AzeriMuslims.com

AZERUS
GOAdvertise with Us

Ana səhifə
Xəbərlər
Məqalələr
Yüklə
Sual-Cavab
Forum
Quran
Kim-Kimdir yeni
Linklər
 
Namaz vaxtı: 10-09-2010
Sübh05:44
İşraq07:16
Zöhr13:38
Əsr17:13
Məğrib19:59
İşa21:27
 

Günün sualı
Ramazanın son 10 günü sizin üçün nə deməkdir?
Bu ayda günahlardan təmizlənməyim üçün son fürsətdir
Heç bir fərq görmürəm
Bacardığım qədər gecələri ibadətlə keçirməyə çalışıram
Bu gecələrdən lazımınca istifadə edə bilmirəm

Sualların arxivi


  
Email:

  


  Oğlan uşaqlarını əsl kişi kimi tərbiyə etmək
11-04-2006


Oğlan uşaqlarını əsl kişi kimi tərbiyə etmək.
Günümüzdə informasiya  və digər texnologiyaların inkişafı uşaqlarımızı istədiyimiz kimi tərbiyə etməyi çətinləşdirir. Xüsusən oğlan uşaqları batil musiqi, əyləncə və rəhavətdən ibarət həyatın qarşısında kişiyə yaraşmayan incə, zərif, qadınsayağı xislətdə tərbiyə almaqdadırlar.


Bu gün teviziya və radiolardakı bir çox aparıcılar, müğənni və digər sənət admları buna canlı sübutdur. Yəni artıq bu bir problem kimi cəmiyyətin qarşısındadır. Hərçənd ki, cəmiyyətin özünün bundan hələ xəbəri yoxdur. Yenə də bu məsələnin həllində İslami tərbiyə öz üslubu ilə  seçilməkdədir. Bu yazımızda sizə evladlarımızı, oğlan uşaqlarını kişi kimi tərbiyə  etmək üçün İslami qaydalardan bəzilərini hədislərdən nümunələrlə nəzərinizə çatdıracağıq.

1.Oğlan uşağını bəzən böyüklərin məclisinə aparmaq.

Bu zaman əlbəttə həmin məclisin mahiyyəti nəzərə alınmalıdır. Söhbət burada dini-əxlaqi görüş və söhbətlərin olduğu məclislərdən gedir. Bu uşağın fikir dünyasını genişlədir, özündən böyük saleh əməlli insanlara özünü bənzətməsinə kömək edir. Səhabələr həmişə öz uşaqlarını Rəsulullahın məclisinə gətirərdilər. Bunu təsdiqləyən hədislərdən birini Muaviyə bin Qurrə Rivayət edir:  Rəsulullah oturduqda səhabələr yanına toplaşıb oturardılar. Onlardan birinin uşağı arxasından gələrdi onu da qabaq tərəfdə oturdardı." (Nəsəi)

2.Onlara qəhrəmanlar, İslam tarixində baş verən döyüşlər və qələbələrdən bəhs etmək.

Bu onlarda şücaət və igidlik kimi keyfiyyətlərin formalaşmasına təkan verir. Zubeyr bin Avvamın iki oğlu vardı. Oğlanlarından biri atası ilə bəzi döyüşləri seyr etmişdi. Digəri isə atasının döyüş təəssüratlarını  dinlər, hətta bu zaman onun çiynində olan qılınc yaraları ilə oynardı.  Oğlu Urvə bin Zübeyr rəvayət etməkdədir:  Yərmuk döyüşündə səhabələr Zübeyrə dedilər:  Döyüşə giriş, biz də səninlə döyüşə girək."  O, isə cavab verdi: Döyüşə girişsəm qorxuram mənə inanmayasınız."  İnanarıq" - dedilər. Zübeyr düşmənə qarşı hücuma keçdi. Döyüşə-döyüşə düşmən qoşununu yararaq ikiyə böldü. Bu zaman yanında bir adam görmədi. Geri dönmək istədikdə düşmənlər atının cilovundan tutaraq çiyninə iki qılınc zərbəsi vuraraq yaraladılar. Vurulan iki qılınc yarasının ortasında Bədr döyüşündə aldığı bir yara vardı. Mən əlimi bu yaranın içinə qoyub oynayardım." Urvə o gün qardaşı Abdullah bin Zubeyrin atası ilə bərabər olduğunu rəvayət etməkdədir. Abdullahın o zaman on yaşı vardı. Abdullahı atası ata mindirib bir nəfərə tapşırdı." (Buxari)İbn Həcər Əsqalani bu hədisin şərhində bunları söyləyir.  Zübeyr oğlu Abdullahın şücaətini, yaxşı at sürməyini anlayıb onu ata mindirmişdi. Və özünün döyüşə başı qarışdığı zaman onun üzərində olduğu atla gücünün yetməyəcəyi düşmənə qarşı hücuma keçəcəyindən ehtiyatlanaraq oğlunu düşməndən qorumaq üçün onu bir nəfərə tapşırmışdı."  Həqiqətən, gələcəkdə Abdullah bin Zubeyr öz igidliyi və qorxmazlığı ilə məşhur bir şəxs olmuş, zülmə qarşı çıxmış və bu yolda şəhid olmuşdur. 

3.Onlara böyüklərə qarşı ədəbli olmağı öyrətmək.

Bir hədisdə Əbu Hureyrə Rəsulullahdan (s) rəvayət edir:  Kiçik böyüyə, keçən oturana, az çoxa salam versin" (Buxari)

4.Uşağa məclisdə yerini bildirmək.

Bunu bu hədislə izah etmək olar - Səhl bin Sə`d rəvayət edir:  Rəsulullaha (s) bir qab su verildi. Sağında bir uşaq, solunda yaşlılar oturmışdu. Rəsulullah (s) uşağa dedi:  Ey oğlan, icazə verirsənmi suyu böyüklərə verəm." Uşaq cavab verdi:  Sənin verdiyin suyu heç kimə isar (digərini özümə tərcih) etmərəm, ya Rəsulullah." Rəsulullah da birinci suyu ona verdi" (Buxari)

5.Uşaqları idmana sövq etmək.

Atıcılıq, at minmək, üzgüçülük kimi idman növləri sağlamlıqla yanaşı uşaqlarda kişilik keyfiyyətlərini də inkişaf etdirir. Hz. Ömər Əbu Ubeydə bin Cərraha yazarq deyirdi:  Uşaqlarınıza üzməyi öyrədin" (Əhməd bin Hənbəl) 

6.İncəliyə, zərifliyə aparan işlərdən çəkindirmək.

Uşağın valideyni öz evladını (oğlan uşağını) qadınlar kimi geyinmək, onlar kimi saçını daramaq, rəqs etmək, qızıl taşmaqdan çəkindirməlidir. İmam Malik deyir:  Uşağın qızıl taxması məkruhdur. Çünki, mənə çatmışdır ki, Rəsulullah qızıl üzük taxmağı qadağan etmişdir. Mən qızılı yaşlı kişilərə və uşaqlara məkruh görürəm" (İmam Malik, Mubatta kitabı).Evladlarımız Allahın bizə əmanətləridir. Onların təbiyəsi, şəxsiyyətlərinin formalaşması bizim məsuliyyətimizdədir, bunlara görə Allaha cavab verəcəyik. Bu qarışıq zamanda tərbiyədə ancaq İslami dəyərlərə sadiq qaldığımız müddətcə övladlarımızı xilas edə bilərik. 

3962 dəfə oxunub

İstifadəçi şərhləri


ALLAH bendesi.. 19-06-2010 , 20:27
hamiya sozum
haminiz guya Muselmansiniz..Amma ALLAH SubhanAllah sozlerini kichik heriflerle yazirsiz..hara telesirsiz?

sevinc.r. 01-12-2009 , 21:50
oglan uşaglarini əsil kişi kimi tərbiyə edək
salam aleykum.aktual mövzudur.bu gunun oglan uşaglari giz kimi-gizlari oglan kimi terbiye almagdadirlar cox təəsuf.geyim insanin davranişina cox təsir edir.insan geyindiyi geyime uygun hereket edir bu gun oglan uşaglarinin geyindiyi dar köynek ve şalvarlar onlarin hereketlerini giz tebietli ve eksine gizlarin şalvar geyerek ozlerini kişi tebietli etmelerine getirib cixarir.bagca mudresi gadin orta mekteb muellimleri gadin evde ana ve nene terbiyesi gorur bu gunun oglan uşaglari.indi az ata tapilar ki oglan uşaglarini ozleri ile harasa aparib terbiye etsinler.bu da sebeblerden biridir.ne ise. bu movzuya tez tez toxunmaginizi rica edirik.allaha emanet olun.

Qadir 07-03-2009 , 10:11
Allahu ekber
Allah Sizlerden razi olsun. Bu haqda daha cox yazmaq lazimdir. Minnetdaram.

salam allh tealanın habercisi buyurur s.a.v mü,minler kardaşdırlar bunu balalarımıza bildiririk inşaallah selamatla galın 08-08-2008 , 16:05



mus-parvana 11-01-2008 , 15:44
əxlaq
salam aleykum könül oxşayan məqalədir.subhanallah cümlə subaylara evlad nəsib etsin amin.cazAllaxu xayran

Qarabala 26-11-2007 , 12:28

Hz. Ali buyurub: "Ovladlarinizi bir sonraki dovre gore yetisdirin". Biz de onlari Imanli, Elmli, Idmanci yetisdirmeliyik. Yuxarida saydiginiz 3 idmandan elave Meslehet gorerdim ogluvuz kyokushinkayla mesgul olsun. Sert ve esl kisi doyus novudur.

Gulaye 27-09-2006 , 05:43
Salam!
Ushaqlarin terbiyesi ile meshgul olmaq valideynin borcudur.menim de 1 oglum 1 qizim var. Allah Taala haminin balalarini saxlasin ichinde de menim balalarimi!AMIN!Sizin meslehet verdiyiniz musbet xususiyyetlerden menim oglumda var.o dava etmeyi sevmir.mektebde onunla dava etmeye chalishan ushaqlara anlatir ki, Sizler bura oxumaga gelmisiz dava edib, curetinizi gostermeye yox.bir az da qorxaqdir,her soz demeye,fikrini kimese chatdirmaga chekinir. bilmirem ona nece tesir edim ki, curetli olub, fikrini cemiyyet arasinda insanlara chatdirsin. ve sizlerden xahishim budur ki, qiza da musbet terbiye verilmesi barede meslehetlerinizi qeyd edesiniz. mumkunse.ve ovlada daha nece terbiye verilmesi barede meslehet vermeyinizi davam edin.

27-06-2006 , 17:04

allah mene bir ogul nesib etse mende oglumu bu exlaqi keyfiyyetlerle boyudecem.insallah.allah hec kimi ovladsiz qoymasin


27-06-2006 , 17:01

allah razi olsun

20-04-2006 , 00:43
salam
salam Aleykum na maqalaya soz ola bilar na da ushaqin shaklina mashALlah Allah sizdan razi olsun bela da dawam edin

12-04-2006 , 11:00
:):)
Subhanallah ...

Kasib 11-04-2006 , 15:10

Bu maqaladan yeni informasiyalar oyrandim
Allah hamiya Kihsi kimi owlad nasib etsin Amin


Share |


Şərh əlavə et

Müəllif    
Mövzu





 

çap versiyası     göndər     yuxarı

 
Vote For Us!
© 2005-2006 by AzeriMuslims TEAM. All right reserved.
Design © 2006 by AzeriMuslims. All right reserved.