AzeriMuslims.com

AZERUS
GOAdvertise with Us

Ana səhifə
Xəbərlər
Məqalələr
Yüklə
Sual-Cavab
Forum
Quran
Kim-Kimdir yeni
Linklər
 
Namaz vaxtı: 09-09-2010
Sübh05:43
İşraq07:15
Zöhr13:38
Əsr17:14
Məğrib20:00
İşa21:28
 

Günün sualı
Ramazanın son 10 günü sizin üçün nə deməkdir?
Bu ayda günahlardan təmizlənməyim üçün son fürsətdir
Heç bir fərq görmürəm
Bacardığım qədər gecələri ibadətlə keçirməyə çalışıram
Bu gecələrdən lazımınca istifadə edə bilmirəm

Sualların arxivi


  
Email:

  


  "Coca-Cola İçecek" şirkətinin Azərbaycandakı yatırımı 100 milyon dollara çatıb
30-07-2010


"Coca-Cola İçecek" şirkətinin Azərbaycandakı yatırımı 15 il ərzində 100 milyon dollara çatıb.


Bu barədə cümə axşamı şirkətin baş direktoru Lisani Atasayan "Koka-Kola" fabrikinin Bakıda açılmasının 15 illiyi münasibətilə yeni istehsal xəttinin açılışına həsr olunan, Bakıda səfərdə olan xarici ticarət məsələləri üzrə dövlət naziri Zəfər Çağlayanın iştirakı ilə keçirilən mərasimində deyib.
"Şirkət Azərbaycanda qeyri-neft sektorunda ən böyük sərmayəçilərdən biridir. Azərbaycanın ən iri vergiödəyicilərindən olan "Koka-Kola Botlers" hazırda dövlət büdcəsinə 95 milyon dollar keçirib. Biz inkişaf edən Azərbaycan iqtisadiyyatına və bazarın tələblərinə uyğun olaraq yatırımlarımızı davam etdiririk", - Atasayan bildirib.
Onun sözlərinə görə, "Coca-Cola İçecek" şirkəti öz sektorunda və bütün sənayedə birinci olmaqda davam edir.
"2008-ci ildə İSO 14001, 2009-ci ildə İSO 18001 və İSO 22001 sertifikatlarını alan Bakı fabrikimiz Azərbaycanda ilkə imza atıb", - deyən Atasayan bütün dünyada fəaliyyət göstərən "Coca-Cola" fabrikləri arasında yüksək keyfiyyət standartarına uyğunluqda birincilərdən olan Bakı fabrikində standartların daim inkişaf etdirildiyini vurğulayıb.
"Azərbaycan ilə aramızda tarixi kökləri olan dostluq əlaqələri var. Bu dostluğu uğurlu yatırımlarla biznes dünyasına da daşıyaraq daha da gücləndirməyə çalışırıq. Keçmişdən gələn dostluğumuz bu yatırımlarla daha güclü olacaq. Türkiyədəki fabriklərdə reallaşdırılan uğurlu layihələr digər ölkələrdə də istehsal müddətinə uyğunlaşdırılacaq", - "Coca-Cola İçecek" şirkətinin beynəlxalq əməliyyatlar rəhbəri Hüseyn Akın deyib.
"Coca-Cola İçəcək" şirkəti 1994-cü ildə qurulub və Azərbaycanda "The Coca-Cola Company" markalarından ibarət olan qazlı və qazsız içkilərin istehsal, satış və yayımını gerçəkləşdirən "Azerbaijan Coca-Cola Bottlers" (ACCB) şirkətində 99,86% paya sahibdir.
"Koka-Kola Botlers" Azərbaycanda 300 milyon litr istehsal gücü ilə 9 milyon əhaliyə xidmət etməkdədir. "Coca-Cola İçecek" istehsalçılara 8 fərqli marka (Coca-Cola, Coca-Cola Light, Fanta, Sprite, Nestea, Burn, Cappy, BonAqua) təqdim edir. "Coca-Cola İçəcək" şirkəti Türkiyə, Pakistan, Mərkəzi və Şərqi Asiyanın 10 ölkəsində 20 fabriki ilə 35 milyona insana xidmət göstərir.
/Trend News/

/AzeriMuslims/

36 dəfə oxunub

İstifadəçi şərhləri


Share |


Şərh əlavə et

Müəllif    
Mövzu





 

çap versiyası     göndər     yuxarı

 
Vote For Us!
© 2005-2006 by AzeriMuslims TEAM. All right reserved.
Design © 2006 by AzeriMuslims. All right reserved.