

|

 |
| |
İslamda cinsi əxlaq – Qadın və cinsəllik (üçüncü hissə)
21-05-2006
İslamda cinsi əxlaq – Qadın və cinsəllik (üçüncü hissə) Bəzək və ətir Moda ilə yaxın əlaqəsi olan bəzək və ətir vurma qadının diqqətli davranması gərəkən məsələlərdəndir. İslam qadının bəzək əşyalarından istifadə etməsini və ətir vurmasını yasaqlamamışdır. Ancaq, bunların istifadəsində bəzi ölçülər gətirmişdir.
Məsələn, müsəlman bir qadın qızıl, gümüş kimi bəzək əşyalarını taxa bilər, ancaq bu bəzək əşyalarını başqalarına özünü göstərmək üçün və ya kişilərin diqqətlərini cəlb edib onların cinsi duyğularını təhrik etmək üçün taxması haramdır. Eyni zamanda ətirdən də istifadə edə bilər. Ancaq bu ətiri sadəcə və sadəcə əri üçün vura bilər. Qadının başqa kişilərə cəlbedici gəlmək üçün ətirlənməsi qəti şəkildə haramdır. Mişkatul-məsabihdən prof. Bəkir Topaloğlu bu hədisi nəql etməkdədir: “Hər göz zina edər. Qadının ətirlənib kişilərin yanından keçməsi də belədir (yəni bir növ zina etmək deməkdir).” Göründüyü kimi bəzək və ətirlərdən ancaq məşru sərhədlər daxilində istifadə etmək caizdir. Rəsulullahdan digər bir hədisdə buyurulmaqdadır: “Bəzək və zinətlərini yad kişilərə göstərən qadınlar qiyamət gününün qaranlığında qalacaq, aydınlığa qovuşmayacaqlar.” (Tirmizi)
Günümüzdə bu iki məsələ fərqli müstəvilərdə istifadə edilməkdəir. Qadınlar bəzək əşyalarından istifadə etdikləri zaman hədsiz israfa yol verməkdə, çox zaman da bu işi kişilərin nəzərlərini öz üzərlərinə cəlb etmək üçün etməkdədirlər. Ətir vurarkən də təsirinin cəzbedici və çox olmasına diqqət edərlər ki, bununla da istənilən qarşı cinsin istəklərini cəlb etməkdir. Xüsusilə də parfüm reklamlarında cinsəlliyi əsəs alan reklam çarxları hazırlanmaqda və qadınlar bu şəkildə yönləndirilməkdədirlər. Əvvəlki yazılarda modanın insanı istehlak əsiri halına gətirdiyini, böyük israflara yol açdığını bildirmişdik. Bəzək və ətirlənmədə də çox ciddi israfa yol verildiyini bilməyimiz lazımdır. Moda tələsinə düşərək hər gün makyaj etmək, bəzənmək, bahalı ətirlərlə ətirlənmək külli miqdarda pulları udmaqdadır. Nəzərə alsaq ki, bu günki toplumlarda qadınların istifadə etdikləri kosmetik vasitələrin əksəri Qərb şirkətlərinə patentlidir onda pullarımızın kimlərə axdığı məsələsi də digər bir ciddi söhbətin mövzusudur. Bundan əlavə, günümüzdə bəzək və ətirlərdən istifadə tək qadınlarla məhdudlaşmayaraq artıq kişiləri də öz əhatə dairəsinə almaqdadır. İslam kişilərin alkaqolsuz ətirlərdən istifadəsini caiz görmüşdür. Buna baxmayaraq günümüzdə kişilər fantastik qiymətlərə aldıqları alkaqollu ətirlər vurmaqda, taxılması kişilərə haram olan çox baha qiymətli qızıl və bu kimi məmulatlardan bəzək əşyaları taxmaqda və beləliklə qadınlara bənzəməkdədirlər. Artıq qadınların istifadə etdiyi sırğalar kişilərin də istifadə etdiyi bəzək əşyaları növlərindən birinə çevrilmişdir. Bütün bunlar insanın öz varlıq həqiqətini anlamaqda çətinlik çəkməsindən qaynaqlanmaqdadır. İnsan bütün məxluqatın ən şərəflisidir. Ondan belə düşük işlər törəməsi gözlənməməlidir. Onun etdiyi hər bir iş həqiqətinə uyğun olmalıdır. Bəli, bugünki modern insan xoşbəxt ola bilməməkdə, daim onu aramaqdadır. Bu narahat həyatının və axtarışının əsas səbəbi öz həqiqətini tanıya bilməməsidir. Günümüzdəki insan tənhalaşmış, özünü ifadə edə bilmək üçün çılğın, mənasız işlərin ardınca düşmüşdür. Moda, cinsəllik, üsyan və s. kimi əcayib işlərlə məşğul olaraq bir ömrü tükətməkdədir. 6377 dəfə oxunub İstifadəçi şərhləri
TELEBE
25-03-2010 , 01:17
HICAB
NIGAR XANIM AXI SEN DE BILIRSEN KI,EN GOZEL INSANI HEYAT QADIN UCUN HICABINI BAGLAYIB OZUNU NAMEHREMDEN QORUSUN VE MOMIN,ALLAHDAN QORXAN BIRI ILE AILE HEYATI QORSUN VE DIGERLERI......
AXI ALEMLERIN REBBINE GUVANMEK INSANA KIFAYETDIR.ALLAH QARSISINDA AYIB OLMAZ KI,INSAN ONA GUVENMESIN?
AXI BU AXIRET MESELESIDIR.BES NECE OLACAQ?
SEN OZUN DE BILIRSEN KI,DOGRUSU BUDUR.BES NIYE YOX??????
NİGAR
03-02-2010 , 19:21
NE YAZİLİBSA HER SEY DUZDUR...EMEYE TESEKKUR........
GUNEL
03-02-2010 , 19:20
SENİ SEVİREM
nigar
03-02-2010 , 19:19
HER SEY DUZ YAZİLİB.ESQ OLSUN YAZANA.EMEYE TESEKKUR.HİCAB BUNU FİKİRLESİREM BUTUN GUNU.....QORXURAM...TAXARAM BİRDEN SONRA İSTEMEREM....DEQİQ QERARİ BİLMİREM....YEQİN İMANİM YETERİNCE DEYİL..ALLAH HAMİMİZİN QELBİNE İMAN VERSİN....AMİN
Nesrin
17-10-2009 , 10:42
hicab
Maqsud 29-06-2007 , 12:32
Mövzu
Yazınızla tamamilə 100/100 razıyam. Əfsus ki günümüzdə elə bir ideya formalaşıb ki, imanlı insanlara ifrata varan kimi baxırlar. Ancaq əsil qorxulu olan budur ki, bu gün bəzi kişilər öz arvadlarına və ya öz qızlarına "avara geyimi" bədəni tamamilə çöldə qoyan paltarlar alırlar. Bu qızları kim alacaq mən bilmirəm?...
Eziz qardashim. Inan ki, indiki oqlanlar bele qizlari cox tez alirlar.
FiOna
30-07-2009 , 23:03
salamaleykum
məncə də adminə eşq olsun Allah ondan razı olsun
kubra
16-07-2009 , 16:53
hicab
dinimi sevirəm, allahimi sevirəm,ibadət edirəm dedim. niyə də hicaba keçməyim? namaz qılıb istədiyin kimi dəblə geyinmək məncə düzgün deyil. İnsan hər zaman nəfsini cilovlamağı bacarmalıdır, geyimdə də.
kübra
16-07-2009 , 16:45
hicab
7 aydir ki, hicaba keçmişəm və çox sevinirəm. düz iki il idi ki, arzulayırdim, nəhayət Allah məni bu yola hidayətləndirdi. uzun illərdi ki, namaz qiliram, oruc tuturam və quran oxuyuram lakin hicab mənim həyatımı,duşuncə tərzimi büs-bütün dəyişdirib. Həttə mənə laq edənlər belə tapildi, Allah bilsin onlarla. Allah cəmi arzu edən momin bacilarıma qismət eləsin. Amin.
elay
26-12-2008 , 20:07
hicab
INWALLAH ALLAHIN KOMAKLIYINNAN MANDA HICABA KECHMAK ISTIYIRAM,LAKIN AILAM QOYMUR QATI SURATDA NARAZIDILAR.INWALLAH AILA QURANDA HICAB QEYINECAM VA RABBIMIZIM ARM ETDIYI KIMI YALNIZ OZ ARIM UCHUN BAZANACAM.ALLAH BUTUN QADINLARA HICAB QEYMAYI NASIB ETSIN.
TEHMINE
24-11-2008 , 11:18
IMAN
REHMAN VE REHIM ALLAHIN ADI ILE.ALLAH bendelerine her seyin yaxsisini gosterir.bezen usaqlar universitete girmedikleri ucun cox uzulurler.lakin onlar anlamirlar ki belki de onlar mektebe girseydiler baslarini pis hadise gele bilerdi.eger fikirlesirsinizki siz yeterince xosbext deyilsiniz o zaman elsiz ayaqsiz her hansi bir orqani olmayan insani fikirlesin siz onun yerinde olsaydiniz ne ederdiniz.allahiniza ne qeder sukr etseniz azdir...........................
TEHMINE
24-11-2008 , 11:07
HICAB
ALLAH HAMINIZIN KOMEYI OLSUN.INSAN QURANI OXUYANDA ANLAYIRKI XARICI GOZELLIK HEC BIR SEYDIR.MEN DE HICABA KECMEK ISTEYIREM INSALLAH.LAKIN AILE QURDUQDAN SONRA.ALLAH HAMINIZA HICABI QISMET ETSIN
adil
03-10-2008 , 18:54
qadin etri
mence ne qadin ne de kisi etirden istifade etmemelidir.bir halda ki dinimiz buna icaze vermir
K.A
11-03-2008 , 00:45
Bu saytin adminine eshg olsun !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
cici kiz
06-03-2008 , 12:42
ətir
Məncə hicablı qadınları müzakirə etmək lazım deyil.Hələ biz onlar kimi dinin ən agır mərhələsi olan hicaba keçək sonra...Qaldıki ətirə şəxsən mən ətirdən xoşum gəlir və 1-ci özümə xoş gəlsin deyə vururam.Əgər Qadının əxlaqlı,imanlı yoldaşı varsa ona heç vaxtı xəyanət etməz.Ama olsa.Qadın çox şıltaqlıq edə bilər ama ona kişi yol verməməlidi
uiddin
28-02-2008 , 12:40
haramdir
məncə qardaş düz deyir çünki indi parfümeriyaların tərkibinə elə maddələr qatırlarki.həmin maddələr insanı ehtiraslandırır. bu elmi cəhətdən də sübut olunub.həmin iy insanın burnundakı qıcıq sinirınə təsir edir.
Abdullah
03-10-2007 , 11:40
İslamda cinsi əxlaq- Rəy
Salamun Aleykum. Mənə elə gəlir ki, mövzunun başliğı düzgün qoyulmayıb.Çünki moda, ətir və s... günümüzdə kişilər tərəfindən də ifrat dərəcədə aludə olunan bir şeydir.Hər kəs bu yazıdan özünə düşəni alsa yaxşı olar.
Allah razı olsun!
TAHIR
27-07-2007 , 01:39
MENE ELE GELIRKI BU BAREDE ANCAQ MUTEXESISLER DAHA DUZGUN REY VERE BILER
Əli
14-07-2007 , 13:29
isalam
Evvala salam qardasdar ve bacilar sizden xais edirem haqqa terefdar olun ve haqqi danisin saqolun siziyle danisan Əliydi....
29-06-2007 , 12:40
İslamdan xəbəri olan bilir ki, bu qardaşların ancaq imanları zəifdir. bu da onların səfv maariflənməsindən irəli gəlir: məşədi,Mister-X,Nicat,12 imam shiesi.
Maqsud
29-06-2007 , 12:32
Mövzu
Yazınızla tamamilə 100/100 razıyam. Əfsus ki günümüzdə elə bir ideya formalaşıb ki, imanlı insanlara ifrata varan kimi baxırlar. Ancaq əsil qorxulu olan budur ki, bu gün bəzi kişilər öz arvadlarına və ya öz qızlarına "avara geyimi" bədəni tamamilə çöldə qoyan paltarlar alırlar. Bu qızları kim alacaq mən bilmirəm?...
çap versiyası
göndər yuxarı
|
|
|
 |