AzeriMuslims.com

AZERUS
GOAdvertise with Us

Ana səhifə
Xəbərlər
Məqalələr
Yüklə
Sual-Cavab
Forum
Quran
Kim-Kimdir yeni
Linklər
 
Namaz vaxtı: 09-09-2010
Sübh05:43
İşraq07:15
Zöhr13:38
Əsr17:14
Məğrib20:00
İşa21:28
 

Günün sualı
Ramazanın son 10 günü sizin üçün nə deməkdir?
Bu ayda günahlardan təmizlənməyim üçün son fürsətdir
Heç bir fərq görmürəm
Bacardığım qədər gecələri ibadətlə keçirməyə çalışıram
Bu gecələrdən lazımınca istifadə edə bilmirəm

Sualların arxivi


  
Email:

  


  İmam Məhəmməd Baqir (676-733)
14-07-2010


Əhli-beyt imamlarının beşincisi olan bu möhtərəm şəxsiyyət  İmam Cəfər əs-Sadiqin babasıdır. 


Nəsli ata tərəfdən Hz. Hüseynə (Allah ondan razı olsun!), ana tərəfdən isə Hz. Həsənə (Allah ondan razı olsun!) gedib-çıxır. Atası  Əlinin vəfatından sonra imamət məqamına keçmiş, iyirmi il ərzində insanlara doğru yolu göstərməyə çalışmış, onların hidayətə çatmasına vəsilə olmuşdur. Künyəsi Əbu Cəfər Məhəmməd əl-Baqir bin Əli bin Hüseyn bin Əbu Talibdir. 
İmam Məhəmməd Baqir 676-cı ildə Mədinə şəhərində dünyaya gəlib. Hz. Cabir və Hz. Ənəs (Allah onlardan razı olsun!) kimi səhabələrin yaşadığı bir dövrdə dünyaya göz açdığı və onları görmək imkanına sahib olduğu üçün tabein nəslindən sayılır. Xüsusilə fiqh və digər islami elimlərdə yüksək mərhələlərə çatdı. Peyğəmbərimizə (Allahın salamı  ona olsun!)  oxşadığı üçün səhabə Cabir bin Abdullahın diqqətini çəkirdi. Peyğəmbərin salamını nəvəsinə çatdıran Hz. Cabir onun  təhsil almasında və yetişməsində ona kömək olur. 
Bununla yanaşı imam Abdullah bin Ömər, Əbu Səid əl-Xudri və Cabir bin Abdullah kimi səhabələrdən dərs alır. Səid bin Müsəyyəb və Məhəmməd bin Hənəfiyyə kimi şəxslərdən də hədis elminin incəliklərini mənimsəyir. Elmi və qabiliyyəti ilə Mədinədə dövrünün ən böyük fiqh alimlərinin səviyyəsinə yüksəlir. Məhz buna görə də “Elm və fəzilətdə üstün” mənasına gələn “Baqir əl-Elm” ləqəbini alır. Maddi və mənəvi elimlərdə yüksək səviyyəyə çatmaq istəyənlər ondan feyz alırdılar. 
Atası Əli Əməvilərə qarşı silahlı mübarizə metodundan istifadə etməmişdir. Özü də atasının yolu ilə gedərək mövcud idarəyə qaşı mübarizəyə girmədi. Daha çox elm, irfan və din sahəsində xidmətlərə vaxt ayırdı. Aralarında səmimi əlaqələr və qardaşılıq bağları olmasına baxmayaraq, qardaşı Zeydlə (Allah ondan razı olsun!) eyni fikirlərə sahib olmamış və bəzən ona zidd fikirlər söyləmişdir.  
Əbu İshaq Səbii, Əta bin Rəbah, Əmr bin Dinar, İbn Şihab əz-Zühri, Rəbi bin Heysəm, Həcca bin Ərtad, İmam Övzai, İmam Əmaş, Qasım bin Fəzl, İbn Cüreyc, İmam Buxari və  İmam Müslim kimi tanınmış hədis alimləri Məhəmməd Baqirdən hadis nəql etmişlər. 
İmamət silsiləsinin beşinci həlqəsi olaraq qəbul edilən Məhəmməd Baqir Mədinədə mühafizəkar, mötəbər hədis rəvayətçisi, elm səviyyəsi yüksək, məsələlərin mahiyyətinə  nüfuz etmə qabiliyyətinə  sahib, dirayətli bir şəxs kimi tanınırdı. Hz. Əbu Bəkir və Hz. Ömərin (Allah onlardan razı olsun!)  təhqir edilməsinə və əleyhlərində danışılmasına qətiyyən icazə verməmişdir. Hər zaman bu iki böyük səhabəyə hörmət və sevgisini ifadə etdi. Hz. Hüseynin (Allah ondan razı olsun!) intiqamını almaq bəhanəsi ilə ortaya çıxanlara müsbət münasibət bəsləməmiş, onları dəstəkləməmişdir. 
Məhəmməd Baqir vəlilərin böyüklərindən olmaqla yanaşı, böyük kəramət sahibi idi.  O, bir il əvvəldən Nafe bin Əzraq adlı şəxsin Mədinədə  təxribat törədəcəyini qabaqcadan xəbər vermiş, hadisə olduğu kimi cərayan etmişdir. 
Elmi ilə  əməl edən alimlərin fəzilətinə  toxunaraq, elmi ilə insanlığa faydalı  olan bir alimin, min abiddən daha üstün olduğunu söyləmişdir. Məhəmməd Baqir (Allah ondan razı  olsun!) iyirmi ilə yaxın imamət vəzifəsini daşıdı. 733-cü ildə Mədinədə dünyasını dəyişən böyük imam Bəqi qəbristanlığında dəfn edilib. 
İmamın hikmətli sözlərindən:
- Bir şəxsin səni nə qədər sevdiyini başa düşmək istəyirsənsə, sənin onu nə qədər sevdiyinə  diqqət yetir. Sən onu nə qədər sevisənsə,  o da səni o qədər sevir. 
- Bir şəxsin qəlbində nə qədər kibr varsa, ağlında bir o qədər nöqsan var. 
- Dünyada insana ən yaxşı köməkçi, din qardaşlarına yaxşılıq etməkdir. 
 Hazırladı: Məmmədov Dilavər

/AzeriMuslims/




136 dəfə oxunub

İstifadəçi şərhləri


dadas bala 14-07-2010 , 23:38
ela
Əsil peyğəmbər nəvəsi!
Ona layiq olan sözlər, səhabələrə hörmət və elm!
Bizə bax, bu lazımdır!

Məhəmmədəmin 14-07-2010 , 22:19
İmamın (ə) səcdədə etdiyi dualarından...
“Ey Rəbbim, Sən müqəddəssən. Sən mənim həqiqi Rəbbimsən. Ey Rəbbim, Sənin qarşında qulun və kölən olaraq səcdə edirəm. İlahi, heç şübhəsiz ki, mənim yaxşı əməlim azdır, Sən onun savabını artır! İlahi, bəndələrini məhşərə topladığın gün mənə əzabından nicat ver və tövbəmi qəbul et. Sən həqiqətən də tövbələri qəbul edən və mərhəmət sahibisən!”

Məhəmmədəmin 14-07-2010 , 22:13
İmamın (ə) heybəti barəsində
Qətadə ibn Duamə əl-Bəsri İmam Baqirə (ə) deyir: “Mən fəqihlərin, hətta İbn Abbasın qarşısında belə oturduğum zaman qəlbimdən heç bir iztirab hissi keçirmədim. Amma sənin qarşında isə oturduğum zaman qəlbim titrəməyə başlayır”. (Kəşf əl-Ğummə: S.221)


Share |


Şərh əlavə et

Müəllif    
Mövzu





 

çap versiyası     göndər     yuxarı

 
Vote For Us!
© 2005-2006 by AzeriMuslims TEAM. All right reserved.
Design © 2006 by AzeriMuslims. All right reserved.