
Əhli-beyt imamlarından hikmətli kəlamlar!
Hz. Əli (Allah ondan razı olsun!) belə buyurub: “Öldükdən sonra yaşamaq istəyirsinizsə, sağlığınızda hamıya fayda verəcək bir əsər qoyub gedin”
“İnsanlara qarşı elə rəftar edin ki, öldüyünüz zaman arxanızca ağlasınlar, sağ ikən sizi sevgi ilə ansınlar”
“Ən çətin iş aludə olduğunuz işi tərk etməyinizdir”...
“ Öz uşağına əbəb -ərkanı necə öyrədirsənsə, yetimə də onu əsirgəmə”
“Öz fikirləri ilə qane olan şəxs, özünü təhlükə atmış olar”
“Adi bir insanın dediyi böyük fikirlərə hörmət et!”
“Ölümü unutmaq qəlbi paslandırar”
Hz. Həsən Əskəri (Allah ondan razı olsun!) deyib: “Övladın atasına kiçik yaşlarında hörmətsizliyi, böyüdüyü zaman ona qarşı gəlməsinə səbəb olar”
“Batilin atına minən, peşmanlıq diyarında yerə enər”
“Təvazökarlıq paxıllıq edilməyən bir nemətdir”
İmam Əli ən-Nəqi (Allah ondan razı olsun!) buyurub: “Özünü bəyənmək, insanı elm öyənməkdən uzaqlaşdırar”.
“Haqlı olan ağılsız kəs, ağılsızlığı ucbatından özünü haqsız çıxara bilər”
“Təbiəti pozulmuş insanlara hikmətli sözlər təsir etməz”
“Tələbə və müəllim elmin inkişafında ortaqdırlar”
İmam Rza (Allah ondan razı olsun!) deyib: “Paxıl insanın rahatlığı, qısqanc insanın ləzzəti, tez yoruluanın vəfası, yalançının isə igidliyi olmaz”
“Cömərd insanın kölgəsi geniş olar”
“Dosta qarşı təvazökar, düşmənə qarşı tədbirli, xalqa qarşı da gülər üzlü ol!”
İmam Musa Kazım (Allah ondan razı olsun!) belə buyurub: “Əkin yumşaq torpaqda bəhrəsini verər, daşın üzərində deyil. Elm və hikmət də təvazökar insanlarda olur. Kibirli insanların qəbində isə elm və himət olmaz”
“Xalqa göz dikmə. Çünki bu sifət zəlilliyin və alçaqlığın açarıdır”
“Kim pis işlərdən narahat olmazsa, yaxşılıq da onun yanında dəyərsiz olar”
“Mömin tərəzinin iki gözü kimidir. İmanı artdıqca bəlası da çoxalar”
“Əsla Allaha itaət yolunda malını əsirgəmə. Çünki onun iki qatını Allaha qarşı günah etməkdə xərcləyərsən”
Tərcümə etdi: Məmmədov Dilavər
/AzeriMuslims/
223 dəfə oxunub
İstifadəçi şərhləri
18-08-2010 , 12:09
Allah sizdən razı olsun.cox maraqlı sözlerdir.ALLAH BÜTÜN MÖMİNLƏRİ BAĞİŞLASİN(AMİN!)
Əhməd Hüseyn
28-07-2010 , 12:29
Allah razı olsun Sizdən
Bismilləhir-rahmənir-rahim!
Çox gözəl...İşlərin ən gözəlini etmisiniz, özü də həmin hikmətli sözləri yazmısınız ki, o sözlərə indiki şəraitdə əməl etsək azmarıq...
Məhəmmədəmin
22-07-2010 , 09:17
Əsl bayram...
O günkü günah etməmisən, o gün sənin üçün bayramdır!
Samir
19-07-2010 , 21:33
""""""
Allah razı olsun əzizlərim! Çox xoşuma gəldi.Hər zaman sükanı belə saxlayın!
çap versiyası
göndər
yuxarı