AzeriMuslims.com

AZERUS
GOAdvertise with Us

Ana səhifə
Xəbərlər
Məqalələr
Yüklə
Sual-Cavab
Forum
Quran
Kim-Kimdir yeni
Linklər
 
Namaz vaxtı: 10-09-2010
Sübh05:44
İşraq07:16
Zöhr13:38
Əsr17:13
Məğrib19:59
İşa21:27
 

Günün sualı
Ramazanın son 10 günü sizin üçün nə deməkdir?
Bu ayda günahlardan təmizlənməyim üçün son fürsətdir
Heç bir fərq görmürəm
Bacardığım qədər gecələri ibadətlə keçirməyə çalışıram
Bu gecələrdən lazımınca istifadə edə bilmirəm

Sualların arxivi


  
Email:

  


  Təqva
24-05-2006


Təqva
Müsəlmanlar arasında ən çox bəhs edilən dəyərlərdən biri də təqvadır. Müsəlmanın əxlaqi və imani yönünü birləşdirən bu kəlimə üzərində xeyli düşünməyə ehtiyac vardır. İslami həyat prinsiplərinin toplusu olan təqva günümüzdə hər bir müsəlmanın ruhani tələbatıdır.


İslam ümmətinin bu gün ki, vəziyyətinin əsas səbəblərindən biri də heç şübhəsiz həyatlarının həqiqi təqvadan uzaqlaşmasıdır. Allah-təala Qurani–Kərimdə müsəlmanları təqvalı bir həyata çağırmış, təqvanı həqiqi msəlmanlığın vəsfi hesab etmişdir: “Ey iman gətirənlər! Allaha layiqincə təqvalı olun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün!” (Ali İmran 102)

Təəssüf ki, dilimizə təqva sözü həmişə Allahdan qorxmaq olaraq tərcümə edilməkdə və bir çox möminlər tərəfindən də belə anlaşılmaqdadır.  Əslində isə Allah qorxusu təqvanın sadəcə bir çüzü, bir hissəsidir. Təqva öz mənası etibarı ilə Allaha qulluğun, bütün məsələlərdə ona bağlılığın bütün sahələrini əks etdirməkdədir. Təqva həmişə Allahın nəzərlərini öz üzərində hiss etmək, onun bütün əmrlərinə sevərək tabe olmaq və bütün əməllərdə onun əmrlərinə qarşı gəlməkdən uzaq durmaqdır. Əslində bu dediyimiz də təqvanı digər bir yönü ilə izah etməkdir. Təqva yaşandıqca dərk edilən bir həyat tərzidir.
Dediyimiz kimi təqva kəlimə olaraq bir çox dərin mənaları ehtiva etməkdədir. Hz. Əli (r) təqvanı belə izah  edir: “Təqva Cəlil  olan  Allahdan qorxmaq, nazil olanla əməl  etmək, aza razı olmaq, axirət günü üçün hazırlanmaqdır.” Digər bir alim isə təqvanı belə tərif etmişdir: “Təqva odur ki, Allah səni qadağan etdiyi  əməllərdə  görməsin, əksinə səni əmr etdiyi əməllərdə  görsün.”
Ubeyyə bin Kə`b təqvadan bəhs edərək belə deyir: “Birisi tikanlı bir yerə ayağı yalın düşsə necə gəzər?! Bax, möminin halı dünya həyatında belədir.”
Təqvanın ümmətin və müsəlman fərdin həyatında nə qədər əhəmiyyətli olduğunu bilmək üçün onun Quranda nə qədər çox zikr edilməsinə, sünnətdə ona sarılmağa nə qədər çox təşviq edilməsinə baxmaq kifayətdir. Allah-təalə bizə Quranda, təqvanın ən xeyirli azuqə, tədarük olduğunu bildirməkdədir Allah-təalə buyuru:

“Tədarük görün. Ən yaxşı tədarük isə təqvadır.” (Əl-Bəqərə 197) Beləliklə dünya yolçuluğunda və axirət diyarında bizə ən lazımlı azuqə təqvadır. Həmçinin, təqva çətinlikdən çıxmaq üçün, ruzinin artması və bərəkətlənməsi üçün bir vasitədir. Səbr və çalışqanlıq təqvanın insan xislətinə verdiyi keyfiyyətlərdəndir. Ruzi və bərəkət, çətinlikləri dəf etmə bu yönlərdən təqvaya bağlıdır.

“Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər. Və ona gözləmədiyi yerdən ruzi verər. ” (Əl-Təlaq 2, 3) Bununla bərabər, həm də təqva saleh əməllərin qəbul olması üçün şərtdir. Allah yalnız müttəqilərdən (qurban) qəbul edər!” (Əl-Maidə 27) Allahı nəzərə almayanların, əməllərini onun rizasına uyğun qurmayanların etdikləri insanların nəzərində nə qədər xoş görünsə də Allahın dərgahında bir heçdir.

İnsanların Allah yanında məqamları da onların təqvaları ilə ölçülür:
“Allah yanında ən hörmətli olanınız Allaha ən çox təqvalı olanınızdır.” (Əl-Hucurat 13)
Təqva əhlini qorumağı və onları mükafatlandırmağı Allah öz üzərinə götürmüşdür və Allah vədinə sadiqdir. “Həqiqətən, Allah Ondan qorxub pis əməllərdən çəkinənlər və yaxşı işlər görənlərlədir!” (Əl-Nəhl 128) “Və onlara axirətdə ikram olaraq gözəl bir yer verəcəkdir.” (Əl-Qəmər 54,55)

Bu günkü günümüzdə ümmət və fərd olaraq təqvaya ehtiyacımız var. Qəlblər qatılaşmış, Allah üçün axan göz yaşları qurumuş, insanlar arasında günahlar yayılmış, əxlaqlar pozulmuşdur. Dünya və axirət qurtuluşu təqvalı bir ömür yaşamaqdadır. Kimliyimizdən asılı olmayaraq qadınlı kişili, böyüklü kiçikli  hamımız bu sifətə malik olarıqsa cəmiyyətimiz islah olar, bu günkü fəsadlarla üz-üzə olmarıq. Sonda Allah Rəsulunun (s) sözərini xatırlayaq: “Təqvalı ol! Həqiqətən hər bir xeyir işin başı təqvadır.” Başqa bir rəvayətdə isə: “Təqvalı ol! Həqiqətən təqva bütün xeyirlərin anasıdır.”

4026 dəfə oxunub

İstifadəçi şərhləri


04-07-2009 , 20:02

EY MÖMİNLƏR,GƏLİN HƏR DUAMIZDA QARABAĞIMIZI UNUTMAYAQ.ALLAHDAN BÜTÜN AZƏRBAYCAN TORPAQLARININ TƏBRİZİN,ŞUŞANIN,BORÇALININ,İRƏVANIN,DƏRBƏNDİN BİZƏ QAYITMASINI İSTƏYƏK!DÜŞMƏNLƏRİMİZİ ALLAHA TAPŞIRAQ,ÇÜNKİ,O,HƏR ŞEYİN ƏN YAXŞISIN BİLİR!ALLAH XALQIMIZA İMAN VERSİN VƏ ONU QORUSUN!AMİN!

Həsən 04-07-2009 , 19:58
İslamda təqva
Ey insanlar,təqvalı olun!Sizi yaradanı unutmayın!Bəlkə indi o,sizi indi pisliklərinizə görə cəzalandırmır.Amma,Axirətdə hər şeyin hesabın soracaq!
ALLAH AZƏRBAYCAN XALQIN QORUSUN!AMİN!

ALi 13-03-2008 , 15:39
düşünmək
düşün səni yaradanı düşün.Düşün ki tək və haqq olan ALLAH səni görür.səni duyur.sənin əməllərini bilir.səni səndən yaxş tanıyır və sənin ONUN yoluna dönməyini səbirlə gözlər.DÜŞÜN Kİ AXIR DÖNÜŞÜN YARADANADIR.NİYƏ ƏLİN BOŞ DÖNƏSƏN.SƏVABLA DÖN Kİ CƏNNƏTLƏ MŞKAFATLANASAN.ALLAH BİZLƏRƏ MƏRHƏMƏT ETSİN.AMİN

qwer 17-10-2006 , 13:49
hello
Best site in bleep! My thnx to webmasters.
Thanks for nice and actual info' Be the Best!

Helga 16-09-2006 , 17:31
hello
Hello, nice site look this:
Excellent site you have!


Bill 14-08-2006 , 00:03
hello
Thanks for nice and actual info' Be the Best!

Best site in bleep! My thnx to webmasters.

miccelaneous 28-06-2006 , 11:03

hello
Hello, nice site look this:


Share |


Şərh əlavə et

Müəllif    
Mövzu





 

çap versiyası     göndər     yuxarı

 
Vote For Us!
© 2005-2006 by AzeriMuslims TEAM. All right reserved.
Design © 2006 by AzeriMuslims. All right reserved.