AzeriMuslims.com

AZERUS
GOAdvertise with Us

Ana səhifə
Xəbərlər
Məqalələr
Yüklə
Sual-Cavab
Forum
Quran
Kim-Kimdir yeni
Linklər
 
Namaz vaxtı: 09-09-2010
Sübh05:43
İşraq07:15
Zöhr13:38
Əsr17:14
Məğrib20:00
İşa21:28
 

Günün sualı
Ramazanın son 10 günü sizin üçün nə deməkdir?
Bu ayda günahlardan təmizlənməyim üçün son fürsətdir
Heç bir fərq görmürəm
Bacardığım qədər gecələri ibadətlə keçirməyə çalışıram
Bu gecələrdən lazımınca istifadə edə bilmirəm

Sualların arxivi


  
Email:

  


  Düşmənlərin oyununa gəlməyək!
13-07-2010


Düşmənlərin oyununa gəlməyək!

Olduqca mühüm prinsiplərdən biri də özümüzü düşmənlərin tələsindən, oyunundan qorumaqdır. Qarı düşmən tarix boyu özünün hiylə və oyunu ilə ümməti parçalamaq, onun səflərini bölmək üçün əlləşmişdir. O, istəmir ki, müsəlmanlar ümumi qayə, ümumi məqsəd üçün bir araya gəlsinlər.


İslam dünyasını və başqalarının torpaqlarını müstəmləkə altına salmağa başladıqları andan etibarən onların siyasi-ideoloji fəlsəfələri belə səslənirdi: parçala və hökm sür! Bu ifadə düşmənlərin qayəsini bütün aydınlığı ilə üzə çıxarır. Düşmən istəyir ki, səflərimizi parçalamaqla asan şəkildə bizə ağalıq etsin.

Məlumdur ki, birlik gücdür, daha doğrusu, birlik aza güc qazandırar. Dağınıqlıq isə çoxluğu zəiflədər, heydən salar.

İslam ümmətinin düşmənləri o zaman qələbə çaldılar ki, həmin vaxt müsəlmanların bayraqları bir-birindən fərqli olub səfləri də bölünmüşdü; rəhbərlikləri ayrılmış, araya ixtilaf, çəkişmə düşmüşdü. Bununla da müsəlmanlar düşmənə imkan verdilər ki, zəhərini onlara yeritsin və nəticədə onlar da bir-birlərinə tələ qursunlar, bir-birlərinin pisliyinə susasınlar. Məgər Allah və peyğəmbəri (Ona xeyir-dua və salam olsun!) bu məqamda müsəlmanları xəbərdar etməmişdilər:

- “...Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz...” (əl-Ənfal, 46).

- “İxtilafa varmayın! Çünki sizdən əvvəlkilər ixtilafa düşərək cəhənnəmi qazandılar!”[1]

Müsəlmanların birliyi yadları əsəbiləşdirdiyi halda, dağınıqlığı və parçalanmaları onları sevindirir.

Düşmən görsə ki, müsəlmanlar bir hədəf, bir əqidə, bir rəhbərlik uğrunda birləşiblər, o saat özünü pis hiss edər, qəlbi hiddətdən alışıb-yanar; hər cür vasitə ilə müsəlmanları vəhdətdən dağınıqlığa, qardaşlıqdan ədavətə sürükləməyə çalışar.

Bu cür hallara hələ Peyğəmbərin zamanında rast gəlinmişdi. Belə ki, Şas ibn Qeys kimi bəzi yəhudilər görəndə ki, Övs və Xəzrəc qəbilələri arasında ədavət sona yetib, islam əqidəsi və qardaşlığı onları birləşdirib, ədavət dostluqla, müharibələr əmin-amanlıqla əvəz edilib və bu iki qəbilə keçmişdə öz aralarında olanları unudublar, – bu, onların şanına toxundu. Şas qərara gəldi ki, keçmiş düşmənliklərini onlara xatırlatsın. Döyüş zamanı hər iki qəbilənin şairlərinin bir-birlərinə əleyhinə söylədikləri şerləri onların yanında oxumağa başladı. Bu minvalla onları toruna saldı: cahiliyyə nifrəti tərəfləri bürüdü. Övslülər: “Hazırlaş, ey Övs!”, xəzrəclilər isə: “Hazırlaş, ey Xəzrəc!” – deyə bağırışmağa başladılar. Hamı: “Silah başına!” – deyə qışqırırdı. Xəbər Peyğəmbərə (Ona Allahın salamı və xeyir-duası olsun!) çatanda, onların yanına tələsdi. Hər iki tərəfə səsləndi: “Mən sizin aranızda ola-ola yenidən cahiliyyə adətlərinəmi qayıtmaq istəyirsiniz? Bu adətləri bir kənara qoyun və bilin ki, onlar artıq çürümüşdür!” Peyğəmbər daha sonra onlara Allahı xatırlatdı, Quran oxudu. Övslülər və xəzrəclilər də peşman olaraq ağladılar, tövbə etdilər, bir-birlərini bağırlarına basdılar. Bildilər ki, şeytan onları azdırmaq istəmişdir[2].

Bu hadisədən sonra Allah ardıcıllıqla aşağıdakı ayələri endirdi: 

 “Ey möminlər! Əgər siz kitab əhli olanlardan bir dəstəyə (yəhudilərə) uyarsınızsa, onlar sizi iman gətirəndən sonra döndərib kafir edərlər.

Sizə Allahın hökmləri oxunduğu və Onun Peyğəmbəri aranızda olduğu halda, siz necə kafir ola bilərsiniz? Allaha (Onun dininə) sığınan şəxs, şübhəsiz ki, doğru yola yönəldilmişdir.

Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün!

Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən. O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!”  (Ali-İmran, 100-103).

Birinci ayədəki “...sizi iman gətirəndən sonra döndərib kafir edərlər” təbiri o deməkdir ki: “Ey övslü və xəzrəclilər! Yəhudilər sizi birləşdikdən sonra parçalayar, qardaş olduqdan sonra isə bir-birinizə düşmən edərlər”.

İkinci ayədəki “...siz necə kafir ola bilərsiniz?” cümləsi isə “...siz necə parçalana bilərsiniz?” deməkdir.

Övs və Xəzrəc qəbilələrini bir-biri ilə vuruşdurmağa cəhd göstərən yəhudi Şas ibn Qeys kimilər başqa adlarla indi də mövcuddurlar. Ancaq yenə də onların hədəfi, məqsədi olduğu kimi qalıb: müsəlmanlara tələ qurmaq, onları bir-birinə qarşı qızışdırmaq və nifrət etdirmək!

Onlar ikili oyun oynayaraq, hər bir yarıqdan içəri sızmağa çalışırlar ki, müsəlmanları rəzil formada parçalamaqla pərən-pərən salsınlar.

Onlar bəzən dinlərin müxtəlifliyi məsələsinə burunlarını soxur, müsəlman-xristian problemindən danışırlar. Bu hala daha çox Misirdə rast gəlinir.

Bir də görürsən ki, bu bədxahlar irq məsələsinə qarışır, İraqda ərəb-kürd, Əlcəzair və Mərakeşdə isə ərəb-bərbər ayrı-seçkiliyinin olması barədə dünyaya car çəkirlər.

Ya da məzhəb müxtəlifliyindən ikiəlli yapışaraq, müsəlmanların arasında məzhəb ixtilaflarını qızışdırırlar. İraq və Livanda “sünni-şiə”, Omanda isə “sünni-ibazi” söhbəti edirlər.

Ancaq əllərinə yuxarıdakılardan bir şey keçmədikdə millətçi və islamçı, sağçı və solçu, inqilabçı və liberal... kimi problemləri gündəmə gətirirlər.

Ancaq diqqətli müşahidəçi sezir ki, son vaxtlar onlar müsəlmanların məzhəb ixtilaflarına daha çox əhəmiyyət verirlər. Bu insanlar qurunu da, yaşı da yandıran dini hərc-mərclik alovunu körükləməyi “ürəkdən” arzulayır, sünnilərlə şiələr arasında vətəndaş müharibəsinin alovlanmasını istəyirlər. İraq-İran müharibəsində millətçilik – ərəb-fars zəmini üstünlük təşkil etsə də onlar müharibəni sünni-şiə müharibəsi kimi görməyi arzulayırdılar. Bu bədxahlar istəyirdilər ki, hamı bir-biri ilə vuruşsun və onlar da kənarda oturub tamaşa etsinlər. Bəli, tərəflər bir-birinin ətini yediyi müddətcə onlar şadyanalıqla hakim ola biləcəkdilər. Ancaq Allah bu məqamda gözəl deyib: “...Onlar hiylə qururlar. Allah da (onların bu hiyləsinə qarşı) tədbir tökər. Allah tədbir tökənlərin ən yaxşısıdır!” (əl-Ənfal, 30).

Müsəlmanlar arasında hər nə qədər fikir ayrılığı olsa da, bu, əməli çəkişməyə çevrilməməlidir. Allahın rəsulu (Ona xeyir-dua və salam olsun!) məhz bu məsələdə müsəlmanları dönə-dönə xəbərdar etmişdir. Belə ki, o, “Vida” xütbəsini söyləyərkən müsəlmanlara səslənmişdi: “Məndən sonra, bir-birinin boynunu vuran kafirlər kimi olmayın!”[3]

Müsəlman ümməti düşmənlərinə qarşı tək yumruq kimi olmalıdır. Hədisdə deyildiyi kimi: “Müsəlmanlar o kəslərdir ki, himayələri altına hamı can atar. Onlar digər insanların üzərində himayədar əl kimidirlər”[4].

Ən böyük bəlalardan biri – müsəlmanların öz aralarındakı yamanlığın, ədavətin güclü olmasıdır. Allah təala keçmiş dövr yəhudilərini də bu baxımdan belə təsvir edir:

“...Onların öz aralarındakı vuruşmaları (və düşmənçilikləri) isə çox güclüdür. (Ya Peyğəmbər!) Sən onların əlbir olduqlarını güman edirsən, lakin onların qəlbləri dağınıqdır...” (əl-Həşr, 14).

Millətlər və xalqlar üçün ilahi qanunauyğunluqlardan biri də bir qövmün digər qövmə öz zorunu daddırmasıdır. Allah bu barədə buyurur:

“De: “Allah başınızın üstündən və ayaqlarınızın altından (göydən və yerdən) sizə əzab göndərməyə, sizi dəstələr halında qarışdırmağa və birinizə digərinizin zorunu daddırmağa qadirdir!” (əl-Ənam, 65).

Bu gün ümmətin bütün firqələrinin, məzhəblərinin, cərəyanlarının, məktəblərinin, xalqlarının... oyanması, özlərini hesaba çəkməsi, dostlarını düşmənlərindən ayırd etməsi üçün iş aparılmalıdır. Xüsusilə də İraq müharibəsindən sonra Amerikanın yeganə gücə çevrilib ağayana davrandığı bir dövrdə bu, olduqca mühümdür.

Bəli, azğın güclərə qarşı zəiflərin, “Biz sizin uca rəbbinizik!” – deyən yeni fironlara qarşı isə möminlərin birləşməsinin vaxtı artıq çatıb.

Məqalə Şeyx Yusif əl-Qərdavinin “Məzhəblərarası problemlə: həlli yolları və 10 prinsip” kitabından tərcümə edilmişdir.

Tərcümə edən: Məmmədov Elvüsal Nurullah oğlu

/Azerimuslims/

[1] Hədisi İbn Məs`uda istinadən Buxari (“Came əs-Səhih” kitabı, “Ədavət” fəsli, 2410) və İmam Əhməd (“əl-Müsnəd”, 3724) rəvayət etmişlər.

[2] Bax: İbn Hişam. Peyğəmbərin həyatı, III cild, səh., 94; İbn Kəsir. Əzəmətli Quranın təfsiri, I cild, səh., 514.

[3] Hədisi Buxari (“Came əs-Səhih” kitabı, “Elm” fəsli, 121, Cərir ibn Abdullah əl-Bəcliyə istinadən), Müslim (“Came əs-Səhih” kitabı, “İman” fəsli, 65), İmam Əhməd (“əl-Müsnəd”, 19167), Nəsai (“əs-Sünən” kitabı, “Qantökmənin haram olması” fəsli, 4131) və İbn Macə (“əs-Sünən” kitabı, “Hərc-mərclik” fəsli, 3942) rəvayət etmişlər.

[4] Hədisi İmam Əhməd (“əl-Müsnəd”, 6692; Abdullah ibn Əmrə istinadən; hədisi qeydə alanlara görə, o mötəbərdir, istinadı isə “həsən”dir), Əbu Davud (“əs-Sünən” kitabı, “Cihad” fəsli, 2751) və İbn əbu Şeybə (“əl-Müsənnəf” kitabı, “Qanbahası” fəsli, 5/495) rəvayət etmişlər.


159 dəfə oxunub

İstifadəçi şərhləri


Uca 13-07-2010 , 19:16
@@@
Allah razi olsun sizden qardaslar!


Share |


Şərh əlavə et

Müəllif    
Mövzu





 

çap versiyası     göndər     yuxarı

 
Vote For Us!
© 2005-2006 by AzeriMuslims TEAM. All right reserved.
Design © 2006 by AzeriMuslims. All right reserved.