AzeriMuslims.com

AZERUS
GOAdvertise with Us

Ana səhifə
Xəbərlər
Məqalələr
Yüklə
Sual-Cavab
Forum
Quran
Kim-Kimdir yeni
Linklər
 
Namaz vaxtı: 10-09-2010
Sübh05:44
İşraq07:16
Zöhr13:38
Əsr17:13
Məğrib19:59
İşa21:27
 

Günün sualı
Ramazanın son 10 günü sizin üçün nə deməkdir?
Bu ayda günahlardan təmizlənməyim üçün son fürsətdir
Heç bir fərq görmürəm
Bacardığım qədər gecələri ibadətlə keçirməyə çalışıram
Bu gecələrdən lazımınca istifadə edə bilmirəm

Sualların arxivi


  
Email:

  


  “Səhabələr söyülürsə, necə qardaş ola bilərik?”
19-02-2007


İslam alimləri birliyinin sədri, böyük  alim Yusif  əl-Qərdavi və İran İslam Respublikası Dövlət Quruluşunun münasibliyini müəyyənləşdirmə təşkilatının sədri, keçmiş prezident Əli Əkbər Haşimi Rəfsəncani əl-Cəzirə kanalında efirə verilən  xüsusi verilişdə bir araya gəldilər. Yusif əl-Qərdavinin Qətərin paytaxtı Dohadan, Haşimi Rəfsəncaninin isə Tehrandan canlı yayım olaraq birbaşa qoşulduğu bu verilişdə  İslam dünyasının  bu günki vəziyyəti, vəziyyətdən çıxış yolları və sünni-şiə münasibətləri bu iki alimin müzakirə obyekti olub. Verilişin əvvəlində aparıcı Əhməd əş-Şeyx bu verilişin mübahisə xarakterli olmadığını bildirərək suallara keçmədən öncə Rəfsəncani və Qərdaviyə söz  verdi.


Rəfsəncani  birləşməyə çağırır.

Rəfsəncani verilişin əvvəlindəki çıxışında “Allahın ipinə möhkəm sarılın və təfriqəyə düşməyin” ayəsini oxuyaraq əl-Cəzirə kanalına və Yusuf əl-Qərdaviyə təşəkkürlərini bildirdi. İslam alimləri birliyinin  İslam ümmətinin vəhdəti üçün əhəmiyyətli addımlar atdığını bildirən Rəfsəncani bu dinin  inkişafı üçün əsas prinsiplərdən birinin də vəhdət, birləşmə olduğunu söylədi. “İslam inqilabından sonra səfləri yaxınlaşdırmaq, İslam ümmətinin bütün övladlarını birləşdirmək üçün çox çalışdıq” deyə bildirən  Rəfsəncani bunun Ayətullah Burucərdi və Məhəmməd Abduhun yolu olduğunu, onların “Dər ət-təqrib” (Məzhəblərarası yaxınlaşma evi) adlı  təşkilat yaratdıqlarını,  özlərinin yəni, iranlıların isə inqilabdan sonra İslam birliyi məsələsini  gündəmə gətirdiklərini və bu məsələdə  xeyli işlər gördüyünü də qeyd etdi.

Son günlərdə İraqda baş verənlərə toxunan,  Əfqanıstan, Livan  və bəzi bölgələrdə bir ixtilaf dalğasının yarandığı söyləyən Rəfsəncani düşmənlərin müsəlmanların arasını vurmaq üçün dəridən qabıqdan çıxdıqlarını da bildirdi.

“Düşmənin ümid yeri müsəlmanlar arasındakı ixtilafdır”

ABŞ-ın Böyük Orta Şərq Layihəsinin müvəffəqiyyətsizliyə uğradığını,  İraqı işğal etməklə çatmaq istədiyi məqsədini həyata keçirə bilmədiyini və bu səbəbdən dolayı  amerikalıların İslam dünyasında təfriqələrə səbəb olaraq öz istəyinə nail olacağını düşündüklərini deyən Rəfsəncani Fələstindəki  müqavimət hərəkatının seçkilərdə qalib gəlməsindən və düşmənin Livanda və dünyadakı bütün müqavimət hərəkatları qarşısındakı məğlubiyyətindən dolayı onun müsəlmanlar arasında ixtilaf yaratmağa yönəldiyini də bildirdi. Müsəlmanların bir-biri ilə çəkişməsinin Qurani Kərimdə qadağan edildiyini bildirən Rəfsəncani İraq, Əfqanıstan və digər yerlərdəki mövcud problemlərin birlik və birləşmə sayəsində həll edilə biləcəyini və bu məsələdə İslam alimlərinin üzərinə  böyük məsuliyyətin düşdüyünü də nəzərə çatdırdı. Sünni-şiə ixtilafı deyilən şeyin “şeytani” təhriklər olduğunu deyən Rəfsəncani əlavə etdi ki, “Biz İran xalqı olaraq müsəlmanların birliyinə inanırıq. Mən əminəm ki, sünni alimlər də bizim bu görüşümüzə şərikdirlər”.

Qərdavi: “Açıq danışmalı, həqiqətlərdən qorxmamalıyıq”

Yusuf əl-Qərdavi  Rəfsəncanidən sonra etdiyi çıxışında İslam alimləri birliyinin xahişini yerə salmayaraq bu verilişi yayımlayan əl-Cəzirəyə və səkkiz il əvvəl İrana səfəri zamanı onunla görüşən Rəfsəncaniyə öz təşəkkürlərini çatdırdı. “Rəfsəncaninin Tehrana səfər edən İslam Alimləri Birliyinin bir qrup aliminin irəli sürdüyü səkkiz məsələ haqqında danışmasını istərdim” -deyən Yusuf əl-Qərdavi bu səkkiz məsələ barəsində açıq danışılmasının vacib olduğunu və əsl ağrılı problemin üzə çıxarılmadığını, həqiqətləri görməkdən qaçıldığı üçün məzhəblərarası yaxınlaşmaya həsr edilən konfranslarının heç bir nəticə vermədiyini və faktiki olaraq  heç bir şeyə nail olunmadığını söylədi.

“Hər iki tərəfdə də təkfirçilər var”

“Bu səbəbdən  bu görüşdə həm sünnilərin, həm də şiələrin şikayət etdikləri nöqtələri açıqca danışmaq üçün bir araya gəldik” -deyən Yusuf əl-Qərdavi “Təkfirçilik bir reallıqdır, həm sünniləri, həm də şiələri təkfir edənlər mövcuddur. Biz İslamın birləşdirici ünsür olmasını istəyirik. Sünnilər arasında şiələri təkfir edənlər varsa da,  şiələr arasında da sünniləri təkfir edənlər var. Hətta, şiələrdəki təkfir sünnilərdə olduğundan daha şiddətlidir. “Biz sünnilərlə nə ilahda, nə peyğəmbərdə, nə də  imamda bərabərik” deyənlər də tapılır” deyə Qərdavi bildirdi.

“Təkfiri rədd edirik. Hamımızın Allahdan başqa ilahı olmadığına və Məhəmmədin Onun elçisi olduğuna şəhadət etməsi kifayətdir. Eyni zamanda hamımızın tək bir qibləyə yönələrək namaz qılması da  yetərlidir”- deyən Yusuf əl-Qərdavi digər bir məsələ kimi  sünni-şiə anlaşmazlığı barədə məsələlərin sadə xalq kütlələri arasında deyil, bu kimi məsələlərin elm adamları və mütəxəssislər tərəfindən  qərəzsiz bir şəkildə araşdırılmasının vacibliyini də diqqətə çatdırdı.

“Səhabələr  söyülürsə, necə qardaş  ola bilərik?”

Əhli-Beyti sevməyən bir sünninin belə olmadığını bildirən Qərdavi: “Sünnilərdən  kimsə birisi varmı ki,  Rəsulullahın əmisi oğlu Hz. Əlini, onun oğulları Hz. Həsən və ya Hz. Hüseyni sevməsin?” dedi. Qərdavi daha sonra bunları söylədi: “Ancaq, şiə qardaşlarımızın səhabə problemi mövcuddur.  Səkkiz il əvvəl Tehranda iştirak etdiyim bir konfransda da bunu demişdim. Bu nöqtə çox həssas və əhəmiyyətlidir. Mən Əbu Bəkr “Allah ondan razı olsun!”, Ömər “Allah ondan razı olsun!”, Aişə “Allah ondan razı olsun!” dediyim zaman sən də “Allah onlara lənət etsin!”- desən, mən necə əlimi sənin əlinin üstünə qoyub səninlə qardaş ola bilərəm?! Buna görə də bu məsələdə anlaşmağımız lazımdır. Onlar səhabədirlər. Onlar Allah rəsulunun tələbələri və onun tərbiyəsini görmüş insanlardır. Onlara söyməklə  müəllimlərinin onlara yaxşı tərbiyə vermədiyini ifadə etmiş oluruq. Vallahi, o,  onlara ən yaxşı tərbiyəni vermişdir. Onlar dünyanın şahid olduğu ən üstün nəsil idi. Quran bir neçə yerdə buna şahidlik edir. Bütün səhabələrə – İslamı ən  əvvəl qəbul edənlər və sonra qəbul edənlərə qədər hamısına, və hətta onlardan sonra gəlib xeyirlə onların yolu ilə gedənlərə  də Allah altından çaylar axan cənnətlər vəd edir. Onlar Quranı bizə çatdırdılar, sünnəti qorudular, ölkələri fəth etdilər və İslamı yaydılar. Misirə,, İrana İslamı kim gətirdi?! Atəşə ibadət etməkdən xilas edib Allaha ibadətə kim yönəltdi?! Rəsulullah (s) və səhabələrinə yönəldilmiş hər bir alçaldıcı sözdən uzaq durmaq lazımdır.”

“İraqın parçalanmasına qarşı çıxırıq”

İraqlı din xadimlərinin imzaladıqları Məkkə Bəyannaməsindən də bəhs edən Yusuf əl-Qərdavi bu sənədin “meyvə verə bilməsi” üçün onda qeyd olunanların yerli-yerində yerinə yetirilməsinin vacibliyini vurğuladı.

İraqda baş verən kütləvi qırğınların və tökülən qanların, ölüm briqadaları və məzhəbçi milislər məsələsinin ən mühüm problemlərdən olduğunu bildirən Qərdavi insanların öz ev-eşiyindən, yurdlarından zorla didərgin salındığını da dedi. Sonda İraqın parçalanmasının qəti əleyhinə olduğunu bildirən  Qərdavi İslam düşmənlərinin müsəlman  ölkələrini parçalama planlarının olduğunu,  İraq, Suriya və Misirin hər birini bir neçə kiçik parçalara ayırmaq istədiklərini də söyləyərək əlavə etdi ki,  “İraq vahid İraq , İraq xalqı da vahid bir xalq olaraq qalmalıdır. İraqın və İraq xalqının bütövlüyünü mütləq şəkildə qorumalıyıq və bunun ziddinə olan  hər bir planı rədd etməliyik”.

Yusuf əl-Qərdavinin çıxışından sonra verilişin sual-cavab hissənə keçildi.  Aparıcı Əhməd əş-Şeyx Rəfsəncanidən başlayaraq qonaqlara müxtəlif suallar verdi.

“Ən böyük təhlükə İsrail və imperialistlərdir”

“Verəcəyiniz cavablar  İranın digər din alimlərinin də görüşlərini  əks etdirirmi?” sualına cavab verən Rəfsəncani öz görüşlərini bildirəcəyini və eyni zamanda  İrandakı din alimlərinin əksəriyyətinin bu fikirlərə şərik olduqlarını bildirdi. “Yusuf əl-Qərdavinin açdığı mövzular haqqında nə demək istəyirsiniz?” sualına Rəfsəncani sünni və şiə sadə xalq kütləsinin etdiyinin İslam dünyasında ixtilafa səbəb olmamasının vacibliyini bildirdi. “Biz Quranın əmr etdiyi kimi olmalıyıq və biri-birimizlə sıx birləşməliyik” -deyən Rəfsəncani ən böyük təhlükənin İsrail, sionizm və imperialistlərin olduğunu, imperialistlərin hərc-mərclik salmağa və bölgəni ələ keçirib buradakı sərvətlərə yiyələnməyə çalışdığını qeyd etdi. Dünyada bir milyard yarım müsəlman və altmış İslam ölkəsinin olduğunu,  bunların əhəmiyyətli mövqelərdə yerləşdiyini, Allahın  bəxş etdiyi enerji ehtiyyatlarına sahib olduğunu və bu səbəbdən İslam dünyasının birləşərək özünü müdafiə etmə haqqı olduğunu bildirən Rəfsəncani məsələnin təfərrüatəna varmağın , detalları incələməyin düzgün olmadığını vurğulayaraq belə dedi: “Biz İrandakı xütbələrimizə Peyğəmbərə, ailəsinə və səhabələrə salat və salamla başlayırıq. Bu gün biri-birimizi ittiham etməyin  deyil, çiyin-çiyinə verməyin vaxtıdır.” Şiə alimlərinin səhabələrə söyməyin caiz olmadığını bildirən açıq fətvalar verməmələrinin səbəbi haqqında verilən suala Rəfsəncani: “Hər iki tərəf  ixtilaf törədən məsələləri gündəmə gətirməməlidir!” kimi cavab verdi.

“Tarixə “ilişib” qalmamalıyıq”

Verilişın aparıcısı daha sonra Yusuf əl-Qərdaviyə sünnilərin də bəzi davranışlarının ixtilafa səbəb olduğunu, şiə ayparasından bəhs edildiyini, bəzi alimlərin şiələri, ümumən kafir elan etdiyini,  şiələr kimi sünnilərin də tarixə “ilişib” qaldığını,  Bağdadın işğalı ilə əlaqədar İbn əl-Əlqəm və Tusidən bəhs etdiklərini  xatırlatdı. Buna cavab olaraq Yusuf əl-Qərdavi: “Sünnilərin adından bunu deyə bilərəm ki, biz tarixdən dərs alırıq. Ancaq tarixin əsirinə çevrilmirik.  Keçmişdə bir şiə bir xəta və hətta xəyanət etmiş olsa belə,  onun bu hərəkətindən doğan məsuliyyəti  bu günkü şiələrin hamısına yükləmərik”- dedi. Təkfir məsələsinə gəldikdə isə,  bunun hər iki tərəf arasında qarşılıqlı olduğunu söyləyən Qərdavi sünnilər arasında şiələri təkfir eədnlərin olduqca az olduğunu və əksəriyyətin isə  şiələri kafir saymadığını  bildirdi. İsrailin Livana hücumu zamanı ümmətin böyük əksəriyyətinin Hizbullahla bərabər olduğunu xatırladan Qərdavi ümmətin əsas yönünün bu olduğunu bildirərək ümməti tək-tək fərdlərin söylədikləri ilə deyil,   ümumi münasibəti ilə dəyərləndirməyin vacib olduğunu, insanların hər iki tərəfdən ifratçılar tərəfindən deyil, mötədillər tərəfindən ixtilafa son veriləcəyini  gözlədiklərini diqqətə çatdırdı.

“Təqiyyə və şiəliyi yayma anlaşılmazlığı”

Verilişin aparıcısının şiə alimlərinin müsəlmanlara qarşı təqiyyə etmə məəsləsinə necə baxdıqları barəsində verdiyi suala Rəfsəncani bu məsələnin də İslam düşmənləri tərəfindən ortaya  atıldığını, dövlətlərin də gizli qanunlarının olduğunu bildirməklə cavab verərək şiələrin inandığı təqiyyənin Qurandan qaynaqlandığını irəli sürdü. Rəfsəncani ümumən insanlar arasında da  hər şeyin hamının  yanında söylənilmədiyini və təqiyyənin gizli bir metod olmadığını və bütün ağıllı insanlar tərəfindən tətbiq edildiyini bildirdi. Rəfsəncani İranın şiəliyi yaymaq fəaliyyəti haqqında verilmiş sualı “Saleh  əməli yaymaq  vacibdir”  kimi cavablandırdı.
Daha sonra aparıcı Yusuf əl-Qərdaviyə sünnilərin vahid dini avtoritetlərinin olmadığını, onların da öz məzhəblərini yayma fəaliyyətinin olduğunu və bəzi şiələrin sünnilərin əksəriyyət təşkil etdiyi ölkələrdə öz hüquqlarından tam istifadə edə bilmədiklərindən şikayət etdiklərini xatırlatdı.

Qərdavi sualın cavabına keçmədən əvvəl Rəfsəncaninin təqiyyə haqqında söylədiklərinə etiraz edərək Quranda təqiyyənin kafirlərə qarşı istifadə edildiyini, istisna bir hal olduğunu və ümumi bir qayda kimi istifadə edilmədiyini qeyd etdi.

Rəfsəncaninin şiəliyi yaymağı saleh əməli və xeyri yaymaq kimi izah etməsinə də etiraz  edən Qərdavi məqsədin bu olmadığını, əsl niyyətin bir şəxsin məzhəbini dəyişdirməsi olduğunu və bunun da hərc-mərcliyə yol açdığını bildirdi və sözünü  belə davam etdirdi: “Bunu daha öncə də dedim: Misir, Sudan, Mərakeş, Əlcəzair və Tunis kimi tamamən sünni olan bir ölkəyə gedib şiəliyi yaymağa çalışsaz, nə qazanarsınız, axı? On, iyirmi, yüz, iki yüz, hətta min, iki min adam daha sonra bütün xalq sizə qarşı dayanacaq və gərginlik yaranacaq. Sünnilər bunu etmirlər. Mənim böyük xeyriyyə təşkilatları ilə əlaqələrim var. Fəaliyyətlərində  sünniliyi yayma istəyi qətiyyən hiss olunmur.”

“Hər bir  məzhəbə mənsub azlıqlar  bütün  hüquqlarının  sahibi olmalıdır”

Tərəflər arasında həqiqi yaxınlaşmanın ola bilməsi üçün hər iki tərəfdən olan azlıqların hüquqlarına hörmət edilməyin vacibliyini  bildirən Yusuf əl-Qərdavi: “İndoneziyaya getdim. Küveyt səfirləri şiə idi. Körfəz ölkələirndə şiə olan bir çox nazir var. İranda 15 milyon sünni var. Onların sayının daha çox olduğunu da dedilər. Bir nazirləri belə, yoxdur. Misir qiptilərinin sayının bundan az olmasına baxmayaraq, bu ölkədə qibti olan üç nazir var. Sünnilər Tehranda məscid açmaq üçün müraciət edirlər, ancaq indiyə qədər bu müraciət qəbul edilmir. Əgər ixtilafın qarşısını almaq istəyiriksə, müştərək addımlar atılmalıdır. Hər iki tərəfdən olan azlıqlar özlərinin bütün hüquqlarına sahib olmalıdırlar” -dedi. Bundan sonra verilişin aparıcısı Rəfsəncaniyə İranın İraqa müdaxiləsini və bu məsələyə onun  mövqeyi barəsində sual verdi. Sualın cavabına keçmədən əvvəl Yusuf əl-Qərdavinin də dediklərinə etirazını bildirən Rəfsəncani Qərdavinin ortaya qoyduqlarına uyğun olaraq onun da bu tip şeyləri  ortaya qoyması  ilə Amerikanın qurduğu tələyə düşəcəklərini bildirdi.

İraqın birlik və bütövlüyünün müdafiə edilməsinin vacib olduğunu və İraq xalqının vahid konstitusiya və ortaq bir hüquq altında yaşamasının vacibliyini bildirən Rəfsəncani: “Şiələr keçmişdə sünnilərin ölkəni idarə etdiyi və indi isə  əllərinə intiqam  fürsətinin düşdüyünü fikirləşməməlidirlər. İraqda işğal var və işğala qarşı səflər birləşməlidir. Bizlər də qonşu ölkələr olaraq İraqın birliyinə dəstək olmalıyıq.” dedi.

İranın İraqa müdaxiləsi

İranın xüsusi xidmət orqanları ilə İraqa müdaxilə etdiyi, işğala qarşı olmasına baxmayaraq, mövcud vəziyyətdən razı olduğu və bunun da bir ziddiyət olub-olmadığı barədə  verilən suala Rəfsəncani bu tip  danışanların amerikalıların üslubu ilə danışdıqlarını, İranın İraqın daxili işlərinə qarışmadığını və bunu inkar edən heç bir dəlilin olmadığını dedi. İraqda müsəlmanların probleminin olduğunu və onlara kömək etdiklərini bildirən Rəfsəncani Bosniya və Fələstini xatırladaraq: “Bosniya və Fələstin xalqı şiə deyil. İraqı müdafiə edərkən biz işğal edilmiş bir İslam ölkəsini müdafiə edirik. Biz onların qətiyyən daxili işlərinə qarışmırıq. Onlar öz işlərini necə idarə edəcəklərini yaxşı bilirlər.”

“Müqavimət göstərmək İraq xalqının  haqqıdır”

Bundan sonra aparıcının Yusuf əl-Qərdaviyə yönələrək İraqda sünni partiyalarının da işğalın kölgəsində keçirilən parlament seçkilərində iştirak etdiyini, bəzi sünni qrupların  hərc-mərcliyə səbəb olan addımlar atdımını  xatırlatmasına cavab olaraq Qərdavi bəzi partiyaların siyasi proseslərdə iştirak etməsi ilə bir o qədər maraqlanmadığını, bunun siyasi ictihad olduğunu və xəta etmiş, bəlkə də bu proseslərdə iştirakdan peşman olmuş ola biləcəklərini bildiridi.

Üzərində dayanılması vacib olan məsələnin İraq xalqının müqavimət haqqı olduğunu vurğulayan Qərdavi: “Müqavimət İraq xalqının  haqqı, yoxsa qəbul edilməz bir hərəkatırmı?” -  deyə sual etdi və Fələstinlilər,  Əfqanlar və torpaqları işğal edilmiş digər xalqlar kimi İraq xalqının da işğala müqavimət göstərmək  haqqının  olduğunu nəzərə çatdıran Qərdavi bunun İslami bir hökm olduğunu, torpaqları işğal edilmiş bir xalqa cihadın fərzi-ayn olduğunu və eyni zamanda ətrafdakıların da onlara yardım etmələrinin fərzi-ayn olduğunu qeyd etdi.

İraqdakı əsl problemin hər gün yüzlərlə insanın ölməsinə səbəb olan qırğınlar olduğunu  bildirən Qərdavi: “Əgər sünnilər arasında  belə qanlı aksiyaları törədən varsa, mən  bunu pisləyirəm.”- dedi.

Xütbələrində və əl-Cəzirədə televiziyasında yayımlanan “Şəriət və həyat” verilişında İraq və İrandakı ayətullahların müsəlmanın müsəlman qanı tökməsini pisləyən bəyanatlar verməsini arzuladığını  deyən Qərdavi İranın üzərində məsuliyyət olduğunu, Rəfsəncaninin isə bunu qəbul etmək istəmədiyini,  İraqda ancaq İranın əli olduğunu və bu probelmin açarlarının bir çoxunun sonuncu ölkənin əlində olduğunu hər kəsin qəbul etdiyini də diqqətə çatdırdı.

“Hücuma məruz qalarsa,  İranla bərabərik”

Aparıcının İranın Amerikanın hədələri ilə üzləşdiyi, İranlıların sünni ölkələrdən bəzilərinin İranı dəstəkləmədiyindən və bununla yanaşı, Amerikanın İran əleyhinə siyasətini də yan çıxmalarından şikayət etdikləri barəsində verdiyi suala  cavab olaraq Yusuf əl-Qərdavi belə dedi: “Mən ərəb ölkələri və digər ölkələrdəki rejimlərin vəkili deyiləm. Məni maraqlandıran iqtidar yox, müsəlman xalqıdır. İranla İraq barəsində, şiələrlə səhabə və şiəliyi yayma məsələsində görüş ayrılığımız ola bilər. Ancaq İran Amerika və ya hər hansı bir dövlət tərəfindən hücuma məruz qalarsa, biz buna qarşı çıxacağıq. Nə İrana, nə də başqa bir müsəlman ölkəsinə edilən  hücuma razı olmarıq. Ümumiyyətlə, heç bir ölkəyə hücum edilməsinə razı deyilik. Çünki biz təcavüzün əleyhinəyik. Doha şəhərində keçirilən konfransda da bunu elan etmişdim. İrana hər hansı bir təcavüz olarsa, biz İranla bərabər olub təcavüzə qarşı dayanacağıq. Biz haqqın tərəfindəyik. İran nə etdi ki, hücuma məruz qalsın? Nüvə enerjisi əldə etmək istəyimi? Bu onun haqqıdır və  buna heç kim mane ola bilməz. Bizim münasibətimiz açıq və qətidir.

“İşğala  müqavimət göstərmək zəruri və fərzdir”

Daha sonra verilişin aparıcısı Əhməd əş-Şeyx  Rəfsəncaniyə yönələrək “Nə üçün şiə din alimləri işğala müqavimətin İraqın bütün ərazisində fərz olduğunu bildirən aydın və konkret fitvalar vermirlər?” - deyə soruşdu. Rəfsəncani bu suala verdiyi cavabda müqavimətin zəruri və fərz olduğunu dəfələrlə vurğuladıqlarını bildirərək belə dedi: “Qəbul etmədiyimiz məsələ İraq xalqının öz arasında müharibə etməsidir. Bunu kim başladı? Mən xırdalıqlara varmaq istəmirəm. Şeyx əl-Qərdavidən də Amerikalıları məmnun edəcək şeylər söyləməməsini xahiş edirəm. Müqavimət bütün İraqlıların haqqıdır. İraqda bir iranlının belə, terror törədərkən ələ keçdiyini deyə bilməzsiniz. Ancaq ərəb ölkələrindən gələn və terror hadisələri törətməklə günahlandırılan bir çox şəxs həbs edilmişdir. Şeyx əl-Qərdavi də onların haradan gəldiyini yaxşı bilir.”

İraq xalqını təşkil edən bütün qrupların say etibarilə  hökumət və digər dövlət təşkilatlarında yer alması gərəkdiyini bildirən Rəfsəncanı: “Bax, o zaman müsəlmanlar və İslam ölkələri arasında problem qalmayacaqdır” - deyə bildirdi. İraqda insanların ad və məzhəblərinə görə öldürüldüyünə  cavab olaraq Rəfsəncani hansı tərəfdən olursa-olsun, belə cinayətlərin böyük günah olduğunu, İraqda heç bir müsəlmanın, hətta qeyri-müsəlmanların qanının axıdılmamasının gərəkdiyini və qanunların tətbiq edilərək hər kəsin təhlükəsiz bir şəraitdə yaşamasının vacibliyini vurğuladı.

“Ölüm briqadaları əməllərinə görə cəhənnəmlikdir”

Radikal qrupların İraq xalqının öz gələcəyini özünün təyin etməsinə mane olmaq üçün İraqa gəldiyini və işğal qüvvələrinin də buna razı olduğunu deyən Rəfsəncani sünni və şiə alimlərin vəzifəsinin İraq xalqının öz yolunu özünün seçməsinə yardım etmək olduğunu və iraqlıların bu kamilliyə sahib olduğunu bildirdi.

“İrandakı alimlər  nə üçün  ölüm briqadaları tərəfindən törədilən əməllərin  haram olması barəsində fitva vermirlər?”  sualına cavab olaraq Rəfsəncani: “Cavabımı bir daha təkrarlayıram və biz bunu bir neçə dəfə təkrar etmişik. Bu əməlləri törədənlər cəhənnəmi qazanmışlar. Çünki, müsəlmanlar öz aralarında döyüşməməlidirlər. Eyni zamanda bir şeyə  diqqət etməliyik: Bunu  əvvəlcə kim başladı? Ayətullah əl-Həkimi İrandan qayıtdıqdan sonra kim öldürdü? Bununla bərabər keçmişə deyil, gələcəyə baxmalıyıq!”- dedi.

“Müqavimət xarakterli olmayan hücumları qəbul etmirik”

Aparıcının Yusuf əl-Qərdaviyə yönələrək İraqda  müqavimət göstərən qüvvələrin bəziləri tərəfindən edilən hərəkətlər, əl-Qaidə və bu kimi təşkilatların bəyənilməyən mövqe tutmadığı və bu məsələ barəsində sünni alimlərdən də açıqlama verilməsinin vacibliyi xüsusunda verdiyi suala cavab olaraq Qərdavi bu məsələyə keçmədən əvvəl Rəfsəncaninin “Şeyx əl-Qərdavi onların haradan gəldiyini yaxşı bilir” sözlərinə etiraz edərək:  “Mən onların haradan gəldiyini bilmirəm. Mənim kəşfiyyat xidmətim yoxdur” dedi. Haqsız yerə qan tökməyi, Ayətullah Baqir əl-Həkimin öldürülməsini, Nəcəfə və əl-Əsgəri türbəsinə hücumları pislədiklərini xatırladan Qərdavi sözlərinə belə davam etdi: “Bizlər buna qarşıyıq və bu məsələyə münasibətimiz açıq-aydındır. Kaş, qardaşlarımız da bizim qədər açıq ola bilsəydilər. Qəbul etdiyimiz İraq müqavimətidir və bu müqaviməti təmsil edənlər də əsasən İraqdakı qardaşlarımızdır. Xaricdən gələnlər müqavimətin hərəkatının  5-10 faizini belə təşkil etmir.”

“Vətəndaş müharibəsinin qarşısını İran ala bilər”

Aparıcının “İraqdakı qardaş qırğınını hər kəs pisləyir, siz də pisləyirisniz,  ancaq nə üçün heç bir irəliləyiş hiss edilmir?” -deyə verdiyi suala cavab olaraq Qərdavi İraq və İrandakı dini avtoritetlərin bu hadisələrin qarşısını almaq üçün yetəri qədər cəhd etmədiklərini və əməli olaraq bu hadisələri dayandıracaq addımların atılmadığını bildirdi. Yusuf əl-Qərdavi daha sonra sözlərinə belə davam etdi: “İranın bu gün İraqda  baş verənlər üzərində gücünün, nüfuzunun olduğuna inanıram. İstərsə, oradakı insanlara: “Əlinizi saxlayın!” deyə bilər. Təbii ki, şeyx Rəfsəncani bunu etiraf etmək istəmir. Ancaq,  hamı İranın İraqda nüfuz sahibi olduğunu deyir və bunun belə olduğu da aydın görünür. İran “bunu edin, bunu isə etməyin!” deyə bildiyi qüvvələrə “Dayanın!”  demədikcə bu məsələ həll edilməyəcəkdir. İran bu hərc-mərcliyi söndürə bilər. İran  bizi nə qalibin, nə də məğlubun bəlli olmadığı bu daxili  savaşdan qurtara bilər. Çünki,  bu müharibədə  qalib Amerika, sionistlər və İslam düşmənləri olacaq. Konkret demək istədiyimiz də budur.”

“Xəbərləri oxusaydı,  belə danışmazdı”

Veriliş aparıcısının son olaraq “Daima xarici qüvvələri,  sionistləri, imperialistləri və “böyük şeytanı” günahlandırır, öz daxilimizə isə heç baxmırıq. Əvvəlcə, öz aramızdakı problemləri həll etməyimiz lazım deyilmi?” – deyə soruşaraq bu məsələdə fikrini bildirməsi üçün Rəfsəncaniyə müraciət etdikdə o, bundan qabaq dediklərnə qayıtdığını və İslam birliyinin qorunmasının vacib olduğunu bildirdi. Yusuf əl-Qərdaviyə xəbərləri daha çox oxumasını və İran rəsmlərinin açıqlamalarını oxumasını tövsiyə edən Rəfsəncani: “Əgər xəbərləri və İran rəsmlərinin açıqlamalarını oxusaydı, belə danışmazdı” dedi. İran alimlərinin  müqaviməti dəstəkləyən və daxili toqquşmalardan çəkindirən bir çox müraciətlərinin olduğunu söyləyən Rəfsəncani İslam alimlərini İran rəsmlərinin bəyanatlarını daha yaxından araşdırmağa dəvət etdi və: “İslam ümmətinin mənsubları arasında baş verənlər  qəlbimizi  yandırır.”- deyə bildirdi.

“Sünni-şiə münasibətləri böyük bir imtahan qarşısındadır.”

Yusuf əl-Qərdavi də eyni suala verdiyi cavabında “Biz bu ümmətin birliyini qorumağa diqqət etməli və hər növ bölünmə və parçalanma cəhdlərinə qarşı olmalıyıq. İslam məzhəbin fövqündə durmalı, ümmət anlayışı da milliyətçiliyin fövqündə olmalıdır. Yüksək məqsədlər kiçik mənfəətlərdən üstün tutulmalıdır.” dedi. “Müsəlman-xristian dialoqu xoş qarşılandığı halda, müsəlman-müsəlman dialoqu nə üçün bəyənilməməlidir?”- deyən Qərdavi bir milyard yarım müsəlmanın  vəhdətdə olduğu, insan və  maddi ehtiyatlarından istifadə etdiyi zaman layiq olduğu mövqeyə gələcəyi,  gerilik zindanından irəliləmə meydanına çıxacağını vurğuladı. Dünyanın şərqi və qərbindəki müsəlmanların bu dialoqun səmərəsini gözlədiklərini söyləyən Qərdavi sözlərini belə tamamladı: “Sadəcə,  dialoq kifayət deyil. Çox sayda dialoq aparılır. Bu, əməlı olaraq tətbiq edilməlidir. Axıdılan qanların dayandırılması vacibdir. Milislərin və ölüm briqadalarının əməlləri dayandırılmalıdır. Zorla yurdlarından didərgin salınanlar evlərinə geri dönməli və qəsb edilən məscidlər sahiblərinə  qaytarılmalıdır. Hər kəsin şikayət etdiyi şiəliyin təbliğatı dayandırılmalıdır. Problemi həqiqətən həll etmək istəyiriksə, bunlar yerinə yetirilməldir,  bir yerə yığılıb-dağılmaqla bir şey əldə edilməz. Dohadakı konfransda da bunu dedim. Sünni-şiə münasibətləri böyük bir imtahan qarşısındadır.  Bu imtahanda müvəffəqiyyət arzulayıram.

Aparıcı Əhməd əş-Şeyx verilişın sonunda Haşimi Rəfsəncani və Yusuf əl-Qərdaviyə təşəkkür etdi.

4523 dəfə oxunub

İstifadəçi şərhləri


kamuranturk@gmail.com 05-07-2010 , 15:15
Səhabələrə hörmət
Səhabələrə hörmət etmək özünə hörmət edən hər kəsə vacibdir...

ISLMCI 25-03-2010 , 01:07
SEHABELER
HAMIYA SALAM
QISACA OLARAQ BUNU DEYIM KI,SEHABELERI SOYMEK EGER EXLAQSIZLIQ VE KUFRDURSE ONDA EXLAQSIZLARIN VE KAFIRLERIN EN BASINDA DURANI MUAVIYEDIR.CUNKI O MENBERLERDEN HEZRETI ELINI SOYDURERDI.ALA BUDA SIZIN CAVABINIZ.

adsiz 30-01-2010 , 09:48

siz bilseydiniz ki, tarixen bu sohbetin qizismasi ucun dusmenler ne qeder mailliye ayirirlar sey gosterirler belkede bu sohbetleri etmezdiniz. vallahi inanin bura her yazi yazdiqca seytani sevindiririk. -bu gun bu sohbet bile bile seytani sevindirmekdir, kim isteyirse sevindirsin seytan yardimcisi olsun.

Qardas 30-01-2010 , 09:42

Salam!

Qardaslar agiili danismaq kimi cixmasin, biz burada mubahisemiz dusmenleri sevindirir. ve biz kenardan yaziq kimi gorsenirik. gelin bu mubahiseleri kenara qoyaq. kim ne bilmek isteyirse elmi arasdirma aparsin duz yolu tapsin, eger seviyyesi catmirsa mubahise elemesin, inanin allaha basqalari bizlere yaziq ve gic kimi baxir bu munaqiseye gore. allahin ipinden yapisaq. soz danismaq en asan isdir, halbu ki, Felestinde sunne, ile siyeler dusmene qarsi birdiler hetta canlarindan kecirler/ bele oldugu halda allaha xatir bu mubahiselere yol vermeyek - men admine de seslenirem mence bu gun bu movzunun yeri deyil/

efkan 19-01-2010 , 21:49

Betul-a ünvalanır. sen shiyye sen ve bu senin oz ishindir. amma senden bir shey xahish oilunur. sunnulara ve onlarin sevdiklerine hormetle yanash. eger bunu etmirsense, senin burada yerin yoxdur.o ki galdi İran dovletine, bu dovlet kafirlerin dovletidir. hamimiz bilirik ki bu dovlet ermenilere nece komeklikler gosterib ve gostermikderdir. Allah lenet elesin bu sheytan ocagina.İnshallah bu dovlet tezlikle dagilar.

Abdullah 14-01-2010 , 23:25
Sahabalarin_Yolu
Assalamu aleykum man uzumu butun musalman qrdaslara tutub deyiram sunnu siya sohbatini qurtaraq kimki sahabalari soyur albatda onlar axirat gunu butun Sahabalardan halalliq alacaqlar.Sahabalari soyan kimsalar K A F I R olaraq cahannamda qalacaqlar insallah Assalamu aleykum ramatullah va barakatu.

Abdullah 14-01-2010 , 23:14
sehabeler
Allah haminiza hidayat versin Amin

Qaim 19-12-2009 , 15:52
Sunni-shiye meselesi
Essalamu aleykum.Betul bacim size teshekkur edirem.Ureyimden kecenlerin hamisini yazmisiniz/Allah Sizden razi olsun.Men hamiya bir sheyi demek isteyiremki,Shukr Allaha 21ci esrdir,sunni-shiye meselesin cash-bash olmamaq ucun menbeleri arashdiraq. Hem shiye,hem de sunni.Buna misal olaraq Pishaver geceleri kitabini misal gostere bilerem.Bunun ucun esa,haqq yolunu,Allaha teref geden nicat yolunu tapmaq umuduyle ishe bashlasaq,InshAllah Allah da Oz komeyini bizden esirgemez.Allah dogrulari gormek ucun gozlerimizi acsin ve hamimizi hidayet etsin.Amin.

abasov k 19-09-2009 , 01:24

salam aleykum mən şiə qardaşlarddan xahiş edirəm ki etikanı pozmasınlar müsəlman söyüş söyməz. məhəmməd peyğəmbər(səs) yanında olan səhabələri sizdən yaxşı tanıyıb onların saleh düzgün insanlar olduğunu əgər şübhə edirsənsə sən şübhəlisən. məzhəb olacağını 10 səhabənin-də cənnətlik olacağınıda peyğəmbər(səs) demişdir əlini(ra) çox sevənlər mən inanmıram əlinin(ra) bütün buyuruqlarına əməl edirsiz əli(ra) söyüş söyəni sevməyib

TURAL 23-06-2009 , 17:52
selam olsun hamiya
biz ne qederki bir-birimizin etini yeyeceyik,heç vaxt inkişaf etmeyeceyik
aramızdakı uçurumu böyütmekdense uçurumdan keçmek üçün yol açın,namaz qılın oruc tutun zekat verin Allaha bu xoş geder

TURAL 23-06-2009 , 17:49
AYİB OLSUN!


Muhammed 29-05-2009 , 19:56
Hepinize
Sahabeye söven Allah rahmetinden uzak birer aşağılıktır.


ramiz 05-05-2009 , 13:41
allah cezasin versin
kimki muselmani bolur o insan sheytana qulluq edir.tarixde kim ne edib ozu cavab veracak.siz kimsiz ki lenet oxuyursuz.ermeni yaddan cixib.

shahid 14-01-2009 , 11:30
islam
Biz sünni-şiə problemini bu yolla unuda bilərik ki, Maidə55-də ruku halında zəkat verən hamimiz kimdir? deyək və hamımız da bilirik ki, Həzrət Əlidir bu insan. Elə isə niyə döndərilirik. Bir də ki, Quranda "dində firqələrə ayrılmayın" deyilir elə isə mən və ya sənin fikrinin müxtəlifliyinə görə düşmənçilik də olmaz axı. Tarixə baxaq peyğəmbərlərin canişinlərinin hamısı qan qohumu idi. Elə isə niyə peyğəmbərimiz bundan məhrum olsun? Səhabələrə gəlincə isə bu da fikir müxtəlifliyidir. Allah dini parçalayanlara lənət etsin

Baci 19-12-2007 , 02:10
Yaziq muselmanlar!
Her momunun meqsedi bu dunyada Cenneti qazanmaqdir, efsus sheytan aramizdadir. Baci ve qardashlarim, niye bize chatmir ki, olenden sonra biz Allah dergahinda bu problemlere cavab vermeyeceyik. Islamin 5 esasina laziminca riayet edek, Namazlari vaxti vaxtinda qilaq, oruc tutaq, zekat verek ve s. Biz ibadetimiz haqqda sorgu sual olacagiq.Allahin Kitabini, Peygemberin(s.a.v.) sunnesinden mohkem yapishsaq, InshaAllah nicat tapanlardan olariq. Tarixi Ibadete qatmayaq! Her kesin emeli oz boynuna, flankes bele etdi, flankes bele dedi, bu haqqda sorgu sual olmayacagiq ay yaziq Ummet-i-Muhammed! Burda bir birimizi qirmaqla dushmene guldurmeyek!

ADMIN 13-11-2007 , 17:00
Şərh qapalıdır
*****Hamıya salamlar..Hörmətli istifadəçılər, nəzərinizə çatdırırıq ki, bu mövzu şərhlərə qapalıdır.... Təşəkkür edirik*****


Betul 13-11-2007 , 15:41

Men sizi cox basha dushurem shirin yalanla yashamaq aci hqeiqeti gostermekden yaxshi olduqunu hesab edenlerdensiniz her halda.Bu da siz,,,,Budur sizin qul haqqi dediyiniz ve qorxduqunuz shey???Qul haqqina girmekle qul haqqinun gunah olduqunu deyirsiniz???Allah hidayet etsin,inshallah

Betul 13-11-2007 , 15:36

Zehmet olmasa bilmek olar menim yazdiqim sonuncu sherh niye gorunmur?????Belke gercekleri ozunde eks etmishdir ona gore?!Allah hamimizi hidayet etsin.

Dindar bacı 13-11-2007 , 13:23

Əssalamu aleykumş Vallahi bu birinci dəfə deyil ki,bizim gətirdiyimiz mənbələr inkar olunur,qarşı tərəf gətirdiyi mənbə yalnız özləri tərəfdən təsiqlənirşMən sadəcə diqqətinizə bir şeyi çatdırmaq istəyirəm ki,mənim üçün Muhəmməd (s.ə.s), onun ailəsi ,səhabələri və ona yardımçı olmuş hər kəs qiymətlidirş\.Ən azından onlar bizlərin hamısından daha dəyərlidir Allah və Peyğəmbərimiz qarşısında.Allah hamımıza kömək olsun.

Betul 13-11-2007 , 13:18
Allah razi olsun
Salamaykum.Elkishi qardasim,birinci Allah razi olsun sizden,ikincisi belke xeberinize yoxdur nezerinize catdirmaq isterdim ki Betul Xanim Fatimeyi Zehranin ikinci adidir.Yani Betul adini dashiyiramsa qardash yox,qebul edersenizse eger baciyam.
Daha sonra menim kommentlerimi oxusaniz gorersiniz ki men yazmisham ki men teriqatlara bolmurem,sadece men ehli-beyit ashiqiyem.Diger mezheblere de hemcinin xususen suni mezhebine de boyuk hormetim var cunki onlar da menim kimi Allaha ibadet edib,peyqemberimize ve muqeddes kitabimiza inanir.Men sadece olaraq oyrenmek istedim Cennetle mujdelenen shexsiyyetler icinde menim bildiyim qeder Omerin adi yoxdu ve men de dediyim her sheyi oxuyuram arashidiriam sonra qenate gelirem,ve yuxarida Dindar baci adli userin yazdiqi kommente esasen oyrendim ki Omer cennetle mujdelenib,men de bunun ne qeder doqru melumat olduqunu oyrenmek ucun ki (yani belke men sehf edirem o Cennetle mujdelenenler siyahisinde var belke?)bacidan xahish etdim ki deqiq menbe yazsin men de oxuyum ve bilim ki bu sehihdir ya yox.yoxsa menim teriqatlara bolmek kimi bir niyyetim yoxdu.Qul haqqinda qalanda ise Allah hamimizi qul haqqindan uzaq etsin,inshallah.Men kiminse haqqina girmirem girmek de istemirem eger girmishemse inshallah halal edersiz.Amma menim oxuduqlarimdan bele qenata gelmishem ki bu sait bilmirem ne saitidri deye bilmirem suni,vehabi deye bilmerem amma saite qoyulan melumatlar ve verilen suallara cavablar esasinda eminem ki bu sait shiye saiti deyil.Amma gorduyunuz kimi men bu saitden istifade edirem,demeli menim ucun ele de onemi yoxdu bu sait hansi teriqata mexsusdur,onemli olan men burdan nelerse oyrenirem.Amma siz oxumusunuz ya yox bilmirem amma menim yazdiqim melumatlarin hec biriniz tam shekilde suni mezhebi inkar etmir.onlarin cox kitabi var ki tam olmasa da bezi kitablari peyqemberden sonra xelife Eli olmaliymish bunu tesdiq edir,eger bele kitab qarshiniz cixmayibsa men size deqiqlikle oyrenib inshallah adini yazaram,ezber yadimda deyil,eger isteseniz.Hemcinin Xanim Fatimanin olendek Ebu Bekirden kusulu qalmasi bir faktdir,burda kiminse haqqina girmeli hec ne yoxdu ,bunu men yox butun alimler tesdiq edir.Xanim Fatmiyi Zehranin nece oldurulmesini hansisa bir suni mezhebinin alimi inkar edir????Yox.Bunlar realliqdir.Men kimese gel Ali ashiqi ol,shehid olan Huseyin ucun,zeherlenmish Hesen ucun,Qabirqasi sinmish,qebri hele de melum olmayan Zehra ucun aqla ,onlarin dalinca get demirem,her kesin oz ishidir,sadece men shexsen onlarin dalinca gedirem.Men eminem ki her bir insan ucun nece dostu deyerlidir,amma ovladi ondan de deyerlidirdse,peyqmber efendimiz ucun de bele olub.Inaniram bunu.Esas da odur ki o ovlad Fatimedirse,Hesendirse,Huseyindirse,Elidirse demeli soz yoxdur.Menim doqru bildiyim budur,ve bu yoda da olmaq olenedek ehli beyit ashiqi olmaq isteyirem,amma hec kime gel dalasaq ve ya bu yola gel demirem.Her kes oz emeline cavab verecek.Sizinle bir movzuda da raziyam duzdur teriqata ayirmaqdansa Allahimizi dinimizi ,islamimizi daha mukemmel oyrenmeli,qorumaliyiq,raziyam,amma men sene istediyin qeder shiye saiti verim bax hansidnda sehabeler soyulub???Hec birinde!Bele bir shey yoxdu,eger kimse kiminse haqqina girirse bunu da Allah gorur,bu saitin userlerine bildirmek isteyerdim ki,Hec kim sehabeleri soymur,en azindan o ehli beyit ashiqlerinin exlaqina uyqun deyil,soyush soymek.Ve eger haqqdan danishiriqsa bu saitde suallara cavab vererken,tevessul gunahdir deyende,mohurle qilmaq haqqinda danisilanda ve s ves.movzularda da hec kimin haqqina girilmesine yazilsin ki suni mezhebine gore.Cunki eger kimise bu yoldan cekib bashqa yola aparilirsa eger aparilan yol sehfdirse kiminse haqqina girilir.duz deyil?Ve siz de dediniz ki bilmediyimiz sheyi deyib haqqa girmeyek,kimin doqru olduquna Qiyamet gunu Allah qerar verecek inshallah.ve dediyiniz kimi suni menbenin dediyini de shiye menbe qebul etmir ve ya eksine ,kimnse doqru olduqu melum deyil.Bele olan halda yaxshi olar ki bu saitin suallara cavab verende biz filan mezhebe esasen cavab veririk deyilsin,yani kiminse haqqi tapdanmasin.Amma ele deyil,ve eger kimse qetiyyetle bu beledir deyirse insan cavab vermek mecburiyyetinde qalir.Neyse kimin doqru olduquna yene de Allah qerar verer,mence de bu soz sohbetleri aparmaqdansa hamimiz baci qardash olsaq birlik olsaq yaxshi olar.Men sadece oyrenmek meqsedi ile yazmishdim menbe haqqinda melumat.Allah hamimizi hidayet etsin,inshallah.AMIN.Vaxtiniz aldiqim ucun halal edin inshallah.Allah razi olsun,cumlemizden.


Share |


Şərh əlavə et

Müəllif    
Mövzu





 

çap versiyası     göndər     yuxarı

 
Vote For Us!
© 2005-2006 by AzeriMuslims TEAM. All right reserved.
Design © 2006 by AzeriMuslims. All right reserved.