AzeriMuslims.com

AZERUS
GOAdvertise with Us

Ana səhifə
Xəbərlər
Məqalələr
Yüklə
Sual-Cavab
Forum
Quran
Kim-Kimdir yeni
Linklər
 
Namaz vaxtı: 24-04-2014
Sübh05:08
İşraq06:49
Zöhr13:39
Əsr17:27
Məğrib20:29
İşa22:04
 

Günün sualı
Sizcə, Suriyanın Qərbli müttəfiqlər tərəfindən vurulması regional müharibəyə səbəb ola bilərmi?
Bəli
Xeyr
Bilmirəm
Bu məni maraqlandırmır

Sualların arxivi


   Rəy və təklifləriniz
Email:

   göndər


  Zil-Hiccənin 10 gününün sirri
25-12-2006

I.Rüstəmov

Zil-Hiccənin 10 gününün sirri
 “Bu günlər qədər, bu günlərdə edilən saleh əməllər qədər Allaha daha sevimli olanı yoxdur. O günün hər birində tutulan oruc bir illik oruca bərabərdir. O günün hər gecəsində edilən qiyam (gecə namazları, dua, zikr) Qədr gecəsinə bərabərdir”


Biz qulların xoşbəxt olması üçün hər cür şərait yaradan Allah təalaya həmd olsun.
«Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın kitabında on ikidir. Onların dördü haram aylardır. Bu, doğru dindir...» (ət-Tövbə 36)
Haram—qadağan olunmuş, qorunmuş, möhtərəm və toxunulmaz olmaq mənalarını daşıyır.
Yəni bu aylara sayğısızlıq, hörmətsizlik göstərməklə bunların məhrəmiyyət sərhədini aşmaq, haram pərdəsini yırtmaq yol verilməz dərəcədə qadağandır. Bu aylar xüsusi ehtiram, sayğı, təzim göstərilməsi gərəkən möhtərəm aylardır.
Bu haram aylardan Zil-Hiccə artıq adından da bəlli olduğu kimi həccin baş verdiyi aydır. Zil-Hiccənin ilk 10 günü bu ayın içindən seçilib xüsusi feyz və bərəkətlə şərəfləndirilmişdir. Allah 12 aydan 4 haram (yəni hörmətli, möhtərəm) ayı seçir. Haram aylardan həcc üçün Zil-Hiccəni seçir. Zil-Hiccənin içindən ilk 10 günü seçir. Onun da içindən Ərəfə gününü seçir.
Bu mübarək günlərə Quranda da işarət edilir.
«And olsun dan yerinə; And olsun on gecəyə And olsun cütə və təkə» (əl-Fəcr 1-3)
Rəsulullah (s) buyurduğuna görə: “And olsun dan yerinə; And olsun on gecəyə” qurban bayramının birinci günü (ilə tamamlanan Zil-Hiccənin) 10 gecəsidir.” (Hakim, Darimi, Heysemi)
Cabirin (r) rəvayətinə görə Rəsulullah (s) “Cüt” və “tək” haqqında da: “Tək—Arafa günü (9 Zil-Hiccə), cüt—Qurban kəsmə günüdür (10 Zil-Hiccə)” demişdir” (Hakim)
Bu ayədə diqqəti cəlb edən xüsus odur ki, burada gecələr xüsusi qeyd edilir. Quranın başqa bir yerində isə “günlər” qeyd edilir.
«…Və məlum günlərdə Allahın adını çəksinlər…» (əl-Həc 28)
İbni Abbasın dediyiniə görə bu günlərdən məqsəd Zil-Hiccənin 10 günüdür. Əslində belə şeylər hikməti yerə göyə sığmayan Allahın Kitabında xas bir üsuldur. Bir mövzu və ya hadisələrin Quranın müxtəlif yerlərinə səpələnməsi Quranın bütöv bir kitab olub, orada keçən bir məsələni anlamaq üçün bütün Quranı nəzərdən keçirilməsinə ehtiyac duyulmasını göstərir.
Quranın nurunu saçan çıraq olan Rəsulullah (s) bu məsələni açığa çıxarmaqdadır. Rəsulullah (s) bu günlərin gündüzünün fəzilətini bildirdiyi kimi, ayrıca gecələrinin də fəzilətini bildirmişdir.
“…O günün hər birində tutulan oruc bir illik oruca bərabərdir. O günün hər gecəsində edilən qiyam (gecə namazları, dua, zikr) Qədr gecəsinə bərabərdir” (Tirmizi, İbni Macə, Bəyhəqi)
Bu günlərdə məsləhət görülən əməllər aşağida sadaladiqlarimizdir:

Saleh əməlləri artırmaq.
Ümumiyətlə saleh əməllərdən hansını bacarırsansa, necə bacarırsansa artırmaq gərəkdir. Hər nə qədər saleh əməllər hər zaman işlənməlidirsə, yuxarıda qeyd etdiyimiz kimi bu seçilmiş və xüsusi məqama yüksəldilmiş günlərdə ələlxüsus saleh əməllərə davam etmək, onları artırmaq lazımdır. Rasulullah (s) buyurur: “Bu günlər qədər bu günlərdə edilən saleh əməllər qədər Allaha daha sevimli olanı yoxdur…” (Buxari, Tirmizi, Əbu Davud).Said bin Cubeyr (r) bu günlər girdiyi zaman o qədər ibadət edərdi ki, hətta ibadət etməyə gücü qalmazdı.

Zikir.
Bu günlərdə zikirləri çoxaltmaq
“Bu günlərdə edilən saleh əməllər qədər Allaha daha sevimli olanı yoxdur. Bu günlərdə “Lə iləhə illəllah” “Allahu əkbər” “Əlhəmdulilləh” kəlmələrini çoxaltın!” (Əhməd, Təbərani İbni Ömərdən)“İbni Ömər, Əbu Hureyrə bu günlədə küçələrə çıxar, təkbir (Allahu əkbər) gətirərdilər. Camaatda onlarla bərabər təkbir gətirərdi.” (Buxari) 

Oruc tutmaq.
Oruc adətən hər hansı bir günlərə sayğı, hörmət göstərilmənin rəmzidir. Qurana, Onun endirildiyi Ramazan ayına, Aşura gününə olan ehtiramda olduğu kimi, bu mübarək günlərin 10-cu günü (bayram günü) xaric, digər günlərində də oruc tutmaq müstəhəb sayılmaqdadır.Rəsulullah (s) buyurur: “Allah üçün bu günlərdə edilən ibadətdən daha sevimlisi yoxdur. O günün hər birində tutulan oruc bir illik oruca bərabərdir…” (Tirmizi, İbni Macə, Bəyhəqi)
Hz. Hafsa (u.m.) belə rəvayət edir: “Dörd şey var ki, Rəsulullah (s) heç tərk etmədi: Aşura orucu, (Zil-Hiccədən) 10 günün orucu, hər aydan üç günün orucu, sübh namazından əvvəl iki rükət namaz” (Əhməd bin Hənbəl)

Gecə ibadətləri.

Başda təhəccüd namzı olmaqla, Quran tilavəti, dua, zikir, istiğfar, salavatla bu mübarək günlərin gecələrini dəyərləndirmək də müstəhəbdır. «And olsun on gecəyə» (əl-Fəcr 2)
«Onlar gecəni Rəbbi üçün səcdə və qiyam (namaz) içində keçirərlər. Və belə deyərlər: "Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən sovuşdur. Şübhəsiz ki, onun əzabı həmişəlikdir! Doğrudan da, o, nə pis məskən, nə pis yerdir!» (əl-Furqan,  64-66)
Аllаhın Rəsulu (s) buyurub: “Gecənin üçdə birində Allah dünya səmasına enər və buyurar: “Bağışlanma istəyən yoxdurmu onu bağışlayım, bir istəyi olan yoxdurmu istədiyini verim.”  (Buxari, Müslim)
Bu qiymətli saatlar bir də Zil-Hiccənin 10 günü kimi mübarək zamanlarla birləşəndə xüsusi qədir-qiymət qazanmış olur. “Rasulullah (s) buyurur: “Allah üçün bu günlərdə edilən ibadətdən daha sevimlisi yoxdur… O günün hər gecəsində edilən qiyam (gecə namazları, dua, zikr) Qədr gecəsinə bərabərdir” (Tirmizi, İbni Macə, Bəyhəqi)

O günlərin sübh vaxtlarını dəyərləndirmək.
Bu da digər ibadətlər kimi əslində hər zaman olması gərəkən iş olması ilə bərabər bu günlərdə daha da dəyər qiymət qazanır. Quran da buna işarət etməkdədir. «And olsun dan yerinə (Fəcrə); And olsun on gecəyə» (əl-Fəcr 1, 2)
«Onlar gecələr (ibadətlə məşğul olub) az yatırdılar. Səhərlər isə bağışlanma (istiğfar) diləyirdilər.» (əl-Zariyat, 17,18)
Pеyğəmbər (s)  belə dеyib: “Sübh namazından günəş çıxana qədər Allahı zikr edən tоplum (camaat) arasında olmaq Mənim üçün İsmayıl övladından dörd kölə azad etməkdən daha sevimlidir…” (Əbu  Davud)
Quran oxumaq, dua və zikr etmək, düşünmə, salavat gətirmə, tövbə edib bağışlanma diləmək (istiğfar), xeyir danışmaq, elm öyrətmək kimi Allahı xatırladan əməllər bütün sübh boyu ta günəş günəş doğub ətrafa yayılana qədər,  yəni, işraq vaxtına qədər davam etdirilməlidir.
«Onlar gecələr (ibadətlə məşğul olub) az yatırdılar. Səhərlər isə bağışlanma (istiğfar) diləyirdilər.» (əl-Zariyat, 17,18)
Sübh namazı ilə başlayan bu zaman dilimini  zikrlə davam etdirib  iki rükət namaz qılmaqla xətm etmək sünnətdir.
Cabir ibn Səmurə deyir: “Allah Rəsulu (s) sübh namazını qıldıqdan sоnra günəş doğana qədər namazgahında oturardı.” (Müslim, Əbu Davud).Rəsulullah (s) buyurub: “Sübh namazını camaatla qılan, sоnra günəş çıхana qədər Allaha zikr еdən, daha sоnra 2 rükət (işraq) namazını qılanın savabı həcc və ümrənin savabına bərabərdir.” (Tirmizi)
Bunu edərkən insan həm də həmən bu mübarək anlarda Məkkədəki zəvvarları düşünüb xatırlaması bu ibadətə xüsusi hüzn gətirər.

O günlərin Əsirlə Məğrib arasındakı zamanı dəyərləndirmək.
“…Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbinə şükür edib şəninə təriflər de…” (Taha 130)
Gün başladığı zaman olduğu kimi bitdiyi zamanda Allaha həmd etmək, Rəsulullaha (s) salavat gətirmək, tövbə istiğfar etmək, gecənin xeyrini istəyib, şərrindən Allaha sığınmaq kimi dua və zikirlərlə dəyərləndirmək gərəkdir. “…Əsr namazından gün batana qədər Alahı zikr edən camaat arasında oturmaq Mənim üçün dörd qul azad etməkdən daha sevimlidir.” (Əbu  Davud)

Quran.
Heç şübhəsiz ki, dua, zikir, salavat, istiğfar, oruc, namaz kimi ibadətlərin içində Quranın xüsusi yeri var. Çünki bütün ibadətlər Qurandan törəmişdir. Quran oxumaq, üzərində düşünmək, onu öyrənmək, öyrətmək, insanları ona dəvət etmək hər zaman olduğu kimi bu mübarək günlərdə də daha da artıqlaması ilə gərəkdir.

Dəvət.
Zil-Hiccənin fəzilətini bilməyənlərə çatdırmaq, onları ibadət və saleh əməlləri artırmasına təşviq etmək, ibadət əhli deyilsə islah olmasına, kafirdirsə iman etməsinə dəvət etmək gərəkdir. Ələlxüsus başda valideyinlər olmaqla yaxın qohumları, xəstələri, kimsəsizləri ziyarət etməklə həm ziyarət savabı və faydası, həm də bu mübarək günlərin payında onların ortağ olmasına nail olunmuş olur.

Arafa gününü xüsuis dəyərləndirmək.
Arafa günü yuxarıda qeyd etdiyimiz kimi Zil-Hiccənin 10 gününün zirvəyə çatdığı gündür. Demək olar ki, Ərəfə günü Qədr gecəsi ilə rəqabət apara biləcək bir gündür. Belə ki, əgər Qədr gecəsi gecələrin ən fəzilətlisidirsə, Ərəfə günü il ərzindəki günlərin ən fəzilətlisidir.  
Rəsulullah (s) buyurur: “Allah qatında Ərəfə günündən daha fəzilətli gün yoxdur...” (İbni Hibban) “Günlərin ən fəzilətlisi Ərəfə günüdür. Duaların ən fəzilətlisi də Ərəfə günü edilən duadır.” (Rəzin)
Rəsulullah (s) “Allah Ərəfə günündə olduğu qədər, heç bir gündə qullarını atəşdən azad etməmişdir.” (Muslim) buyurmaqla bundan dolayı şeytanın rəzil olmasını bildirmişdir.
“Şeytan Ərəfə günündən daha alçalmış, daha qovulmuş, daha qəzəbli heç vaxt görülməmişdir. Bunun belə olması Allahın rəhmətinin endiyi və Allahın böyük günahları bağışladığını görməsindən başqa bir şey deyildir. Ancaq Bədir günü gördüyü bundan müstəsnadır.” Camaat: “Ya Rəsulullah! Bədir (döyüşü) günü şeytan nə gördü?” soruşduqda, Rəsulullah (s): “Cəbrayılın mələklər ordusuna rəhbərlik etdiyini gördü” buyurdu.
Bu günün dəyərləndirmə yollarından biri də, bir çox əlamətdar günlərdə olduğu kimi, bu gün də oruc tutmaqdır.Rəsulullah (s) buyurur: “Bu günün orucu keçmiş bir il və gələcək bir ilin günahlarına kəffarət olur” (Müslim, Əbu Davud, Tirmizi, İbni Macə).Bu günə dair orucdan başqa xüsusi ibadət şəkli gəlmədiyi üçün, ümumi qaydaya əsasən nafilə namazlar, istiğfar, dua, zikr, Quran oxumaq və sair ibadətlərlə keçirmək olar.

Dırnaq və tüklərini kəsməmək.
Qurban kəsmək niyyətində olanlara dırnaq və saçlarını kəsməmək Rəsulullah (s) buyurur: “Zil-Hicənin hilalını (başlanğıcını bildirən ay) görüb sizdən hər kim qurban kəsmək istəsə saçlarını və dırnaqlarını kəsməsin” (Buxari müstəsna camaat)

Bayram.
Nəhayət bu 10 günün sonuncusu olan bayram gününü dəyərləndirmək gərəkdir. Bunun da başında bu gün xas qılınmış bayram namazıdır. Bu bayram günlərinə məxsus digər bir ibadət “təşrik təkbirləri adlanan” zikirlərdir. «Sayı bəlli olan günlərdə Allahı yada salın (təkbirlə zikr edin)…» (əl-Bəqərə 203)
İbn Abbasın dediyinə görə bu ayədəki bəlli günlər təşrik günləridir (Zil-Hiccənin 10,11,12,13-cü günləri).
Bu zikrin ən məşhur olanı budur: “Allahu əkbər! Allahu əkbər! Lə iləhə illəllahu. Vəllahu əkbər! Və lilləhil-həmd!” (Allah ən böyükdür! Allahdan başqa ibadətə layiq yoxdur! Yenə də Allah ən böyükdür! Və həmd Allaha məxsusdur!)
Bu günə xas qılınmış digər bir ibadət isə qurban kəsməkdir.
“Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir). Allah sizi doğru yola yönəltdiyi üçün Onu (layiqincə) uca tutasınız deyə, bunları sizə belə ram etdi. Ehsan (yaxşı əməl) edənlərə müjdə ver!” (əl-Həcc 37)
Allahın heç bir şeyə ehtiyacı olmadığı üçün bu heyvanların ətinə də ehtiyacı yoxdur. Həmçinin son nəticədə axıdılan qana möhtac olan da Rəbb deyil, quldur. Çünki bu qanın axıdılması ilə qurban kəsənlərin günahı bağışlanır ki, bu da insanın ən çox möhtac olduğu bir şeydir.
Rəsulullah (s) belə buyurmuşdur: “Qalx qurbanının yanında hazır dur! Çünki onun axıdılacaq ilk damla qanı ilə birlikdə bütün günahların bağışlanacaqdır.” (Hakim, Bəzzar).Allaha çatan isə insanların təqvasıdır. Yəni, insanların Allahın əmr etdiyi şeyləri yerinə yetirməklə və qadağan etdiyi şeylərdən çəkinməklə Allaha qarşı çıxmaqdan özünü qoruma halıdır.
“Allah yalnız müttəqilərdən (qurban) qəbul edər!” (əl-Maidə 27)
Bu işin başı və əsası isə bu ibadətin yalnız Allaha xas qılınmasıdır. Yəni, kəsilən qurbanların yalnız Allaha olması.
“De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam!” (əl-Ənam 162, 163)
Bu məsələdə qurbanlıq heyvanın bu ülvi və müqəddəs işə (Allah yaxınlaşmaq üçün heyvan kəsmək) yaraşan, layiq olan heyvan olmasına diqqət yetirmək gərəkir.
Daha bir xüsus da bu işdə yaxından iştirak etməkdir. İmkan daxilində qurban sahibinin özünün kəsməsi daha yaxşıdır. Kəsməsə belə kəsilməsində iştirak etmək lazımdır. Çünki qurbanlıq heyvanın axan qanı ilə bərabər qurban sahibinin günahları bağışlanır. Bunu müşahidə edib düşünməkdə fayda vardır.
Bütün bu qeyd edilənlər Allahın mərhəməti, feyz, bərəkətlə doldurulmuş günləri dəyərləndirməyin yollarıdır. Rəsulullah (s) belə buyurub.“Həqiqətən, günləriniz  içində Rəbbinizdən  dalğavarı əsən, ətir saçan küləklər  vardır. Кönülləri  onа açıb təslim еtməк  gərəkməzmi?!” (Buxari)
Bu hədisdə   “dalğavari əsən,  ətir saçan küləklər” kimi tərcümə edilən “lənəfəhət” ifаdəsi ilə  Allahın lütf, mərhəmət küləkləri nəzərdə tutulur кi, bunlar da seçilib üstün qılınmış, feyzi- bərərkətlə dolu zaman bölümləridir. İnsan оğlu hər dəfə  həyatında əsən bu lütf  küləklərindən ibarət zamanla üz-üzə gəlir. Bu zamanlardan biri də Zil-Hiccənin ilk 10 günüdür.

Ey müsəlman! Sən həyatının günlərini, ələlxüsus da Allahın günlər içindən seçələrək yüksəldib mübarək qıldığı günləri dəyərləndir.
Yoxsa vaxt gələcək peşman olacaqsan, Amma, o zaman artıq iş işdən keçmiş olacaq.
«Və Cəhənnəmin (məhşər meydanına) gətiriləcəyi gün – məhz o gün insan (öz günahlarını) xatırlayacaqdır. Lakin bu xatırlamağın ona nə faydası?!
O: “Kaş ki, mən əvvəlcədən (axirət) həyatım üçün (yaxşı əməllər) edəydim!” – deyəcəkdir.» (əl-Fəcr 23,24)
Rəsulullah (s) buyurur: “Bir camaat bir yerdə oturar və orada Allahı zikr etməz və peyğəmbərinə salavat gətirməzsə, üzərlərinə gələcək bir peşmanlıq vardır. Allah dilərsə onları cəzalandırar, dilərsə bağışlar.” (Tirmizi)

15404 dəfə oxunub

İstifadəçi şərhləri


24-10-2012 , 11:46
Erefe gunu na demakdir


Hafiz 06-01-2007 , 07:57

OXUDUM CHOX BEYENDIM INSHALLAH BELE MOVZULARI ARTIRMAQ LAZIMDI ALLAH BUTUN MOMUNLERIN GUNAHINI BAGISHLASIN

Saff 26-12-2006 , 04:52

Allah Sizden ebediyyen razi olsun. Inshaallah Siz bunlari yashayanlardansiniz. Ele olmasaydi sizin yazilariniz bu qeder tesirli olmazdi.

Allah qulu 19-12-2006 , 03:55
cağırış
Sizlərə salam olsun.Allah yolunda etdiyiniz hər əməlin əcrini ən gözəl şəkildə almağınızı dua edirəm.Ey bacı və qardaşlarım,qarşıdan böyük və tərəzimizə təsir edə biləcək imtahan günü gəlir.Dualarınızı və ibadətlərinizi artırın.şeytanın bayramını deyil, Allahın buyurduğu bayrama tələsin.Allahın dininə yönəlin.Xilas İYYƏKƏ NƏBUDU İYYAKƏ NƏSTƏİN deməktədir.Qələbə Allahın firqəsinin olmalıdır. Allahın firqəsi olmağa tələsin.Qurana sarılın.

Müəllif. 16-12-2006 , 03:13
Açıqlama.
Bismilləh. Sual-cavab bölümündəki 508 nömrəli sualda bildirildiyi kimi, bayram namazlari İslamin şüarı olduğu ucun kutləvi şəkildə şəhər, kənd kənarında bütün şəhər, kənd əhalisi ilə bərabər qılınmalıdır. Və ya indiki vəziyyət və şəraitdə olduğu kimi məscidlərdə qılınmalıdır. Camaat namazına çatmayan və ya başqa səbəbdən qıla bilməyən, ayrıca iki rükət qılar. Bu iki rükət namaz bayram namazı qaydalarına uyğun qılınmalıdır.
Orucun vaxtına gəldikdə, oruc dan yeri söküldükdə yəni subh namazının başlanması vaxtda başlayır. İftar vaxtı isə gün batan vaxtı yəni Axşam (Məğrib)namazının vaxtında olur.
Gündəlik beş vaxt namaz vaxtları isə saytın ana səhifəsində sol tərəfdə linklər bölümünün altında yerləşdirilmişdir. Ondan da istifadə edə bilərsiz. Allah bu mübarək günlərdən faydalanmağı nəsib etsin inşallah.

15-12-2006 , 13:24

sALAM. Mənimlə birgə bayram namazı qılacaq şəxs yoxdur.Belə təqdirdə namazı tək qila bilərəmmi? Və orucun imsakı hava açılana qədər,iftarı isə qaralanda olmalıdır? Öncədən minnətdaram.

Müəllif 13-12-2006 , 08:37
İnşallah Dekabrın 21-i Zil-Hiccənin 1-dir.
Bismilləh. Bir şeyi xatırlatmaq istərdim: Qəməri aylar çox vaxt 29 gün olur. Bəzən də 30 gün. Əgər Zil-Hiccənin hilalı (ayın nazik aypara şəkli)görsənərsə dekabrın 21 Zil-Hiccənin 1-ci günü olur. Oruc tutmaq istəyənlər orucunu tuta bilər. Əgər ay görsənməzsə onda Zil-Qadə ayı 30 gün olur və dekabrın 22-si Zil-Hiccənin 1-ci günü olur. İnşallah dekabrın 21-i Zil-Hiccənin 1-dir. Doğrusunu Allah bilir.

12-12-2006 , 13:47

zehmet olmasa sözü gedən ilk 10 günün tarixini miladi təqvimi ilə qeyd edin(aydın olması üçün)Çox sağ olun


Share |


Şərh əlavə et

Müəllif    
Mövzu





 

çap versiyası     göndər     yuxarı

 
© 2005-2006 by AzeriMuslims TEAM. All right reserved.
Design © 2006 by AzeriMuslims. All right reserved.