
Tehran Avropa Birliyinin sanksiyalarına güc nümayişi ilə cavab vermək istəyir.
İranın bütün hərbi-hava bazaları Hərbi Hava Qüvvələrinin “Səma fədailəri” adlı irimiqyaslı təlimlərində iştirak edəcək. Təlimlər bu gün başlayacaq və avqustun 7-nədək davam edəcək. Mehrabad, Təbriz, Həmədan, Dizful, Buşer, Bəndər Abbas, Şiraz və İsfahandakı bazalar təlimlərə qatılacaq. İranlı hərbçilərin məlumatına görə, bu, sayca ikinci analoji təlimdir.
İran Hərbi Hava Qüvvələrinin komandan müavini, general Məhəmməd Ələvi bildirib ki, təlimlərdə 40-dan artıq müxtəlif təyyarə növləri, o cümlədən, F-4, F-5, F-7 qırıcıları və Su-24 bombardmançısı, təyyarələrdə quraşdırılan müasir silahlar sınaqdan keçiriləcək. Generalın sözlərinə görə, təlimlərin əsas məqsədi müasir silahlardan istifadə olunmaqla taktiki hərəkətlərin məşqi, eləcə də İranın Hərbi Hava Qüvvələrinin dbyüş qabiliyyəti səviyyəsinin artırılmasıdır.
Qeyd edək ki, İrandakı hərbi təlimlər bu ölkəyə qarşı beynəlxalq saknsiyaların sərtləşdirildiyi dövrə təsadüf edir. İyulun 26-da Avropa Birliyinə daxil olan 27 ölkənin XİN rəhbərləri İrana qarşı yeni sknsiyaları təsdiqləyib. Qadağaların böyük hissəsi iyulun 27-dən qüvvəyə minib. Avropa Birliyinin sanksiyaları İranın neft-qaz sahəsinə investisiyaların dondurulmasını, sahə texnologiyları və avadanlıqların verilməsinə, eləcə də profil xidmətlərinin göstərilməsinə qadağanı nəzərdə tutur.Ticarət sahəsində İranın hərbi məqsədlər üçün istifadə edə biləcəyi malların idxalına da qadağa qoyulub.
/ANS Press/
/AzeriMuslims/
40 dəfə oxunub
İstifadəçi şərhləri
çap versiyası
göndər
yuxarı