
Tarix boyu yaşamış məşhur Fatimələr
Fatimə deyincə ilk yadımıza düşən Peyğəmbərimizin (Allahın salamı və xeyir-duası ona olsun!) cigərparəsi Hz. Fatimə (Allah ondan razı olsun!) olur. Hz.Fatimə (Allah ondan razı olsun!) Peyğəmbərimizin (Allahın salamı və xeyir-duası ona olsun!) nəslini davam etdirən gül nəslinin anasıdır. Ləqəbi “bəyaz, parlaq və gözəl üzlü qadın” mənasına gələn Zəhradır. “İffətli” “Namuslu qadın” mənasında da Bətul adı ilə tanınmışdır. Ancaq tarixdə Fatimə adında digər məşhur insanların da olduğunu görürük. İndi onlar haqda qısa söhbət açmaq istərdik:
Fatimə binti Əsəd:
Hz. Əlinin anasıdır. Həyat yoldaşı Əbu Talib, doğma əmisi oğludur. Peyğəmbərimiz (Allahın salamı və xeyir-duası ona olsun!) Əbu Talibin himayəsində ikən Allah rəsuluna analıq etmişdir. Bu qadın Əbu Talibin ölümündən sonra müsəlman olmuş və hicrətin ilk illərində vəfat etmişdir.
Fatimə binti Xəttab:
Hz.Ömərin bacısıdır. Məşhur səhabə Said bin Zeyd ilə ailə həyatı qurmuş və Əbdürrəhman adında bir övladları dünyaya gəlmişdir. Məkkə dövründə Qureyşin əziyyətlərindən xilas olmaq üçün həyat yoldaşı ilə Həbəşistana hicrət etmişdir. Qardaşı Hz. Ömərin müsəlman olmasına vəsilə olmuşdur.
Fatimə binti Hüseyin:
Hz. Hüseyinin qızıdır. Evlilik çağı yetişəndə atası onu qardaşı Həsənin oğlu Həsənlə evləndirmişdir. Hz. Hüseyin şəhid edildiyi vaxt o, da atasının yanında idi. Əsir alınsa da sonradan sərbəst buraxılmışdır. Həyat yoldaşının vəfatında bir il sonra Hz. Osmanın nəvəsi Abdulah bin Əmr ilə ailə həyatı qurur. Bir şair kimi də tanınan Fatimə binti Hüseyin hədis də rəvayət etmişdir.
Fatimə bint Səd əl-Xeyr:
Tanınmış hədis alimlərindən biridir. Atası Əbdül Həsən Sad əl-Xeyrdir. Dövrünün tanınmış tacirlərindən və hədis alimlərindən biridir. Çox kiçik yaşlarından hədis alimlərinin olduğu mühütdə yaşadı və tanınmış alimlərdən elm alır. Dövrünün tanınmış fiqh və təfsir alimi İbn Nüceyye ilə evləndi.
Fatimə binti Süleyman:
Hədis alimidir. Suriyada dünyaya göz açıb. Ailə həyatı qurmayan bu xanım bütün ömrünü elmə həsr etmiş və öz vəsaiti ilə mədrəsələr inşa etdirmişdir.
Fatimə binti Ələddin əs-Səmərqəndi:
XII əsirdə Səmərqənddə dünyaya göz açan fiqh alimidir. Hənəfi fiqhində yüksək elmə malik olan bu qadın, həyat yoldaşı, tanınmış fiqh alimi Kasanin çox vaxt xətalarını düzəltmişdir. Kasani isə çox tərəddüdə düşdüyü fiqhi məsələlərdə ona müraciət etmişdir.
Tərcümə etdi: Dilavər Məmmədov
/AzeriMuslims/
199 dəfə oxunub
İstifadəçi şərhləri
çap versiyası
göndər
yuxarı