AzeriMuslims.com

AZERUS
GOAdvertise with Us

Ana səhifə
Xəbərlər
Məqalələr
Yüklə
Sual-Cavab
Forum
Quran
Kim-Kimdir yeni
Linklər
 
Namaz vaxtı: 10-09-2010
Sübh05:44
İşraq07:16
Zöhr13:38
Əsr17:13
Məğrib19:59
İşa21:27
 

Günün sualı
Ramazanın son 10 günü sizin üçün nə deməkdir?
Bu ayda günahlardan təmizlənməyim üçün son fürsətdir
Heç bir fərq görmürəm
Bacardığım qədər gecələri ibadətlə keçirməyə çalışıram
Bu gecələrdən lazımınca istifadə edə bilmirəm

Sualların arxivi


  
Email:

  


  “Müsəlmanlarla evlənməkdən uzaq durun”
13-01-2007


“Müsəlmanlarla evlənməkdən uzaq durun”
Vatikanda keçirilən bir toplantıda italiyalı rahib müsəlmanlarla evlənməkdən uzaq durulmasına çağırdı. Səbəbləri isə belədir:Dünya Emiqrantlar Günü münasibəti ilə iki gün bundan əvvəl Vatikan  Mətbuat Mərkəzində...


... təşkil edilən mətbuat konfransında Yepiskop Belotti xristian olanlara bu barədə xəbərdarlıq etdi. İtaliya Katolik Yepiskoplar Təşkilatının Emiqrantlar Komissiyasının sədri Lino Belotti “Müsəlmanlarla evlənmək istədiyiniz zaman tələsməyin.

Müsəlman mədəniyyəti İtaliya və Avropa mədəniyyəti ilə toqquşmadadır. Gələcəkdə ailə qurmağa namizəd olanları belə evliliklər barəsində xəbərdarlıq etsək pis olmaz.” – deyə bildirdi.
Yepiskop Belotti Katolik kilsəsinin müsəlmanlarla evlilikdən uzaq durulmasını tövsiyə etməsini son dərəcə yerində bir münasibət olduğunu qeyd edərək sözlərinə belə davam etdi “Xristianlar və müsəlmanlar arasında qarışıq nikahlar məsələsində ehtiyatlı olmağı mən illərdir söyləyirəm. Çünki müsəlmanlar ər-arvad münasibətləri, qadının ailədə mövqeyi və hüquqları, uşaqların təhsili barəsində fərqli bir anlayışa sahibdirlər. Bu halda nikahı kəsən şəxs olaraq biz keşişlər nə üçün qarışıq ailə qurmaq istəyənlərə xəbərdarlıq etməməliyik?” Katolik kilsəsinin xəbərdarlıqlarına baxmayaraq müsəlmanlarla ailə qurmaq istəyindən vaz keçməyən şəxslərin gələcəkdəki evlilik həyatlarında çətinlik çəkəcəklərini irəli bildirən Belotti “Mən belə cütlüklərə evlənməyin demirəm. Ancaq indidən çətinliklərlə qarşılaşacaqlarının da şüurunda olsunlar. Katoliklikdən kənar bəzi dinlərdə bizimkinə bənzər davranışlar mövcud ola bilər. Ancaq müsəlmanlarda fərqli bir evlilik və qadın anlayışı var. Onlar qadın və kişini bərabər qəbul etmirlər.” – dedi.
Yepiskop Belotti İtaliya Katolik Yepiskoplar Təşkilatının sədri Kamillo Ruininin imzaladığı 25 noyabr 2005 – ci il tarixli bəyannamədə müsəlmanlarla evlilikdən uzaq durulmasına işarə edildiyini qeyd edərək “Avropa mədəniyyətləri zaman keçdikcə bir-birləri ilə necə qaynaşmışlarsa müsəlmanlarda bizim mədəniyyətimizdən müsbət yöndə təsirlənə bilərlər. Bütün müsəlmanların zehniyyətində dəyişiklərin həyata keçirilməsi sülh içərisində bərabər yaşamağı asanlaşdırar” – deyə sözlərinə əlavə etdi.
Katolik Kilsəsinin evlənəcək şəxslərin müsəlmanlarla evlənməkdən vaz keçirməyə yönəlmiş siyasəti uzun zamandır ki, davam edir. Bu istəkdə olan şəxslər əvvəlcə kilsədəki səlahiyyətli adamlar tərəfindən fikrindən daşındırılmağa cəhd edilir. Bu cəhd kifayət etmədikdə evlənəcəyi şəxsin müsəlman olması səbəbi ilə gələcək ailə həyatında ciddi çətinliklərlə qarşılaşacağı təlqin edilir. Rahiblər müsəlmanla nikah kəsilməsinə isə “ən son çarə” olaraq baş vururlar. Ən sonda isə nikahın kilsədə kəsilməsi üçün müsəlman şəxsdən gələcəkdə bu nikahdan doğulacaq uşaqların xaç suyuna salınması üçün öhdəlik tələb edirlər.

4762 dəfə oxunub

İstifadəçi şərhləri


kamuranturk@gmail.com 20-06-2010 , 01:17
Esselamu aleykum ve rahmetullahi ve berekatuh,ebeden daima
Əziz müslümanlar,baxıram ki,
belə davam etsə bizə düşmən lazım deyil...
Bir sözü demədən əvvəl bir az düşünün və Quran Hadis ələyindən keçirin sonra deyin...
Elə söz yoxdur ki, o iki mələk tərəfindən qeydə alınmasın...
Fİ EMANİLLAH

AbuDavud 28-09-2009 , 12:14
Turala cavab
BIsmillehir Rahmenir Rahim! Elhemdulillehi Vahdehu Vasseletu Vasselemu ale menle nebiyye bedehu!

Salam Aleykum!

Tural ALLAHDAN gorxmayarag yazir:

Xristianlar ona göre müselmanla evlenmekden cekinirler ki,onlarin gözünde müselman medeniyyetden uzaq,arvadini şallaqlayan,qara çadralı,uzun saqqalli insanla heyvan arasinda bir varliqdi.Bu fikri onlarda formalaşdıran ise yene keçmişde yaşayan ve müasirleşmeye düşmen öz müsəlmanlarımızdı

Hicab baglamag ALLAHIN emridir, Guranda ALLAH gadinlara ortunmeyi emr edir, ve Guran giyamete geder deyishmeyecek bir Kitabdir. Sen ALLAHIN emrini deyishmeye chalishirsan? Senin xristianlarla ne fergin oldu? ALLAHIN emrlerini yerine yetirmek muasirleshmeye dushmen olmag demekdir? ne olursansa ol, ALLAHIN emrlerinden kenara chixa bilmezsen, shubhesizki bu imanli bir muselmana aiddir, seninkimi ALLAH uchun saggal saxlayani heyvana benzedenler uchun deyil.

abasov k 19-09-2009 , 01:50

salam aleykum bu yepiskopu şeyx Albaninin yanına apamarıb danışdırmaq lazımdır görəsən yenə bu sözləri təkrar edər

Abumuhammad 18-07-2009 , 17:09
Hikmet dini qalib gelir
Qardaşlar burada Allah təalanın hikməti var. Çünki islam dininə görə müsəlman qadın qeyri-müsəlmana ərə gedə bilməz. Söhbət əsil müsəlmandan gedir. O müsəlman ki birincisi dini haqqında elm öyrənir, sonra isə buna əməl edir. Allah təala vəd edib ki, islam dini qalib gələcək. Bu da ola bilsin ki, səbəblərdən biridir. Avropalı qadınlar əsil müsəlman kişilər ilə evlənməyə çox istəklidirlər, çünki bu müsəlman ailəsidir. sonra isə islam dininin gözəl xüsusiyyətlərini gördükdə dərhal islamı qəbul edirlər.Mənə elə gəlir ki, bu keşişləri də qorxudan bunlardır. Ama narahat olmasınlar, onsuz da Allah deyən olacaq.

tural 03-07-2009 , 11:55
Tanri sizi qorusun!
Xristianlar ona göre müselmanla evlenmekden cekinirler ki,onlarin gözünde müselman medeniyyetden uzaq,arvadini şallaqlayan,qara çadralı,uzun saqqalli insanla heyvan arasinda bir varliqdi.Bu fikri onlarda formalaşdıran ise yene keçmişde yaşayan ve müasirleşmeye düşmen öz müsəlmanlarımızdı

Yamakasi 01-07-2009 , 11:10

Bilirsiz,islamda basqa dinden olanlarla aile qurmaga hec bir qadaga yoxdur,din azadligi var.Bu tapsiriq muselmanlara yox,mehz xristianlara aiddir,cunki daha cox xristianlar muselmanlarla aile qurmaga meyl edir,neinki muselmanlar onlara...Cunki bizde aile-ovlad dusuncesi,sevgisi var,neinki avropada.

Kesha 29-10-2008 , 09:47
Avropalilar medeniyyeti bizden goturubler
Assalamu aleykum.Esl medeniyyet islamda olub, ver ve olacaqda.Avropalilar ele her sheyi sozun esl menasinda muselmanlardan goturur.Amma adi olur avropa medeniyyeti/Esitdiyime gore Amerikada hansisa bir sheherde dukanlarin qapisi aciq saxlanilir. ve hec bir ogurluq hadisesi bas vermir. Halbuki butun bunlar Peygemberimiz (s/a/s)dovrunden goturulmus bir sheydir.Hal hazirda Dubyada Namaz vaxti butun dukanlar aciq saxlanilir ve ekseriyyet namaza gedir.
Sonra bezi yuksek seviyyeli tehsil ocaqlarinda u8niversiteti bitirenler (meselen Oxsford ve s.universitetler) uzun paltar geyinir ve baslarina da dordkunc papagha oxsaq bir shey qoyurlar.Bu da hemcinin Peygemberimiz (S/a/s)dovrunde tehsili olanlar adeten uzun eba geyinerdiler ve baslarinda da QURAN gezdirerdiler/Avripaliliar ise baslarinda QURAN gezdire bilmedikleri ucun bunu indiki dordkunc bir papaq formasina getirmisler.EEEEEE hele bu harasidir.Bizim uzerimize dushen oz islam tariximizi derinden menimsemek ve avropalilara islam medeniyyetinin ustunluyunu tesdik etmekdir. assalamu aleykum

müsəlman bacı 24-09-2008 , 15:04
islam
salamaleykum.Əlbəttə avropalılar müsəlmanlarla evlənməkdən çəkinərlər.Çünki oqədər günahin və çirkabın içindədirlər ki müsəlmanların onları bəyənib qəbul etməyəcəklərini yaxşı bilirlər.Ağlı olan müsəlman isə heç vaxt başqa din və məzhəbdən olanlarla ailə qurmaz.

islam... 27-05-2008 , 13:05
muselmanlar yayilmaqdadir
salam alykum balam adama deyarlar biz siza qiz verirdik ki. sizda onunla evlanmayasiniz. birdeki niye bela tesvislenirsiniz sizinki sizde bizimki bizde...

Konul 18-04-2008 , 16:38
Muselmanlar artmaqdadir
Salam aleykum, onsuzda Islami hec kim qadagan ede bilmez, Islam olub, var ve olacaqdir ve onun qanunlari da yashayacaqdir!!! Alhamdulilleh muselmanlarin sayi da coxalmaqdadir!!!

Betul 07-11-2007 , 14:41

Allah bizimledir.Allah hidayet etsin.

A_PRO 19-09-2007 , 16:07
muselmanlarla evlenmekden
bu avropalilar ozlerini dag bashina qaldiriblar. onlar islamin avropada YAYILMASINDAN YAMAN TESHVISHE DUSHUBLER


Share |


Şərh əlavə et

Müəllif    
Mövzu





 

çap versiyası     göndər     yuxarı

 
Vote For Us!
© 2005-2006 by AzeriMuslims TEAM. All right reserved.
Design © 2006 by AzeriMuslims. All right reserved.