
Osmanlı xilafətinin yəhudilərə qarşı münasibəti haqda bəzi həqiqətlər
Osmanlı xilafətinin yəhudi camaatları ilə münasibətləri məlum olduğu kimi Orxan Qazi dövründə özünü daha aydın biruzə verməyə başladı. Belə ki, Osmanlı xilafətinin yaradıldığı bir vaxtda inkvizisiya məhkəmələrindən bezmiş, xristian dünyasının təzyiqlərindən usanmış yəhudilər Osmanlı xilafətinin xristian dövlətlərinə qarşı ardı-arası kəsilməyən zəfərlərini Allahın bu dövlətlərə qarşı cəzası hesab edirdilər.
Orxan Qazi Bursanı fəth etdikdən sonra bu günə qədər qorunub–saxlanılmış Ets Hahayim sinaqoqunun inşasına icazə verdi. Orxan Qazi yəhudilərin faydalı kadr olmalarını nəzərə alaraq onları ölkəsinə dəvət etmiş, məhz bu dəvətdən sonra Şamdan belə yəhudilərin köçü başlanmışdır.
I Murad Ədirnəni fəth etdikdən sonra isə orada bir Yeşiva (Talmud dərsləri verən məktəb) açdırmış, bu məktəb Osmanlı xilafətinin hər tərəfindən axışıb gələn yəhudilərin elm mərkəzinə çevrilmişdir. Hətta Macarıstan, Polşa və Rusiyadan belə Talmud təhsili almaq üçün yəhudi gənclər bu tədris ocağına üz tuturdular.
1394-cü ildə İldırım Bəyazidin dövründə Fransadan gələn yəhudilər Ədirnəyə yerləşdirilir. Bu dövürdə Ədirnə Baş Xaxamı İsak Saftatın Mərkəzi Avropa yəhudilərinə yazdığı məktubu bu baxımdan maraq doğurur. Məktubda belə deyilir: “Almaniyadakı qardaşlarımızın ölümdən daha betər izdirablara məruz qaldıqları, haqsız qanunlara boyun əydikləri, zor gücünə vaftiz edildikləri və sürgün edildikləri haqda mənə xəbərlər gəlib çatmışdır. Onlar bir pislikdən uzaq olmaq üçün qaçarkən, digər bir yerdə daha betər bəlalara düçar olurlar. Qardaşlarıma aşağıdan-yuxarı baxan bir xalqın zülmünü görür, onlara qarşı qalxan əlləri hiss edirəm. Onlar dünyanın bir çox yerlərində əziyyətlərə məruz qalırlar. Hər gün onların var-dövlətlərini əllərindən almaq üçün yeni qanunlar icad edilir.
Əziz qardaşlarım! Mən İsak Sarfati sizə ərz etmək istəyirəm ki, Türkiyə heç bir şeyin əksik olmadığı bir ölkədir. Hər kəs özünü burada təhlükəsiz hiss edə bilər. Məlumdur ki, siz xristian ölkələrində uşaqlarınıza mavi və qırmızı köynəklər geydirə bilirsiniz. Yəni onların bədənləri döyülməkdən mavi və qırmızı rəngə boyanır. Siz cırıq paltarlar geyniməyə məcbur edilirsiniz. Sizin üçün həftənin günləri qədər, Şabat və digər bayram günləri də zülmət qaranlıq kimidir. Sizin gücünüzdən ancaq əcnəbilər istifadə edir. Xəzinələri olan yəhudilərə xoşbəxtlik vardırmı? Onlar var-dövlətlərini öz bədbəxtlikləri üçün qoruyub saxlayırlar. Bilin və agah olun ki, özünüzün zənn etdiyiniz mal-pul, sizə zülm verən təbəqəyə aiddir. Onlar nə ziyalılara, nə də ki, qocalara hörmət edirlər. Sizin məbədlərinizi və məktəblərinizi bağlayırlar. Nəyə görə özünüzə qayıtmırsınız? Ayağa qalxın və bu lənətə gəlmiş ölkəni tərk edin”.
Digər bir məktubda isə yəhudilər Osmanlı xilafətindəki rahatlıqlarını belə nəql edirlər: “Əziz qardaşlarımız! Əgər aranızda Allahın qüdrət və var-dövlət verdiyi insanlar varsa, gəlib burada yaşasınlar, dolaşsınlar və evlər alsınlar. Gəliri olmayan ksıblar və kimsəsizlər burada rahat bir şəkildə yaşayacaq və özlərinə uyğun iş tapacaqlar. Onlar nə aclıq, nə də susuzluq çəkəcəklər. Zülm və istirabdan da uzaq olacaqlar. Allah bizə öz köməyini etdi. Madam ki, türklər bizi zülm və təzyiqlərdən qorudular və bizə qollarını açdılar, o halda həqiqəti aydın görmək hamımızın üzərinə bir borcdur. Təbii ki, biz bu vaxta qədər bu insanların öz torpaqlarında bizə qarşı göstərdikləri hörmət haqda bir dəfə də olsun söhbət açmadıq. Çünki biz bizə qarşı edilən hörmət və sədaqəti ifadə etmək üçün söz tapa bilmirik. Yəhudilər burada öz azadlıqlarına nail oldular”.
İstifadə edilən qaynaqlar:
1) Türkiyənin dövlət sistemində yəhudilər, səh. 70, Çetin Yekin.
2) Osmanlı Xilafətində Yəhudilər, səh. 62, A.Hikmət Ərtoğrul.
Tərcümə etdi: Məmmədov Dilavər
/AzeriMuslims/
175 dəfə oxunub
İstifadəçi şərhləri
omar
30-07-2010 , 00:38
ilk sefliyimiz burda
olub
ahir
22-07-2010 , 00:17
1111
Super!
ruh
22-07-2010 , 00:16
"""
çap versiyası
göndər
yuxarı