AzeriMuslims.com

AZERUS
GOAdvertise with Us

Ana səhifə
Xəbərlər
Məqalələr
Yüklə
Sual-Cavab
Forum
Quran
Kim-Kimdir yeni
Linklər
 
Namaz vaxtı: 09-09-2010
Sübh05:43
İşraq07:15
Zöhr13:38
Əsr17:14
Məğrib20:00
İşa21:28
 

Günün sualı
Ramazanın son 10 günü sizin üçün nə deməkdir?
Bu ayda günahlardan təmizlənməyim üçün son fürsətdir
Heç bir fərq görmürəm
Bacardığım qədər gecələri ibadətlə keçirməyə çalışıram
Bu gecələrdən lazımınca istifadə edə bilmirəm

Sualların arxivi


  
Email:

  


  NATO Parlament Assambleyası Dağlıq Qarabağ probleminin müzakirəsindən imtina etməyəcək
31-07-2010


NATO-nun Parlament Assambleyası Ermənistan parlamentinin çağırışlarına baxmayaraq, Dağlıq Qarabağ probleminin müzakirəsindən imtina etməyəcək.


Bu barədə Assambleyanın mətbuat ofisindən verilən məlumatda deyilir.
"Düşünmürük ki, Assambleyanın siyasi rəhbərliyi kiminsə müzakirədən sadəcə xoşu gəlmir deyə, ondan imtina edəcək, - Trend-ə NATO PA-nın mətbuat ofisindən bildiriblər. - Assambleyanın bu məsələ il bağlı müəyyən addımlar atmaq barədə siyasi öhdəlikləri var".
Noyabr ayına Varşavada NATO Parlament Assambleyasının Dağlıq Qarabağ üzrə qətnamənin qəbulunun nəzərdə tutulduğu görüşü planlaşdırılıb.
Bundan əvvəl cümə günü Ermənistanın "Armenia Today" informasiya agentliyi Ermənistan parlamentinin spikeri Ovik Abramyanın NATO PA-nın rəhbəri Con Tanerə "NATO PA-nın Dağlıq Qarabağ üzrə hazırlamağa planlaşdırdığı mümkün məruzəsi ilə bağlı" Dağlıq Qarabağ münaqişəsinin müzakirəsindən imtina etmək xahişi ilə müraciətini dərc edib.
NATO PA-nın mətbuat ofisindən verilən məlumata görə, Dağlıq Qarabağ üzrə məruzə dərc etmək planı yoxdur. Lakin Varşavadakı görüşün yekunlarına dair birgə qətnamə qəbul etmək planlaşdırılır.
"Qətnamə icrası mütləq olmayan Assambleya üzvlərinin işinə əsaslanan siyasi məsləhətləşmələri özündə əks etdirir, - NATO PA-dan verilən məlumatda deyilir. - Qətnamə yalnız Parlament Assambleyası üzvlərinin konkret vəziyyətdə lazımi hərəkətlərin edilməsi ilə bağlı şəxsi fikirləridir".
Parlament Assambleyası belə qətnamələri hər il buraxır. Onlar öz-özlüyündə siyasi tövsiyələri cəmləşdirir ki, bunlar da Assambleya üzvləri tərəfindən müzakirə edilir və təsdiqlənir.
"NATO-nun Parlament Assambleyası bu məsələnin müzakirəsi və hansısa qərara gəlinməsi ilə bağlı üzərinə öhdəlik götürüb. Mənə elə gəlir ki, bu proses davam edəcək", - NATO PA-dan deyiblər.
Ermənistan parlamentinin arqumenti ondan ibarət idi ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin ATƏT-in Minsk qrupu çərçivəsində olmayan müzakirəsi danışıqlar prosesinə xələl gətiriəcək.
Lakin NATO PA-nın mətbuat ofisindən bildiriblər ki, Minsk qrupu ilə məsləhətləşmələr - beynəlxalq formatda tanınmış Dağlıq Qarabağ üzrə danışıqların aparılması - mütəmadi keçirilir. Axırıncı belə görüş martda Yerevanda keçirilib.
NATO PA-nın məlumatına görə, Assambleya beynəlxalq formatda tanınmış mövcud danışıqlara müdaxilə etmək ixtiyarına malik deyil. Assambleyanın seçimi Minsk prosesinin dəstəklənməsindən ibarətdir.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.
/Trend News/

/AzeriMuslims/

21 dəfə oxunub

İstifadəçi şərhləri


Share |


Şərh əlavə et

Müəllif    
Mövzu





 

çap versiyası     göndər     yuxarı

 
Vote For Us!
© 2005-2006 by AzeriMuslims TEAM. All right reserved.
Design © 2006 by AzeriMuslims. All right reserved.