AzeriMuslims.com

AZERUS
GOAdvertise with Us

Ana səhifə
Xəbərlər
Məqalələr
Yüklə
Sual-Cavab
Forum
Quran
Kim-Kimdir yeni
Linklər
 
Namaz vaxtı: 10-09-2010
Sübh05:44
İşraq07:16
Zöhr13:38
Əsr17:13
Məğrib19:59
İşa21:27
 

Günün sualı
Ramazanın son 10 günü sizin üçün nə deməkdir?
Bu ayda günahlardan təmizlənməyim üçün son fürsətdir
Heç bir fərq görmürəm
Bacardığım qədər gecələri ibadətlə keçirməyə çalışıram
Bu gecələrdən lazımınca istifadə edə bilmirəm

Sualların arxivi


  
Email:

  


  Nəsihət
30-05-2006


Nəsihət
Sizə təqdim etdiyimiz bu kiçik məqalə böyük İslam alimi İbnul-Qayyim əl-Cevziyyənin (691- 728 h.) müsəlmanın qəlb və ruh tərbiyəsinə dair qələmə aldığı əl-Fəvaid adlı kitabından alınmışdır.


 Bir çox faydalı əsərlərin müəllifi olan İbn Qayyim hədis, fiqh, üsul və qrammatika üzrə söz sahibi olan dəyərli alimlərdəndir. Mədəniyyətimizin əsas qaynaqları olan bu alimlərin əsərlərini oxumaq və həyatlarını öyrənmək müsəlman kimi dəyərlərimizə hörmətin göstəricisidir. Saytımız inşəallah, belə alimlərin həyat və əsərlərindən izləyicilərimizə nümunələr təqdim etməyə davam edəcəkdir.

Faydasız on xüsus.
On ədəd xüsus vardır ki, zay olmuşdur və insana heç bir fayda verməz:

1.Əməl edilməyən elm.
2.İxlassız və boş-boşuna, nəzarətsiz görülən əməl.
3.İnfaq (Allah üçün xərcləmə) edilməyən mal. Necəki, insan bu dünyada yığdığı maldan faydalanmaz, eləcə də axirətdə də bu malı ona fayda verməz.
4.Allaha məhəbbətdən, Ona qarşı şövq duymaqdan və Onu özünə dost qılmaqdan uzaq olan qəlb.
5.Ona itaət və ibadətdən uzaqlaşmış bədən.
6.Əsl Sevgilinin (Rəbbimizin) rizasına və əmrlərinə uymayan sevgi.
7.Boşa keçirilən ya da xeyir və Allaha yaxınlıq hasil etməkdən uzaq olan vaxt.
8.Faydasız və boş şeylər üzərində cərəyan edən fikir.
9.Səni Allaha yaxınlaşdırmayan və dünyanı islah etməyə səbəb olmayan xidmət.
10.Nəfsini və Allahı tanımadığın halda Ona qorxu və ümid bəsləməyin.

Bu zikr edilən ziyanlardan daha böyük iki ziyan vardır:

1.Qəlbin zay olması.
2.Vaxtın zay olması. (Yəni itirilərək məhv edilməsi.)

Qəlbin zay olması; dünyanı axirətin önünə keçirməkdir. Vaxtın zay edilməsi isə tuli-əməldir (tuli-əməl - yəni, hər hansı bir əhəmiyyətli işi sonraya, sabaha saxlamaq). Beləliklə fəsad ümumilikdə həvaya (nəfsə) tabe olma və tuli-əməldə tomlanmış olmaqdadır. Və islah da öz növbəsində hidayətə tabe olma və Allahla qarşçılaşacağı o günə  hazırlıq görmə ilə meydana gəlməkdədir.
Həqiqətən Allah mu`indir (yardım istəniləndir).
Heyrət ediləcək bir məsələ var. İnsanın bir ehtiyacı olduğu zaman uişdə diləyini yerinə yetirilməsi üçün Allaha yönəlməkdədir. Cəhalət və üsyan ölümündən qəlbin dirilməsi üçün də, şəhvət və şübhə xəstəliyindən sağalmaq üçün də Ona dua edər. Ancaq o zaman ki, qəlb artıq ölmüşdür ümumilikdə ölmüşdür bütün bu üsyanını şüur etməz. Eynən ölülərin heç nəyi hiss etmədiyi kimi.  

4177 dəfə oxunub

İstifadəçi şərhləri


nokta 05-07-2010 , 23:45
Esselamu aleykum
amma o da bir müslümandır..en azından la ilahə illəllah və Muhammədən rasulullah deyir. Hadis ilmində xəta edə bilər..çünki bəşərdir o da..


Share |


Şərh əlavə et

Müəllif    
Mövzu





 

çap versiyası     göndər     yuxarı

 
Vote For Us!
© 2005-2006 by AzeriMuslims TEAM. All right reserved.
Design © 2006 by AzeriMuslims. All right reserved.