Məhəmməd Əmin Lənkərani

İslam məzhəblərinin yaxınlaşdırılması prosesində əhəmiyyətli məsələlər (doqquzuncu hissə)
IX Alimlərlə ədəb-ərkanı gözləmək: Müsəlmanların tarix boyu ən böyük itkiləri təəssübkeşlik, ixtilaf və təfriqədən qaynaqlanmışdır desək, heç də yanılmarıq. Ən böyük itkilərdən biri də dinimizə xidmət edən İslam alimlərinə qarşı müxtəlif məzhəb mənsublarının qərəzli və inadkar baxışlarıdır.
Alimlərlə ədəbli olmaq, onların hörmətini saxlamaq və onlarla gözəl tərzdə davranmaq İslamın tövsiyə etdiyi əxlaqi prinsiplərdəndir.
Həmçinin, böyüyə hörmət etmək, kiçiyə mərhəmət göstərmək İslamın dəyərlərindən və ədəb-ərkanından sayılır. Hədisdə deyilir: “Kim böyüklərimizə hörmət etməzsə, uşaqlarımıza mərhəmət göstərməzsə və alimlərimizin qədrini bilməzsə, bizdən deyildir”.
İslamda alimlərin məqamı böyükdür. Allah-Təala buyurur: “De: “Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?!” (əz-Zümər, 9).
Başqa bir ayədə isə deyilir: “Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar” (əl-Fatir, 28).
Müsəlmanların tarix boyu ən böyük itkiləri təəssübkeşlik, ixtilaf və təfriqədən qaynaqlanmışdır desək, heç də yanılmarıq. Ən böyük itkilərdən biri də dinimizə xidmət edən İslam alimlərinə qarşı müxtəlif məzhəb mənsublarının qərəzli və inadkar baxışlarıdır. Deməli, əgər alim böyükdürsə, müsəlmanlara elmi ilə xidmət göstərirsə, lakin mənim məzhəbimdən deyilsə, onda onun elmi mənə görə əbəs və faydasızdır. Belə kor təəssübkeşlik və “mühafizəkarlıq” hansı cəmiyyətdən, hansı zəhərli ideologiyadan bizim sıralarımıza daxil olub? Əlbəttə, bunu araşdırmağa ehtiyac vardır. Ümid edirəm ki, dəyərli və bilikli müsəlman qardaşlarım öz elmi potensialından səmərəli istifadə edərək belə araşdırmalara və yazılara geniş yer verəcəkdir.
Alimlərə qarşı davranışla bağlı professor Şeyx Yusif əl-Qərdavi belə deyir: “Təəccüblüsü odur ki, bəziləri özlərini elm əhlindən sayaraq haqqı müdafiə etmək adı ilə alimlərə qarşı hörmətsizlik edirlər. Əgər doğrudan da onlar elm əhli olsaydılar, alimlərin fəzilətini danmazdılar. Hətta qarşı tərəfin nəzərində alim səhv etmiş olsa belə, onun məsum olmadığını və ya səhvə yol verə biləcəyini təbii qəbul etməli və alimin ən azından bir qat savabdan məhrum olmadığını başa düşməlidir”. Hikmət əhli demişdir: “Ədəb öyrənmək elm öyrənməkdən qabaqdır”. Əgər İslam dini heyvana, bitkiyə, canlı aləmə qarşı yaxşı davranmağı insana əmr edibsə, insanın insana olan davranışının daha gözəl şəkildə olmasını vacib buyurmuşdur.
İslamın ilk çağlarına, məzhəb imamlarının həyat tərzinə baxdıqda, onların bir-birlərinə olan münasibətlərinin yüksək əxlaqi səviyyədə olduğunu görürük.
Məzhəb imamlarının bir-birinə qarşı münasibətinə dair bəzi örnəkləri məzhəb mənsublarına tövsiyə olsun deyə, təqdim etmək istəyirik:
1- İmam Əbu Hənifə imam Cəfər Sadiqdən bəhs edərkən belə deyərdi: “Mən Cəfər ibn Məhəmməddən daha fəqih olan birisini görmədim”. Başqa bir yerdə isə belə demişdir: “Əgər o iki il olmasaydı, Nöman həlak olardı”.
2-Əbdülhəlim Cundi deyir: “Malik ibn Ənəs İmam Şafeinin müəllimi olmasından iftixar hissi duyurdu. Həmçinin, İmam Şafei imam Əhməd ibn Hənbəlini müəllimi olmasından iftixar edirdi”.
Əlbəttə ki, məzhəb imamları arasındakı bu cür gözəl örnəklər onların davamçılarına qalan ən gözəl tövsiyədir. Məzhəb mənsubları da bir-birlərinə qarşı bu münasibətdə olsalar, daha yaxşı olar.
Biz belə hesab edirik ki, alimin araşdırma və ictihaddan sonra qane olduğu rəydə qalması hər hansı bir qorxudan və ya kimisə razı salmaqdan, ya da ki, ictihad edə bildiyi təqdirdə başqasına təqlid etməyindən daha doğrudur. Daha doğrusunu isə Allah bilir!
/AzeriMuslims/
145 dəfə oxunub
İstifadəçi şərhləri
Əhməd Hüseyn
06-08-2010 , 10:45
Elicindeye
Salam! Əvvəla mənim fikrlərimdə təəssübü hansı əlamətlərdə gördüz? Əbu Bəkr və Ömər Hz.Peyğəmbərimizin (s) əziz övladı olan Xanım Fatiməni (s.ə.) şəhid edən və Hz.Peyğəmbərimizin göstərişinə zidd olaraq İmam Əlinin (ə) haqqını tapdalayan və xəlifəlik məkanını qəsb edən kəslərdir. Əgər o kəslər olmasaydı müsəlmanlar indi bu kökdə olmazdılar. Unutmayın, Fatiməni incidən və onun qapısına beyət almaq üçün od vuran və Fatimənin bağışlamadığı şəxsdən Allah razı qalmaz! Bunu birdəfəlik anlamaq lazımdır! Əlini (ə) məsciddə zərbətləyib şəhid edən Əbdülrəhman ibn Mülcəmə bəraət qazandıran və onun zərbəsinin islama xeyirli olduğunu söyləyən Buxari və Müslimin hədis kitablarını da səhih qəbul etsəm, özümü aldatmış olaram. Allah bizi doğru yoldan azdırmasınm!
Muslim
03-08-2010 , 15:44
ALLAH razi olsun sehabelerden.
Elicinde
29-07-2010 , 15:09
Ehmed Huseyne
Hansi dialoqdan danishmaq mumkundur ki o saat mezhebb teessubkeshliyinden cixish edirsiniz.
Meger qarshi terefin hediss kitablarinda sehabeler haqda xusussile de Hz. Ebubekr ve Omer haqda xosholmayan hedisler azdir?!
Beli sizin kimi insanlarla dialoq cox cetindir. cunki beyin yuma emeliyyati size guclu tesir edib
Əhməd Hüseyn
28-07-2010 , 11:05
Fikir
Əssələmualeykum! Muhammadamin Allah razi olsun Sizden! Mezhebler bütün dinlerde olub, bizim dinde de var. lakin xristianliq ve bashqa din mensublarindan ferqli olaraq biz muselmanlar dunyada bir noqteye hele ki, vura bilmirik, daxilde cekishdiklerine baxmayaraq xristianlar dunyada ozlerinin umumi prinsiplerine esaslanib vahid cebhede hereket edirler. Teessuf! İslamda ehli-sunne mezhebinin esas menbeleri sayilan Muslim ve Buxarinin sehihlerinde olan cox sayda tezadli, menbeyi dogru olmayan ve ixtilaflar yaradan hedislerden istifade ve onlara esaslanma hallari muasir dovrde islami mezheb mensublarinin yaxinlashmasina imkan vermir ve onlar arasinda teessubkeshliyi guclendirir.
Dilavər
26-07-2010 , 23:01
Allah razi olsun qardaslar çox maraqlı meqaledir...
çap versiyası
göndər
yuxarı