Günahı tərk etmənin yolu
Bir nəfər İbrahim bin Ədhəmin yanına gələrək deyir: “Ey Əbu İshaq, mən özümə çox zülm edirəm (yəni çox günah edirəm). Bundan qurtaqmağa mənə bir yol göstər.” İbrahim bin Ədhəm ona belə cavab verdi:
“Beş xüsusiyyət var ki, onlara əməl edə bilsən günahlar sənə zərər etməz”. Həmin adam: “buyur, ey Əbu İshaq” – dedi.
İbrahim bin Ədhəm dedi:
“Ən birincisi əgər Allaha üsyan etmək istəsən onun ruzilərindən yemə.” Adam “Nə yeyim? Dünyada nə varsa onun ruzilərindəndir” – dedi. “Bəs səncə birinin çörəyini yeyib sonra ona ağ olmaq bir kişiyə yaraşarmı?” – deyərək ibn Ədhəm cavab verdi. “Yox, ikincisini de”
“İkincisi, əgər Allaha üsyan etmək istəsən onun mülkündə yaşama”. Adam cavab verdi: “Bu daha çətindir. Onun mülkü olmayan yermi var?!” “Bəs səncə birinin çörəyini yeyib, mülkündə yaşayıb özünə də üsyan etmək insana yaraşarmı.” – dedi İbrahim bin Ədhəm. Adam “yox – dedi – digərlərini də de”.
“Üçüncüsü, onun ruzisini yesən də, diyarında gəzsən də (yaşasanda) əgər Allaha günah etmək istəsən elə bir yerdə et ki, səni Allah görməsin.” “Ya İbrahim, bu nə deməkdir. O gizlini də, aşikarı da görəndir.” İbrahim bin Ədhəm dedi: “Bəs onda bu insafdandırmı ki, Onun ruzisini yeyəsən, diyarında gəzəsən, və gözü qarşısında, O görə-görə ona üsyan edəsən.” “Sən haqlısan, dördüncüsünü de” – deyə adam bidirdi.
“Dördüncüsü, ölüm səni aparmağa gəldiyi zaman ona de ki, gözlə günahlarıma tövbə edim, Allah üçün saleh əməllər işləyim sonra gələrsən.” Adam dedi: “Bunu məndən qəbul etməz” “Əgər ölüm gələndə onu tövbə etməyin üçün saxlaya bilməyəcəksənsə nə üzlə sağ ikən günah işlədirsən” – deyən İbrahim bin Ədhəmə həmin adam - “Düz deyirsən, beşincini söylə.” – deyə cavab verdi.
“Beçincisi, zəbanilər (cəhənnəm mələkləri) səni cəhənnəmə aparanda onlarla getmə” Adam dedi “Onların əlindən kim qurtara bilər ki!?” “Elə isə cəhənnəmdən nicat tapmağa gücün yoxdursa nə üçün günah edirsən” Kişi dedi: “ Ya İbrahim, bəsdir. Mən Allaha tövbə edirəm, ondan bağışlanma diləyirəm” Beləcə o şəxs tövbəsinə sadiq qalaraq ibadətə sarıldı və xeyir əmllər sahibi oldu.
3796 dəfə oxunub
İstifadəçi şərhləri
sədi
24-04-2010 , 22:12
bütün bunlarin hamısı gözəldi.ancaq insan özünü unutmasın
könül
19-10-2009 , 20:36
Allah bizi düşünənlərdən etsin
sevinc
28-02-2009 , 15:13
ALLAH dualarinizi qebul etsin! Amin!
Salamu aleykum! Cox gozel nesihetdi. Inshallah oxuyanlar ozlerine vaxt oturmeden fayda goturererler. Heqiqeten ALLAH rehmli ve ehf edicidir! Odurki, EY GENCLER, gunahlariniza tovbe ederek haqq yoluna gelin!Bu heqiqeten en boyuk qurtulush yoludur. Bu yolun bir ucu ibadet diger ucu ise cennetdir! ALLAH bizi cennete geden yoldan ayirmasin! AMIN!
Aynur
06-01-2009 , 16:16
Allah razi olsun
Allah sizden razi olsun.Bu yazi mene heyatimda boyuk deyisilikler etmeye komek oldu.
ilkin Astarali
06-08-2008 , 01:03
Assalamu Aleykum
Gozel sozler idi.Amma cenab vehhabiler ucun
meslehetlidir ki,sieye kafir demekle kufr gunahina batmasinlar
Afiq
06-06-2008 , 13:36
Allah sizden razi olsun
cici kız
06-03-2008 , 16:21
tövbə
Allah sizə can sağlığı versin.O dünyada cənnət qapılarından girənlərdən olasınız.Çünki bu cür ibrətamiz nəsiətlərə insana doğru yola və hardasa düşünməyə vadar edir.
leyla
22-02-2007 , 15:41
Allahdan butun insanlara imanlarinin pak olmasini dileyirem.
Sizlere bu cure meqaleleri insanlara ulashdirdiqiniz uchun chox teshekkur edirem. Haqqi batilden sechen yalniz Allahdir. Gelin ona inanib ve yalniz ondan imdad isteyek.
azercihad
09-01-2007 , 21:22
salam aleykum...Allah razi olsun...
Ismet
08-01-2007 , 18:05
Men bunu her yerde danishacagam.
Allah razi olsun.Insanlara Allah shukur etmeyin ne geder vacib oldugunu anlatmaq uchun bele meqaleler chox komek edir.O uzden bu meqaleni her yerde danishacagam.
bakinko4ka
07-01-2007 , 21:44
salam aleykum!ela........ALLAH razi olsun
SAMIR
21-07-2006 , 22:10
BELE GUZEL NASIHETLER DERC ETDIYINIZ UCUN ALLAH SIZLERDEN RAZI OLSUN
Vasif Hasanli
19-07-2006 , 16:01
Tanri yardimciniz olsun.
Salam. Eziz muselman qardashlarim. Bu cirkin dunyada genclere bele maraqli meqalerle cap edib onlara heqiqetin eslinde ne olduqunu catdira bildiyinize gore minettarliqimi bildirirem. Bir dindar genc kimi sizlerli destekleyir ve bu haqq yolunda yorulmamqinizi arzulayiram.
Ramiz
17-05-2006 , 03:27
Omer ucun
Omer, tekbayraq dovlet olmaq kimi bir plan yoxdu. Amma qelblerimiz beraber ata biler. Bu daha meslehetdi.
Ömer
12-05-2006 , 18:28
Azerimuslims
bu siteyi hazirlayan kardeslerime kalpten sevgilerimi gönderiyorum ve böyle sitelerin cogalmasini Allah (CC) den niyaz ediyorum Allah yar ve yardimciniz olsun bir gün insallah tek bayrak tek devlet olacagiz hedefimiz bu olmali Selamlar
azeri_online
10-05-2006 , 15:10
Allah(c.c) bizləri təqva sahiblərindən etsin.Amin!
Rufiz
07-05-2006 , 17:17
Tashakkur
Salam Aleykum balaca maqala olsa da haqiqatan ibratamiz maqaladir Allah razi olsun bu kimi maqalalardan bol bol
çap versiyası
göndər
yuxarı