiş Qidalar (QDQ) haqda nə bilirsiniz?
Terrorun yeni metodudur
Bu haqda heç bir sey oxumamışam
Faydası zərərindən çoxdur
Məhsuldarlığın artmasına kömək edir
Gələcək nəsillərin məhv olmasına zəmin yaradır

Sualların arxivi


  
Email:

  


  Məzhəblərə münasibət və mötədillik (“İslamda orta yol” silsilə məqalələri)
04-03-2008

Məmmədov Elvüsal

Məzhəblərə münasibət və mötədillik (“İslamda orta yol” silsilə məqalələri)

Dində ifrata varmaq və ya ona qarşı laqeydlik nümayiş etdirmək (sonuncu sonda insanı bu və ya digər mənada dinsizliyə aparıb çıxara bilir) cəmiyyətdə dini sosiallaşmanın tam şəkildə gerçəkləşməsinə mane olan iki əsas amildir.


Belə ki, bu cür təmayülləşmə özü ilə bir sıra fəsadlar gətirir, cəmiyyətin stabilləşməsinə dağıdıcı təsir göstərir. Nəticədə elə bir an gəlir ki, müqabil tərəflər eyni millətdən olmalarına rəğmən, bir-birinə düşmən kəsilir. Bu cür düşmənliyə rəvac verən ən əsas səbəb isə məzhəblərarası münasibətlərdə radikallıq və laqeydliyin özünü göstərməsidir. Hər iki halda müsəlman olan cəmiyyətin stabilliyi sarsılır, dini dəyərlər barəsində səhv təsəvvürlər formalaşır və ən nəhayət “Hər yerdə və hər zaman  İslam dəyərlərini aşılayaq” kimi şüarımız özümüz tərəfindən ayaqlar altına atılır. Yəqin ki, oxucuya söhbətin nədən getməsi yavaş-yavaş aydın olur: məzhəb təəssübkeşliyi və kor-koranə təqlid! Bu iki amilin İslam dünyasına vurduğu yaralar xaçlıların Qüdsdə, monqolların Bağdadda, fransızların Əlcəzairdə, İsrailin Fələstində, serblərin Kosovda, rusların Çeçenistanda ABŞ-ın İraqda törətdiyi qətliamlardan daha dəhşətlidir. Bu məsələnin bir yönüdür. Digər tərəfdən isə təəssübkeşlik və kor təqlidin səbəb olduğu dəhşətlər bir başa İslamın ayağına yazılmış, dünya ictimaiyyətində İslam haqqında “mühafizəkar, köhnəpərəst din”, “Radikallığın ideoloji məcəlləsi”, “İslam = Terrorizm” və s. kimi yanlış təsəvvürlər formalaşmışdı. Əlbəttə, biz islam dünyasının bu hala düşməsində xarici amillərin olmamasını iddia etmirik; təbii ki, xarici güclər, düşmənlər istisna edilmir, ancaq onlar təəssübkeşlik  və müsəlmanlar arasındakı kor təqliddən yetərincə yararlanmış, onları bir-birinə qırdırmış və nəhayət taqətdən düşmüş müsəlman dünyasına asanlıqla  sahib olmuşlar. Yadıma aşağı siniflərin birində tədris olunan “Ayı, şir və tülkü” təmsili düşdü. Belə ki, ayı və şir bir heyvanı ovlayırlar. İş ovu bölüşdürməyə gələndə bir-biri ilə taqətləri tükənənə qədər döyüşürlər. Qıraqdan onları seyr edən tülkü heyləri olmayan ayı və şirin yanına gəlir və şikara asanlıqla sahib çıxır. Bəli, daxili problemlərdən – məzhəbkeşlik, kor təqlidin doğurduğu durğunluq və məzhəblərarası çəkişmələrdən istifadə edən xarici güclər vaxtı ilə dünyaya öz siyasi və mədəni gücü ilə meydan oxuyan bir ümmətin ən azından regional proseslərə təsir göstərə bilmək qabiliyyətini belə əlindən alıb. Bu, məzhəb təəssübkeşliyinin, ümumiyyətlə islam dünyasındakı təzahürüdür. Ancaq bizi daha çox maraqlandıran məhəlli, yerli səviyyədə məzhəblərarası soyuqluğun doğurduğu vəziyyətdir. Çoxları ola bilsin ki, bizi bu mövqeyimizə görə qınayacaqdır. Ancaq biz “uçmaqda olan binaya lazım dirəklərin betondan olması”na  diqqət yetirir və yerli “möhkəmlənmələr”in regional, beynəlxalq “möhkəmlənmələr”ə gətirib çıxaracağına inanırıq.

Azərbaycan da son illərdə məzhəblərarası soyuqluğun şahididir. Düzdür, bu soyuqluq əməli müstəviyə keçməyib. Ancaq bu soyuqluğun qırovlarının sabah buza çevrilməyəcəyinə heç kim zəmanət verə bilməz. Ölkədəki dini vəziyyətin məzhəb-məzhəb, təriqət-məzhəb, təriqət-təriqət münasibətləri əsasında formalaşdığını unutmamalıyıq. Əgər bir ölkədə din bütövlüyə deyil, ayrı-ayrı hissələrə əsaslanarsa, o ölkədə vahid müsəlman cəmiyyətinin mövcudluğundan,  dini dəyərlərin daşıyıcılarının hadisələrə bir bütöv halında təsir göstərə bilməsindən söz açmaq çətindir. Biz ölkəmizdəki məzhəblərarası soyuqluğa dair ayrı-ayrı faktlara müraciət etmək istəmirik. Ancaq bu soyuqluğun əsas cizgilərini təsvir etməyə çalışacağıq:

a) dini maariflənmənin bir məzhəbin, təriqətin qayda-qanunları əsasında aparılması: məsələn, türk təhsil sistemli qurumlarda daha çox hənəfiliyə, şafiiliyə üstünlüyün verilməsi, Səudiyyə Ərəbistanının dini təhsil müəssisələrində oxuyub gələnlərin dini təbliğlərində “sələf əqidəsi”nə, hənbəliliyə daha çox meyl etmələri, bu və ya digər təriqətə xas halqa söhbətlərinin təşkili (daha çox təsəvvüf səciyyəli qruplarda müşahidə edilir) və s.

b) fərqli məzhəblərə və məzhəb nümayəndələrinə qarşı soyuq münasibəti: bu daha çox özünü “məscidləşmədə” (məsələn, bəzi “sələfilər”in türk məscidlərində, nurçuların “sələfi məscidində” namaz qılmamaları), salamlaşmada, məzhəbinə uyğun geyim tərzi olanlara “tərs-tərs” baxmada, xütbələrdə bir məzhəbin alimlərinin fikirləri ilə kifayətlənmədə, bir-birlərini xoş olmayan adlarla çağırma və sairdə göstərir.

Bu kimi ümumi səciyyəli daha çox fakt gətirmək mümkündür. Ancaq əsas mövzudan yayınmamağımız üçün yuxarıdakılarla kifayətlənirik. Bizi bu mövzuya toxunmağa təşviq edən şey kimi müsəlmanlar arasında vəhdətin təmin edilməsinin vacibliyini göstərmək mümkündür. Çünki bu və ya digər məzhəbə uymaq zaman və məkan baxımından bəzən vacib, bəzən də sünnət olduğu halda, müsəlmanların vəhdəti zaman və məkandan asılı olmayaraq vacibdir! Şəriətin belə bir prinsipi var: ixtilaflı məsələlər və sünnətdən ötrü vacib olandan imtina etməzlər. Bu xüsusda Misirdə belə bir hadisə baş vermişdi: Bir kəndin əhalisi təravih namazının 8 yoxsa 20 rükət qılınması məsələsində fikir ayrılığına düşmüş və bu, tərəflər arasında qarşılıqlı təhqirlərə səbəb olmuşdu. Məsələni həll etmək üçün mərhum Həsən əl-Bənnanın yanına gedənlərə ustadın cavabı çox ibrətverici və təsirli idi: “İxtilafınıza dair fitvam budur: məscidin qapısına qıfıl vurun, orada heç kim namaz qılmasın. Çünki barəsində fikir ayrılığına vardığınız təravih namazı sünnət ayindir. Müsəlmanların vəhdəti isə fərzdir (vacibdir). Məhz, buna görə, bir sünnət əməl üçün fərzi tərk etməzlər!”.

Biz yazmaq istədiyimiz silsilə məqalələrdə qarşımıza bir məqsəd qoymuşuq: erkən dövrdə müsəlmanların məzhəbə olan münasibəti, müasir dövrdə məzhəblər qarşısında necə davranmağı izah etmək, bu məsələlərin şərhi ilə cəmiyyətimiz arasında hökm sürən təəssübkeşliyi, kor təqlidi, parçalanmaları “yumşaltmağ”a və insanlarda həqiqi islamın necəliyi təsəvvürünün formalaşmasına nail olmaq.

Məqalələrimizdə məzhəb təəssübkeşliyi və məzhəblərə qarşı laqeyd münasibətin tənqidinə yer veriləcəkdir. Biz heç kəsi öz məzhəbini tərk etməyə və ya məzhəblə mübarizəyə səsləmirik. Sələflərimizin fiqhi irsinə qarşı çıxmaqdan Allaha pənah aparırıq. Axı insanların qəlblərində yer eləmiş alimlərə, fəqihlərə qara yaxmağa çalışmaq, onları alçaltmaq məsələyə düzgün münasibət bəsləmək deyildir. Müxtəlif dövrlərdə yol verilən bu kimi hallar, məsələyə bu cür münasibət bəsləmək nəticəsiz qalmışdır. Məqsədimiz kor təqlidə və təəssübkeşliyə qarşı öz səfimizi bəyan etməkdir. Məzhəblərlə bağlı olan bu çətin araşdırmada orta yol (mötədillik) prinsipindən çıxış etmək bizim əsas metodumuzdur. Yazmaq istədiyimiz məqalələrdə aşağıdakı mövzuların izahına cəhd ediləcəkdir:

a) Məzhəb nədir və insanların məzhəbə münasibəti necə olmalıdır?

b) Məzhəblər vəhdətimizi zədələməməlidir.

v) Məzhəbləri birləşdirməyə deyil, təəssübkeşliyi tərk etməyə cəhd edək!

q) Kimlər bu və ya digər məzhəb mənsubu ola bilərlər?

ğ) Məzhəbi dəyişdirmək və ya ənənəvi məzhəbdə qalmaqla başqa məzhəbləri də təqlid etmək olarmı?

d) Təlfiq (bir məsələyə fərqli məzhəblərin görüşünü tətbiq etmək) və bir məzhəbin bütün görüşlərindən istifadə edib-etməmək məsələsi.

e) Təəssübkeşlik və təqlid.

Qeyd: Məqalələrin yazılmasında əsas mənbə kimi “Müsəlman və məzhəb: bir məzhəbə bağlılığın təhlili” adlı kitabdan (müəllif: Əbdülcəlil Candan. İstanbul, 2004) istifadə ediləcəkdir.

814 dəfə oxunub

İstifadəçi şərhləri


Nəriman qardaş 12-03-2008 , 00:44
məzhəbçilik
Salam aleykum. Mən islamı məzhəblərə ayırmağa pis baxıram və bildirmək istəyirəm ki,bundan öz dinlərini yaymaq üçün istifadə edənlər az deyildir. Təklif edirəm ki bu məzhəb problemini özümüz aradan qaldıraq. ən doğrusunu Allah bilir. salam aleykum.

Muhammadamin 08-03-2008 , 18:56
Munasibetim
Salam aleykum. Sizin saytiniza derin mehebbet besleyirem. Orada xidmet gosterenlere de teshekkurumu bildirirem. Elvusal qardashimiza da minnetdaram, shexsen bu movzu menim ozumu qaneedici derecede faydalandirdi. Inshaallah, chalishib bele movzularda maariflenme ishini daha da guclendirmek lazimdir. Allah cumlemizden razi qalsin. Icaze verseniz, men de oz elavemi vermek isterdim.“Müsəlmanlar bir dinə mənsubdurlar. Ayrı-ayrı məzhəblərdən olsalar da, yenə də bir dinin nümayəndələridir. Yəhudi və xristianlar kimi ayrı-ayrı din şəklinə çevrilmiş, hər birinin ayrı-ayrı incili olan icmaya bənzəmirlər. Müsəlmanların Allahın təkliyinə bir mənalı olaraq inanması, Xatəmul-Ənbiyaya itaət etməsi, Quranı özlərinə rəhbər tutması onları birləşdirən esas cəhətlərdir.
Müsəlmanlar İslam çərçivəsinə daxil olan məzhəbləri doğru anlamalı, qarşılıqlı maariflənməli, su-zənn etməkdən çəkinməli, pis ləqəblərə yol verməməlidirlər, haqqa və insafa tabe olmalıdırlar: “O kəslər ki, sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!”


klavuz 08-03-2008 , 00:41
bashlanqic
s. a. umumiyyetle Elusal muallim her zaman aktual movzulara toxunur, bizlerin ehtiyac duyduqu meseleleri etrafli sekilde aciqlqyir. onun bu tesebbusu cemiyyetimizde teessubkesliyin qarsisini muayyen qeder alir. Ancaq biz unutmamaliyiq ki, bu gun mezhebkeslikden daha cox camaatciliq teessubkesliyi genis sekilde yayilmisdir ve bu da kecmisdeki mezheb taassubunun yerini tutmusdur. buna gora da nen cox isterdim ki, Elvusal muallim bir az da camaat taassubundan danissin. camaatlain faydasindan ve zererinden. tesekkur edirem Elvusal muallime.

Racul 07-03-2008 , 19:05
Mezheb
Selamun aleykum Qarda$,
Allahin dinini O(ALLAH) istediyi kimi ve Rasulu(S.A.V) buyurdugu kimi tevlig etdiyinize Gore ALLAH SIZDEN RAZI OLSUN.
Allah $ahitdiki menimde ba$ima bele Teessubke$ler oyun aciblar,Allah Qorusun az qala NAMAZIDA TERK EDECEYDIM,ama $ukur ALLAHA,Mene O dogru yolu gosterdi,

Qardaş 04-03-2008 , 15:05
Gözəl mövzu
Salam aleykum.Elvüsal müıəllimin məqalələri ümumiyyətlə hər zaman müsəlmanların real problemlərinin həlli istiqamətində yazıldığı üçün maraqlı olur. Bu məqalə də istisna deyil. Məzhəbçilik bu gün Azərbaycanda məzhəbçılik deyil, artıq camaatçılığ olub. Bu baxımdan bu kimi mövzuların işlənilməsi təəssübkeşliyin qarşısını müəyyən qədər alacaq. Digər bir müsbət xüsusiyyət isə islamı olduğu kimi çatdırmaq meylinin mövcudluğudur ki, bu da gələcək də məzhəbçılik kimi problemlərin ortaya çıxmamasını şərtləndirir.Allah köməyiniz olsun.


Share |


Şərh əlavə et

Müəllif    
Mövzu





 

çap versiyası     göndər     yuxarı

 
Vote For Us!
© 2005-2006 by AzeriMuslims TEAM. All right reserved.
Design © 2006 by AzeriMuslims. All right reserved.