AzeriMuslims.com

AZERUS
GOAdvertise with Us

Ana səhifə
Xəbərlər
Məqalələr
Yüklə
Sual-Cavab
Forum
Quran
Kim-Kimdir yeni
Linklər
 
Namaz vaxtı: 09-09-2010
Sübh05:43
İşraq07:15
Zöhr13:38
Əsr17:14
Məğrib20:00
İşa21:28
 

Günün sualı
Ramazanın son 10 günü sizin üçün nə deməkdir?
Bu ayda günahlardan təmizlənməyim üçün son fürsətdir
Heç bir fərq görmürəm
Bacardığım qədər gecələri ibadətlə keçirməyə çalışıram
Bu gecələrdən lazımınca istifadə edə bilmirəm

Sualların arxivi


  
Email:

  


  “İslam Qərbdə böyüyən ən böyük dindir”
13-07-2010


Tanınmış jurnalist Yvon Ridli ilə müsahibə.

Jurnalist, akademik, ictimai fəal, yazıçı və hüquq müdafiəçisi olan 41 yaşlı ingiltərəli jurnalist “Sandi Tayms”, “Observer”, “Deyli Mirror”, “İndependent” və “Sandi Ekspress” kimi nüfuzlu qəzetlərdə işləyib. Bununla yanaşı, o, peşəkar jurnalistika karyerası boyu “Bi-Bi-Si” və “Si-En-En” kimi telekanallarda Yaxın Şərq mövzulu proqramların aparıcısı və şərhçisi kimi də fəaliyyət göstərib.
2001-ci ilin sentyabr ayında jurnalist olduğunu gizli saxlayaraq və “burka” (niqab) geyinərək, Əfqanıstana gedən və burada Taliban döyüşçüləri tərəfindən saxlanılan Ridlinin əsirlikdə keçirtdiyi 10 gün onun həyatında yeni bir səhifə açır. Əsirlikdə olduğu zaman Taliban döyüşçülərinin ona qarşı heç bir psixoloji və fiziki təzyiq göstərməyidini deyən xanım Ridli sərbəst buraxılması müqabilində İslam dinini və Quranı doğru-dürüst bir şəkildə araşdıracağına söz verir. Uzun müddət davam edən araşdırmalardan sonra isə o, İslamı qəbul edib. Y.Ridli “Cənnətə bilet” adlı kitabın müəllifidir. Aşağıda sizə onunla müsahibəni təqdim edirik.

Peşəkar fəaliyyətinizdə nə işlə məşğulsunuz?
Hazırda “Press TV” telekanalında siyasi mövzuların müzakirə olunduğu proqramın aparıcısıyam. Bununla yanaşı, siyasi-analitik məqalələr qələmə alır, bununla yanaşı, müsəlmanları maraqlandıran məsələləri işıqlandırmağa çalışıram. Son dövrlərdə Əfqanıstanın Cəlalabad şəhərində qızlar üçün kitabxana layihəsini başlatmışam. Ötən il təsisçisi olduğum kinostudiyada da bir sıra filmlərin araya ərsəyə gətirilməsi üçün çalışıram. Həmçinin, insan hüquqlarının müdafiəsi işi ilə də məşğul olur və bu çərçivədə dünyanın müxtəlif ölkələrində mühazirə, seminar və konfranslar təşkil edirəm. “Müharibəyə son qoyun” koalisiyasının həqiqi üzvüyəm və imperialist qüvvələrin bəşəriyyətə sülh və demokratiya gətirə bilməyəcəyindən əminəm.

2002-ci ildə gizlincə Əfqanıstana getməyinizin səbəbləri barədə nə deyə bilərsiniz?
Mən Əfqanıstana yaxınlaşan müharibədən əvvəl ört-basdır edilməyə və gizlədilməyə çalışılan vəziyyəti, eləcə də əfqan xalqının ümidlərini, qorxularını və narahatlığını ortaya çıxarmaq, bununla bağlı reportaj hazırlamaq üçün getdim. 2001-ci il, sentyabr ayının 26-ı idi. “Sandi Ekspress”dəki bu vəzifəyə təyin olunmağım qəfil baş verdi. Mən iki gün sonra Taliban döyüşçüləri tərəfindən ölkəyə şübhəli bir şəkildə casusluq şübhəsi ilə və qeyri-qanuni olaraq, pasportsuz və vizasız daxil olmaqda ittiham olunaraq, saxlanıldım. Bu, həyatımın dəqiqələr içərisində dəyişməsi demək idi, ancaq o zaman həyatımın nə qədər dəyişdiyinə və bunun necə bir təcrübə olduğunu təsəvvür belə etmirdim.
 
Talibana əsir düşdükdən sonra nə baş verdi?
Əsirlikdə qaldığım 10 gün ərzində çox qorxdum. Mən Buş və Bleyer tərəfindən aparılan təbliğatın həqiqət olduğunu, Talibanın şeytan, dünyadakı ən qəddar, ən vəhşi rejimə sahib olan, qadınlardan nifrət edən və buna bənzər xüsusları qabarıq olan hərəkat olduğunu zənn edirdim. Onların mənə işkəncə edəciyini, daha sonra isə edam ediləcəyimi güman edirdim. Nəzarətçinin mənimlə olduqca mülayim davranmasına rəğmən çox qorxurdum. Ancaq burada Qərb və Şərq mədəniyyətinin nə qədər fərqli olduğunu öyrəndim. Əsir düşənə qədər Talibanın etdiyi hər bir hərəkəti yanlış şərh edirdim. Məsələn, onların etibarsız olduğunu və öldürüləcəyimi hesab edirdim. Bütün bunlar mənim qərbliliyimdən qaynaqlanan təkəbbürlülüyümdən və cahilliyimdən irəli gəlirdi.

Ölüm cəzasını eşitdiyiniz zaman hansı hissləri keçirtdiniz?
Düzünü desəm, həmişə narahat idim. Ancaq qısa müddət ərzində öldürülmək qorxusuna qalib gələ bildim və bununla üzləşməli olduğumu dərk etdim. Bu fikri qəbul edə bilmək məni çox təəccübləndirirdi.

Sərbəst buraxılmağınız haqqında danışa bilərsinizmi?
Həbsxanada olarkən bir şəxs məni İslama dəvət etdi. Mən isə ona belə bir mühüm və həyatımı dəyişdirəcək qərarı həbsxanda qəbul etməyimin qeyri-mümkün olduğunu, lakin buradan sərbəst buraxılacağım təqdirdə Londona qayıtdıqda Quranı oxuyacağıma və İslamı araşdıracağıma dair söz verdim. Əslində, əsirlikdən xilas olmaq üçün orada əfqanlara hər barədə söz verərdim və sərbəst buraxıldıqdan sonra verdiyim sözün üstündə durardım. Mən, Quranı oxuyacağıma və İslamı doğru-dürüst şəkildə araşdıracağıma dair söz verdikdən sonra sərbəst buraxıldım. Sonra isə Quranı oxudum. Bu, mənim həyatımı dəyişdirdi. Özümü yenidən tapdım.

Əfqanıstana getməzdən əvvəl İslamla maraqlanmışdınızmı?
İslamla ilk tanışlığım 1978-ci ildə İstanbul səfərinə təsadüf edir. Həmin zaman mən çox gözəl əl işi olan üzərində Qurandan bir ayə olan qızıl satın almışdım. İslamın primitiv və müsəlman kişilərinin bir çox arvadı və cariyəsi ilə qarışmış bir din olduğunu hesab edirdim.

Sizcə, İraq və Əfqanıstana edilən hücumların arxasındakı əsas məqsəd nədən ibarətdir?
ABŞ-ın rəhbərliyi altında olan hər iki ölkəyə qarşı hücum da imperialist xarakterlidir. Fikrimcə, İraq zorakılığa doğru yol alır, Əfqanıstanı ələ keçirmək isə heç bir zaman mümkün olmayacaqdır.

Qlobal mənada haqsızlıqlar və qeyri-bərabərlikləri doğuran səbəblər nələrdir?
Bugün terrora qarşı müharibə bir çox ədalətsiz prinsipləri, qərb kapitalizmi isə bizə zəngin və kasıb arasındakı uçurumu və fərqliliyi gətirdi. Dövrümüzdə, acgözlülük anlayışı ucbatından Amerika köklük ilə mübarizə apardığı bir zamanda dünyanın digər tərəfində insanlar aclıq və lazımi qədər qidalanmamalarından dolayı həyatlarını itirirlər.

Sizcə, İslam dünyası müharibələrə, haqsızlığa, zülmə və qeyri-bərabər münasibətlərə qarşı söz demək haqqına sahibdirmi?
Müsəlman dünyasında bir neçə lider istisna olmaqla əksəriyyəti haqsızlıqlara qarşı ayağa qalxmaq və Amerika imperializminə qarşı çıxmaq məsələsində zəiflik nümayiş etdirir. Haqsızlığa və İsrailin Fələstin xalqına qarşı alçaq siyasətinə qarşı çıxan, bunların qarşısında sağlam və qüvvətli bir şəkildə dayanan cəmi bir neçə lider vardır. Bu liderlər Amerika imperializminə boyun əyməyəcəklərini və hər istənilənə “Baş üstə” deyə cavab verməyəcəklərini göstərdilər.

İngiltərədəki müsəlmanların fəaliyyətlərindən bəhs edə bilərsinizmi?
Ultramühafizəkar sekulyarların İslama birbaşa qarşı çıxmalarına və tənqid etmələrinə rəğmən, İslam istər İngiltərədə, istərsə də digər Avropa ölkələrində böyüyür və bu proses davam edəcəkdir. Mənim kimi doğruluq və ədalət məfhumları vasitəsilə İslam dinini qəbul etmiş insanların varlığından dolayı İslam Qərbdə böyüyən ən böyük dindir.
/timeturk/ 
Tərcümə etdi: Anar Rüstəmov

/AzeriMuslims/







183 dəfə oxunub

İstifadəçi şərhləri


f u a d 20-07-2010 , 16:31

tkank

Omerli_ALi 20-07-2010 , 00:10

Rabb ve edalet ucun cihad eden qardaw bacilara Cennet-i firdefs uzlerine aciq olsun.

Ağa 13-07-2010 , 19:58
Buyur Mənim Babam
Allah razı olsun! İndi siz deyin; bunlar terrorisdirlərmi?
İnsafı olan kəs, özü qəlbində bu suala cavab versin.


Share |


Şərh əlavə et

Müəllif    
Mövzu





 

çap versiyası     göndər     yuxarı

 
Vote For Us!
© 2005-2006 by AzeriMuslims TEAM. All right reserved.
Design © 2006 by AzeriMuslims. All right reserved.