AzeriMuslims.com

AZERUS
GOAdvertise with Us

Ana səhifə
Xəbərlər
Məqalələr
Yüklə
Sual-Cavab
Forum
Quran
Kim-Kimdir yeni
Linklər
 
Namaz vaxtı: 10-09-2010
Sübh05:44
İşraq07:16
Zöhr13:38
Əsr17:13
Məğrib19:59
İşa21:27
 

Günün sualı
Ramazanın son 10 günü sizin üçün nə deməkdir?
Bu ayda günahlardan təmizlənməyim üçün son fürsətdir
Heç bir fərq görmürəm
Bacardığım qədər gecələri ibadətlə keçirməyə çalışıram
Bu gecələrdən lazımınca istifadə edə bilmirəm

Sualların arxivi


  
Email:

  


  İslamda cinsi əxlaq – Qadın və cinsəllik (ikinci hissə)
18-05-2006


İslamda cinsi əxlaq – Qadın və cinsəllik (ikinci hissə)
Moda
İslam insan şəxsiyyətinin ucaldılmasını istər. İnsanın şərəfinə də yaraşan budur. İnsanı alçaldan hər əməl və münasibəti İslam qadağan etmişdir. İnsanı insan olmaqdan çıxardan, onun insanlıq vəsfini aradan qaldıran hər hərəkət İslam tərəfindən pislənmişdir.


Moda da İslamın qəbul etmədiyi, iyrminci əsrin yoluxucu xəstəliklərindəndir.

Xüsusilə bu yöndə qadının cinsəlliyini istifadə etməsi bir gəlir mənbəyi olraq modanı daha fərqli mövqeyə gətirmişdir.
Modanın cəmiyyətdə meydana gətirdiyi fəsadları saymaqla qurtara bilmərik. Bir cəmiyyətdə yaşayan isanların iqtisadi vəziyyətləri eyni olmaya bilər. Hətta bu bir kapitalist cəmiyyətidirsə varlı və kasıb arasında qorxunc bir uçurum var deməkdir. Kütləvi informasiya vasitələri ilə idarə edilən günümüzdəki insan televiziya və qəzetlərdə gördüyü maoda rüzgarlarından təsirlənməkdədir. Parisdə istehsal edilən bir geyimin öz ölkəsində moda olduğunu öyrənən bir qadın və ya kişi ona sahib olmaq üçün əlindəki bütün imkanlardan istifadə etməyə çalışmaqdadır. Bir kasıb ailənin beş-altı aylıq xərcini bir paltar üçün xərcləyən müğənnilər, mankenlər, iş adamlarının var olduğunu hamımız bilməkdəyik. Bu baxımdan kapitalizmin məhsulu olan moda ədaləti ortdan qaldırdığı və əxlaqsızlığa zəmin hazırladığı üçün qeyri-İslamidir.
İnsan Mövlananın dediyi kimi ya olduğu kimi görünməli, ya da göründüyü kimi olmalıdır. Onda olmayan bəzi vəsfləri moda sayəsində əldə etmək istəyən əslində öz Mənindən uzaqlaşmaqdadır. Belə etməklə əslində yaradılışa müdaxilə etməkdədir.Məsələn, modadır deyə plastik əməliyyatlarla slikonlar, dodaqların qabardılması, taxma kipriklər və s. Bu tip insanları qəzet, jurnal səhifələri və televiziya kanallarında hər gün izləməkdəyik. Belə insanlar Allahın yaratdığı xüsusiyyətlərə müdaxilə etdikləri üçün eyni zamanda insanın həqiqətinə də müdaxilə etmiş olmaqdadırlar. Digər tərəfdən öz təbii gözəlliklərini bəyənməyib süniliklərə yönəldikləri üçün ağılsızlıq etdikləri də məlumdur. Hətta bu işdə özünü qadınlara bənzədən kişiləri də nəzərə alsaq əxlaqi düşüklüyün, ruh pozğunluğunun hansı nöqtəyə vardığını göz önünə gətirmək mümkün olar.
Rəsulullah (s) belə buyurmaqdadır: “Dəriyə döymə (tatirovka) edən və etdirən, üzünün tüklərini yolan və yolduran, gənc və gözəl görünmək üçün dişlərini süni olraq seyrəkləşdirən və beləcə Allahın yaratdığını pozan qadınlara Allah lənət etmişdir.” (Buxari, Müslim)
Moda barəsində prof. Abdullah Ülvan bunları deməkdədir:
“Müasir qadın, modelyerlərin, qadın heysiyyətini ələ salanların seçib ortaya qoyduğu hər şey qarşısında baş əyib itaət etməkdədir. Buna uymayanların müasir zamanədən geridə qalıb mədəniyyətdən uzaq olduğu zehinlərə həkk edilməkdə və bu fikir hakim qılınmaqdadır.
Bir avropalı və ya amerikalı qadın belə qeyri-əxlaqi modalara uymaqda bir problem görməyə bilər. Onun ruhi və ictimai halı buna müvafiq olub bir sıxıntı, bir alçaldlma hiss etməyə bilər; amma müsəlman qadın əlbəttə bu alçaldıcı moda düşgünlüyündən ehtiyat edərək ondan uzaq durmalıdır.
Müsəlman qadın bu günün modasının subayları necə alçaltdığını və onları seksə necə sürükləyib apardığını görməli, imkansız qadımlardan dünya görüşü olmayanların modanı necə təqib etmək və ona görə bir həyat qurmaq üçün zinaya necə sürükləndiyini görməlidir. Müsəlman qadın öz şərəfli mövqeyindən baxaraq başdan ayağa moda çirkabına batmış qadınların necə seks çuxuruna yuvarlandığını aydınca görməli və allahın ona lütf etdiyi ülvi və şərəfli mövqeyi qorumalıdır.” (Abdullah Ülvan, İslamda ailə eyitimi.)
Müsəlman qadın şərəfini ayaqlar altına atan moda tələsini tərcih etmək yerinə bütün tarixin şahid olduğu qadın şərəfinin, heysiyyətinin təmsilçiləri olan hz. Aişə, hz. Fatımə, hz. Zeynəb kimi olmağı özünə həyat yolu seçməlidir. İffət və namusun timsalı olan bu qadınlar yer üzündəki bütün qadıların nümunə götürməli olduqları seçkin şəxsiyyətlərdir. 

(Davamı var)

5061 dəfə oxunub

İstifadəçi şərhləri


Sedaqet Bayramova 06-05-2010 , 09:03
Qadın
Qadın hər zaman ozünə hormət qoymalıdir. Xüsusen de Hicaba riayət etməidi. Hər bir qadin ozünə qiymət versə basqalarindan daha yüksəyinin gorər.

R.. 29-03-2010 , 02:00
bu haqda
Allah bizleri bagiwlayar,inwallah...

ferid 22-09-2009 , 15:23
aqrili yerimiz
salam aleykum eziz muselman qardaw ve bacilarim ,,uzumu bacilarimiza tutub deyirem quran o vaxt u4un yazilmiyib quranin hokmu qiyamete qederdir ele menada bundadir ki allah subhanevetaala sebr edenlere edenlere cennetle mujdeleyib,,,,allah qatinda bu dunyanin aqcaqanad qanadi deyerinde deyeri yoxdu eger olsaydi allah kafire bir qurtum su bele i4izdirmezdi ,,,ve bu heyatda ya gerek insanlari razi salib allahi qezeblendiresen ya da ki allahi razi salib insanlari qezeblendiresen weytan vesvesesinnen uzaq olun onun vesvesesidiki insanlari allahin buyurduqlarini etmeye imkan vermir inwallah allahi qorusan onu qarwinda gorersen ,,,,allah haminizdan razi olsun

bende 05-07-2009 , 12:45

Essalam aleykum va rahmetullah va bereketuhu.
ALLAH sizden razı olsun. insanları mariflendirdiyiniz üçün ALLAH sizin savabınızı artırsın inşaALLAH. İşlerinizde uğurlar.

fuad 17-02-2009 , 16:37
moda
salam aleykum.men metni oxudum, cox xoshuma geldi.insanlara meslehet goruremki,modaya bas qoshmasinlar.amma geyimlerinde seliqeliye ve temizliye fikir versinler.musalman temiz olmalidir. ALLAH(C.C)sizden razi olsun.

Aynur 06-01-2009 , 16:27
Allah razi olsun
Allah razi olsun

rahil 27-12-2008 , 18:00
moda
salam men de sizin fikirlerinizle tamamiyle raziyam muselmana en gozel geyim Allahu tealanin buyurdugu qaydada geyinmekdir

Shelale 19-09-2008 , 17:41

Salam.movzunu oxudum ve beyendim.Allah (c.c)sizden razi olsun.Allah(c.c) her seyi bilendir,hikmet sahibidir.Allah(c.c) bilir,kim exlaqsizdir,kim yox,ister hicabli olsun,ister yox.
esas insanin qelbinde olan Allaha olan imandir,iman olanda,moda hec olur.
Allah sizlerden cumle musalmanlardan razi olsun.Amin.
Allaha emanet olun.

Aynur 17-09-2008 , 15:10

Salam.Men sizin fikirlerinizle mueyyen qeder razilasiram.Eger sohbet heddinden ziyade bahali geyimler almaq (bu pulu imkansiz insalara xercleseler daha yaxsi olar),aciq-saciq geyinmekden gedirse haqlisiz.Ancaq gelin razilasaq ki,baha olmasa da gunun telebine uyqun geyinen (aciq-saciq yox)qadinlara hec de namussuz ve iffetsiz insan kimi baxmaq olmaz.Eger her hansi qiz ve ya qadin hicab geyinmirse bu onun exlaqi ile qetiyyen elaqedar ola bilmez.Muasirlik ya soyunmaq,ya da bahali geyinmek demek deyil.Muasirlik insanin dusuncesinde olmalidi.Muasir dusunen insan duzgun heyat terzi kecirir.Sizin qeyd etdiyiniz insanlar sadece cahildirler.Onlar hicabda olsalar bele exlaqsiz hereketlerine davam edecekler.icinde allaha inan insan namusunu da,exlaqini da qoruyur.Bunun modaya dexli yoxdu.Exlaqsiz ele exlaqsizdi.Ister deble geyinsin ister yox.Eziyyet cekib bizlere teqdim etdiyiniz movzu ucun tesekkur edirem.Aramizda deb xestesi olan varsa allahin israfciliqi sevmediyini bilib ibret goturerler.

lamiyə 06-01-2008 , 16:50
Müasir həyatın tələbi
Mən fikirləşirəm ki, əgər h
ər hansı bir qadının dişləri çox eybəcərdisə, onları qaydaya salmaqda heç bir qəbahət yoxdur.

elis 18zzz 08-08-2007 , 19:34
moda asililiqdir
hec de beyenmedim bu gungu zamanenin teleblerine ugun deyil yegin razi olarsizzzzzzzzzzzzzzzzzzzzzzzzzzz men bele basa dusurem

07-02-2007 , 13:48

bu megaleni oxuyanda modaya bir yoluxucu qorxulu xestelik kimi munasibetden basqa hec ne anlamadim movzunun basligi maraqli secilib amma metn menasizdi


Ismet 29-11-2006 , 08:46
Moda asliliqdir
Salam.Men sizinle raziyam,moda xestelikdir.Insanlar ozlerinini inandiriblar ki,indiki moda ile geyim onlari bashqalarina sevdirecek ve yaxud hami onlara yuksek medeniyyetli ve muasir baxacaq.muveqqeti dunyada bu ishlere bu qeder onem vermek mence axmaqliqdir.Geyim bizm ayiblarimizi ortmek uchun ve bizi istiden ve soyuqdan qorumaq uchundur.Onu ibtidai icma qurlushundaki insanlar da bunun uchun etmishler.Sadece onlarin elinde bizim dovrumuzdeki texnologiya olmadigi ushun onlar parchalar elde ede bilmemish ve yarimchilpaq veziyyetde gezirmishler.Indi bele chixir ki,onlar en deble geyinenlerimish.Ne ise .Allah razi olsun bu movzuya gore..Moda narkotik kimi asliliq yaradir.Onun eline dushen ve deple getmeye pulu chatmyan depresiyaya dushur.Ona gore de men de moda deyilen ,ve insani vacib sheylerden uzaqlashdiran bir sheyden uzaq ilmagi tovsiye edirem.

_Nur_ 20-09-2006 , 22:34

Bunlari reallashdirmag olur... sadece nefsine uymayib,Allah rizasi ichin yashayanda her shey kolay olur.. dushunsene.. Allah seni goruyor ve emellerin yazilir ve sen sirf Allah rizasi ichin yashamag isteyirsen ve elinden gelen geder yashayirsan.. bundan buyuk mutluluk mu olur?!
selam ve dua ile... (ayrica megale uchun Allah razi olsun)

Aydan 14-08-2006 , 22:17
Bu haqda
Duzu men bunlari bilmirdim.Allaha acia getmesin bele dusunurem ki,bu gunku gunumuzde bunlari reallasdirmaq olmur.


Share |


Şərh əlavə et

Müəllif    
Mövzu





 

çap versiyası     göndər     yuxarı

 
Vote For Us!
© 2005-2006 by AzeriMuslims TEAM. All right reserved.
Design © 2006 by AzeriMuslims. All right reserved.