

|

 |
| |
Biz hakimiyyətə meyilli deyilik
23-04-2007
Ceyhun NAĞI
 «Bizi cəmiyyətə vəhhabi kimi təqdim edirlər» «Əbu-Bəkr» məscidi və bu dini ocağın şeyxi Hacı Qamət Süleymanov yenidən mətbuatın gündəmindədir. Hüquq-mühafizə orqanları hər dəfə hər hansı əməliyyat keçirib «vəhhabi» adlandırılan məzhəbə qulluq edən şəxsləri həbs edəndə nədənsə, öncə bu məscid yada düşür. Cəmiyyətin və mətbuatın sualları Hacı Qamətə ünvanlanır. Bu dəfə də belə oldu.
Qaxda vəhhabi təriqətinə mənsub bir neçə nəfər həbs olundu və APA informasiya agentliyi bu məsələ ilə bağlı Q.Süleymanova müraciət edərək onun mövqeyini öyrəndi. Cavablar isə çox maraqlı oldu. Dünənki qəzetlərin əksəriyyətində «Hacı Qamət hakimiyyəti hədələdi» başlıqlı yazılar dərc edildi. Ümumiyyətlə, «Əbu-Bəkr» məscidi cəmiyyət üçün sirli bir məkandır desək, yanılmarıq. Sadaladığımız bütün bu məsələləri Q.Süleymanovla söhbətimizdə bir daha müzakirə etdik. Ona ilk sualımız Azərbaycanda İslam dininin vəziyyəti və cəmiyyətin dinə münasibəti ilə bağlı oldu. Q.Süleymanov belə dedi: - Bu sahədə xoşagəlməz hallar çoxdur. Çünki bizdə vəziyyət belədir ki, sanki İslam buraxılıb başlı-başına və o, öz-özünə inkişaf edir. Öz-özünə inkişaf başlayanda da hərc-mərclik yaranır. Bildiyiniz kimi, İslamda bir çox yollar var. Belə vəziyyətdə sanki yarış başlanır ki, kim nə qədər inkişaf etdi. Bu qüvvələr də inkişaf edəndə bəzilərində problemlər olur. Bu, bir az dağınıq şəkildədir. İnsanların münasibəti isə cürbəcürdür. Bəziləri İslamı bəyənir, bəziləri ondan qorxur. Bəziləri də İslamın içində hansısa tərəfi bəyənir, hansınısa bəyənmir. Yəni burada bir qarışıqlıq var. - Sizə elə gəlmirmi ki, bizdə son vaxtlar İslamdan da çox, bu dinin tərkibindəki təriqətlər, məzhəblər təbliğ edilir? Niyə? - Bu gün Azərbaycanda təkcə İslamın tərkibindəki təriqətlər yox, həm də xristianlıq çox geniş təbliğ olunur. Çox təəssüf ki, bundan heç vaxt danışılmır. Ola bilsin ki, bizim dinin təbliği şişirdilir ki, o birilər kölgədə qalsın. Bizim məlumatımız var ki, Gəncədə nə qədər müsəlman xristianlığı qəbul edib. Mən deyərdim ki, bütün dinlər pərakəndə şəkildə buraxılıb. Bir yandan baxanda bu, çox gözəldir. Lakin bu iş bir az tənzimlənmiş şəkildə olsaydı, daha gözəl olardı. - Sizin məscid haqqında müxtəlif söz-söhbət gəzir. Xahiş edirik bu məsələyə bir qədər aydınlıq gətirin: bu məscidin siz başda olmaqla, qayəsi, məqsədi nədir? - Məscid deyiləndə Allahın evi başa düşülür. Bura gələnlər də müsəlmanlardır. Hər bir məscidin və hər bir müsəlmanın məqsədi odur ki, özünü cəhənnəm odundan qorusun. Çünki bu dünya müvəqqətidir. Hamı bu dünyadan gedir, biz də gedəcəyik. Bu həyat bir mərhələdir. Biz inanırıq ki, axirət var, cənnət, cəhənnəm var. Cəhənnəmə düşməmək üçün Allahın buyurduğu qanunlara riayət etməklə özümüzü qoruyuruq. Və sonra bu xeyri öz ailəmizə, öz qohumlarımıza deyirik. Qəbul edən edir, etməyən də özü bilər. Məqsəd insanları yaxşılığa çağırıb pislikdən çəkindirməkdir. - Amma sizi daha çox təşkilatlanmış, hakimiyyətə gəlmək istəyən qüvvə kimi xarakterizə edirlər... - Bu, səhv fikirdir. Biz hakimiyyətə meyilli deyilik. Hakimiyyət istəyimiz də yoxdur. Şükür Allaha, hakimiyyətdə müsəlmanlardır. Əksinə, biz hakimiyyətə qarşı çıxanların əleyhinəyik. Məscidin də mövqeyi budur. Sadəcə olaraq bu istəkdə olan kiçik qüvvələr var. Amma onların bizim məscidlə heç bir əlaqəsi yoxdur. - Vəhhabilərə qarşı bir neçə əməliyyat keçirildi. «Səidin dəstəsi» adlı vəhhabi qrupu yaxalandı. Sumqayıtın Saray qəsəbəsində bir neçə nəfər tutuldu. İki gün öncə Qaxda analoji əməliyyat keçirildi. Nə üçün hər dəfə bu cür əməliyyat keçirilib vəhhabilər həbs olunanda ünvan siz olursunuz və cəmiyyətin sualları sizə ünvanlanır? - Çox təəssüf ki, belə təbliğat aparılıb. Və cəmiyyətə bizim məscidi belə tanıtdırıblar. Biz özümüzü belə təqdim etmirik. Heç vaxt deməmişik ki, biz vəhhabiyik və ya bu təriqətə qulluq edirik. Sadəcə olaraq bizi belə təqdim ediblər. - Kim? Kimdir bu qüvvələr? - Allah bilir. Burada hər bir tərəf ola bilər. Mənə elə gəlir ki, xarici qüvvələr daha çoxdur. - Ümumiyyətlə, sizin adamlardan həbs edilən olubmu? - Bizim qardaşlardan tutulanlar olmayıb. Ola bilsin ki, qanunu pozub cinayət edənlər olub və həbs edilib. Bu, təbiidir. Cinayətkar həbs edilməlidir. Mən bunun tərəfindəyəm. Bəzən elə hallar olur ki, dəqiq seçə bilmirlər, pisin yanında yaxşılar da gedir. - Vəhhabi cərəyanına qulluq edən şəxslərin əlamətləri var. Onlar uzun saqqallı və şalvarının balağı gödək olmalıdır. Sizin məscidə gələnlərin əksəriyyəti bu formadadır. Bu əlamətləri necə izah edə bilərsiniz? - Uzun saqqal, qısa balaq hansısa bir təriqətə xas deyil. Bu, İslam dininin əmridir. Saqqalı da, balağı da Peyğəmbərimiz deyib. Yəni bu, sonradan olan ixtira deyil. İslamın daxilində olan bütün cərəyanlara fikir verin, saqqal vacibdir, kişinin geyimi də topuqdan aşağı düşə bilməz. Bu məqam müqəddəs kitablarımızda da var. Dəqiq müşahidə aparsanız görərsiniz ki, məscidimizə gələnlərin heç də hamısı belə deyil. Saqqal saxlamayanlar da var. Yəni bu məsələdə məcburiyyət yoxdur. - Mətbuata açıqlamanızda demisiniz ki, müsəlmanları radikallığa məcbur edirlər… - Belə deməmişəm. Fikirlərim təhrif olunub. Mən demişəm ki, axtarmaq lazımdır ki, radikallar necə olur meydana çıxır. Bunun səbəbləri var. İnsan heç nədən radikal olmur. Hərdən bəzi məqamlar radikal qüvvələrə insanları öz tərəflərinə çəkməyə şərait yaradır. Ona görə də mən belə şəraitin yaradılmamasının vacibliyini bildirmişəm. - Azərbaycanda bu cür radikal qüvvələr varmı? - Var, amma azdır. Xırda dəsətələrdir. Gördüyünüz kimi, onları da həbs edirlər. - «Biz çox kompromisə gedirik, bunun sonu yaxşı qurtarmayacaq». Bu fikirlərinizin arxasında nə dayanır? - Mənim bu fikirlərim də təhrif olunub. Biz özümüzü cəmiyyətdən ayrı, böyük bir tərəf kimi hiss etmirik. Və mən də belə deməmişəm. Sadəcə olaraq demişəm ki, kompromislərin də həddi var. Həddən çox aşılsa, bu, yaxşı nəticə verməyəcək. Çünki radikal qüvvələr bundan istifadə edə bilər. Onlara şərait vermək lazım deyil. Məsələn, katolik kilsəsini götürək. Açılmamış yandırıldı. Dünyaya da xəbər verildi ki, Azərbaycanda kilsə yandırılıb. Bu, yaxşı nəticə vermədi. Yəni bunu deməyə çalışmışam. Hər şeyi açıq qoysaq, sabah gəlib hindistanlılar da bir büt qoyacaqlar. Ukraynada qardaşlarımız məscid tikmək istədilər. Şərt qoyuldu ki, minarə kilsədən hündür olmamalıdır. Avropada məscid var, amma azanı bayıra verməyə qoymurlar. Yəni xristian ölkələrində öz dinlərinə üstünlük verirlər. Bizdə də belə olsa, pis olmaz. - Niyə kilsə tikməyin əleyhinəsiniz? - Bilirsinizmi, bizim ölkədə katolik azdır. Ona görə də əlavə kilsəyə ehtiyac yox idi. Yaxşı olardı ki, bir dənə də məscid tikilərdi. Bir də ki mən «tərəfdarlarımız» ifadəsini işlətməmişəm. Ümumi müsəlmanları nəzərdə tutmuşam. - Açıqlamalarınızda «biz vəhhabi yox, sələfilərik» fikrini işlətmisiniz. Kimin sələflərisiniz? - «Sələf» sözü indi də işlənir. Bizdən əvvəlkilər deməkdir. Yəni nəzərdə tutduğumuz peyğəmbər, səhabələri, təbiinlər, onun yolunda olanlardır. Biz özümüzü onlara nisbət edirik.Islam.com.az 4811 dəfə oxunub İstifadəçi şərhləri
Terane
16-08-2010 , 12:30
Islam
Vahab Allahin adlarindan biridir
EHMED
12-06-2010 , 21:18
abdul hebid qardas seni bu gozel cavabin qarsisinda artiq soz tapmiram deyim allah senden ve butun muselmanlardan razi olsun.bunlar gedib senin suallarini fikirlessinler sonra cavab yazarlar.hetda cox sebirsizlikle gozleyirem bu cumleler qarsisinda ne yaza bilerler
MESEDI_ORXAN
18-04-2010 , 22:26
VAQOSLARA CAVAB
YOLUN SAGIDA YOLDAN CIXMAQDIR ,SOLUDA SIZIN SAQALINIZ VE SALVARINIZ YOLUN SAG VE SOLUNA OXSAYIR.QARDAS FIKIRLES HEMFER SIZIN BASCINIZA NIYE MADI KOMEK EDIB,ADAM UTANIR,EQIDENIZ SIZIN ZIYANINIZADIR,MEHSERDE BUNUBILECEKSINIZ,AMMA GEC OLACAQ,ALLAH BIZLERI HIAYET ETSIN
mesedi_orxan
18-04-2010 , 22:18
VEHABILERE SOZUM!
SALAM ALEYKUM.QARDASLAR OZUNUZU YORMAYIN MEN SAHIDI OLMUSAM KI BU VAHABILER OZLERIDE BILIRLER KI HAQ ALLAH PEYGEMBER VE ALI PEYGEMBER ASIQLERI OLAN SIELERLEDIR,
NISANE
15-04-2010 , 20:07
CAVAB
ABDUL HAMID qardasim ozunu nahaq yere yorma.Sizin meqsediniz Allaha xos getmekdir.Onlarin ne fikirlesdikleri ise bizi maraqlandirmir.Qiyamet gununde her sey yerine oturacaq
Elvin
05-03-2010 , 22:22
...
Salam Aleykum
Burdaki butun muselman qardash ve bacilarima demek isteyiremki burda yazdiginiz sozlere fikir verin,cunki burda yazdigimiz 1cumleye bele cavab vermeli olacayiq,eger muselman qardashimiz,bacimiz sehv edirse onu uzune demek olmaz,qaldiki hele burda coxluq icerisinde
Kim ne edirse ozune edir ve o etdiklerine gore cavab vermeli olacaq
Selefilere bohtan atanlara demek isteyiremki Allahdan qorxun ve Allah rizasi ucun bele sheylere yol vermeyin
qul
17-02-2010 , 14:38
ne mubahise edirsiniz axi, here ozune cavabdehdir qardashlar, ozunuze bir gun aglayin, hec bir teriqetle (wiye, rafizi, martudi, ne bilim daha ne) getmeyin. ancaq Allahin kitabina ve peygemberin sunnesine tabe olun, vesselam. bir-birinizle mulayim olun, sert, qaba olmayin. bir-birimizi basha dushek, tekebbur gostermeyek. o zaman butun muselmanlar bir olar. en duzunu hamidan yaxwi bilen Allahdir. hec kes emin olmadigi bir weyi daniwmasin. bohtan atmish olarsiniz bir-birinize. Sebrli olun qardashlar.
abdul Natiq
06-02-2010 , 18:25
vahab
vahabi mezhebi peygemberizden 6 esr sonra yaranib,ingilis yaradib islama leke yaxmag ucun!uzun saqqal,qisa salvar,cahil insan ve mumin insan vahabileri goren irgenirler.
xalid
06-02-2010 , 18:18
vahabinden qorxun.
vahabiler menim sozume diqqetle qulaq asin!!!!!EHLI-BEYTIN haqqinda YALANDAN danismayin bunu sizden teleb edirem.
Famil
06-02-2010 , 18:12
vahabin yoxdur
Admin...vahabi mezhebi ne vaxt yaranib?????????????
muslim
06-02-2010 , 18:06
vahabin deyilen bir mezheb yoxdur,
vahabi mezhebi ne vaxt yaranib?admin sualima cavab yaz!!!!!!!!!
Admin
03-02-2010 , 01:45
Islam adlı istifadəçinin şərhində təhqir olduğu üçün buraxılmayıb
Intiqam
02-02-2010 , 12:44
Islam
Islami bolenlere Allah lenet elesin!
abdul.abuhureyye
30-01-2010 , 18:44
vahabin deyilen bir mezheb yoxdur,
eziz qardaslar mende bir zamanlar vahabiler kimi namaz qilirdim,dostum mene dediki sizin qildiginiz namaz sehvdir get haqqi axtar tap ve mende o,gunden sonra her terefli arasdirdim ve gordum ki,men sehv yoldayam tovbe edib haqqa geldim.Size bir qardas kimi meslehetim budur ki gedin etrafli arasdirin!!ozunuz her seyi bileceksiniz..........
Famil
30-01-2010 , 18:15
men bir seyi basa duse bilmirem,qametin saqqali qisadir amma vahabilerin saqqali uzundur,nesibe xanimin kuklasina oxsuyurlar,
bende
02-01-2010 , 12:05
vahabilik
ALLAHDAN qorxun vahabilik yoxdyr
abdul
29-12-2009 , 15:12
S.A
qamet suudlarin koledidir yaziq ona.
Abdul-Hamid
24-12-2009 , 11:28
sual
Sozumu cihadiyə unvanlayiram.
Enfal 60.Suresi: Vasitəsiylə Allahın düşmənini, öz düşməninizi və onlardan qeyri - sizin tanımadığınız və Allahın tanıdığı - digər düşmənləri qorxutmaq üçün onların müqabilində bacardığınız qədər qüvvə (insan qüvvəsi, müasir silahlar və döyüş xərcləri) və bağlanmış və bəslənmiş atlar (münasib minik vasitələri) tədarük görün. Allah yoluna hər nə xərcləsəniz, (Qiyamət günü) o, kamil surətdə sizə veriləcəkdir və sizə əsla zülm edilməyəcəkdir (haqqınızdan kəsilməyəcəkdir).
"Dusmenleri qorxutmaq ucun tedaruk gorun" demek terror edin gunahli gunahsiz kimi geldi qirib catin demekdir? İndi tam emin oluram ki, dini bilen, belmeyen, umumiyyetle dinle mesgul olan olmayan her kes oz kefi ucun hokm , fitva verir. Dinin esas unsurleri de elde oyuncaga cevrilib. Alem qarisib bir-birine... Ehhh...
cihadi
23-12-2009 , 02:55
terror
Terrorun İslamda olmadığını demək cahillikdən qaynağlanır.Açın Quranı Ənfal surəsinin 60-cı ayəsini oxuyun."Turhibunə" nə deməkdir?Hansı felin kökündəndir...
Abdul-Hamid
18-12-2009 , 18:10
cavab
Salam,
Ehli Beyt adi ile yazandan sorusmaq isteyirem zehmet olmasa cavab versin.
1.Saqqal saxlamaq iyrenclikdir meger? Eger bir qadinin saclarinin uzun olmasi iyrenclik deyise, kisinin saqqalinin uzunlugu ne ucun iyrenclikdir?
2. Deyirsen etrafda oz xarici gorunusunuzle ikrah oyadirsiniz.Bilmek isterdim etrafda deyende kimleri nezerde tutursan? Sene peygemberin sunneti ve heyati daha onemlidir yoxsa kimlerinse kenardan seni beyenib-beyenmemesi?
3. Ey ehli -beyt asigi sence Muhammed sav. Saqqalsiz oilmusdur ve ya gezerken etekleri ayagina dolasa dolasa gezirdi?
4.Sence Eli ibn Abu Talib ve diger bezi muselman qardaslarin nomrelediyi imamlar saqqalsiz, uzleri kremli gezib etrafdakilarin konlunu oxsayirdilar?
5.Sen Ayetullah Xomeyninin, Fazil Lenkaraninin, Ocaq Nejatin, ve bir cox sen taniyanlarin saqqallarini gormemisen? Meger onlar iyrenc sexslerdir?
6.Sen muselman qardaslari saqqalina gore iyrenc damgasi vurub tenelediyin geder, mavileri, dar cinsleri, qadin duskunlerini, rusvetxorlari, ickicileri, ribacilari, arvadbazlari tenelemisen?
7.Dogru yol deyende Asurada uz cirmagimi nezerde tutursan?
8.Dogru yol deyende olkeye idxal olunan ozunu doymek ucun gelen zencirleri nezerde tutursan?
9. Sen dogru yol deyende instituta girmek ucun Mir movsum aganin gebrine qizil uzuk qoymaqdan danisirsan?
10.Sen dogru yol deyende 1 saatliq muveqqeti nikahdan danisirsan?
11.Sen dogru yol deyende uc dord neferi cixib qalan minlerle sehabeleri "peygember olenden sonra bunlar dinden dondu demek" hesab edirsen?
12.Salvari qisa geyinenleri laga qoydugun geder qisa yubka geyenlere tovsiye etmisen?
13.Saqqala gulduyun insanlarin sayi geder islama devet etdiyin insanlar olub?
Sene sonra da suallar verecem/. Amma bu suallarimi eger oxusan, mutleq cavab ver. Allah rizasi ucun.Elbette diger sexsler de cavablandira biler.
çap versiyası
göndər yuxarı
|
|
|
 |