
Azərbaycanda hava bu həftə yumşalacaq.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya departamentinin direktoru Umeyra Tağıyeva bazar ertəsi Trend News- a bildirib.
Onun sözlərinə əsasən, ölkə rayonlarında azacıq qar yağması istisna edilmir. Aran rayonlarında havanın temperaturu gecə mənfi 3-8 dərəcə, gündüz 3-6 dərəcəyə kimi artacaq. Dağlıq yerlərdə havanın temperaturu gecə mənfi 10-15 dərəcə, gündüz mənfi 3 dərəcədən müsbət 2 dərəcəyə kimi təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında yaxın günlərdə hava, əsasən, yağıntısız keçəcək, ancaq şimal küləyi üstünlük təşkil edəcək. Gecə temperatur 2-5 dərəcə şaxta təşkil edəcək, temperaturun gündüz 3-6 dərəcəyə kimi qalxması gözlənilir.
/Trend News/
/AzeriMuslims/
71 dəfə oxunub
İstifadəçi şərhləri
çap versiyası
göndər
yuxarı