AzeriMuslims.com

AZERUS
GOAdvertise with Us

Ana səhifə
Xəbərlər
Məqalələr
Yüklə
Sual-Cavab
Forum
Quran
Kim-Kimdir yeni
Linklər
 
Namaz vaxtı: 10-09-2010
Sübh05:44
İşraq07:16
Zöhr13:38
Əsr17:13
Məğrib19:59
İşa21:27
 

Günün sualı
Ramazanın son 10 günü sizin üçün nə deməkdir?
Bu ayda günahlardan təmizlənməyim üçün son fürsətdir
Heç bir fərq görmürəm
Bacardığım qədər gecələri ibadətlə keçirməyə çalışıram
Bu gecələrdən lazımınca istifadə edə bilmirəm

Sualların arxivi


  
Email:

  


  “Elmi lovğalanmaq, ya da başqaları ilə mübahisə etmək üçün öyrənməyin və mötədil olun” – Yusif əl-Qərdavi
08-02-2010


Qətərin paytaxtı Dohada Şeyx Yusif əl-Qərdavinin tələbələrinin konfransı öz işinə başlayıb.


“Qərdavinin tələbələrinin ilk elmi görüşü” adlı konfransda islam dünyasından bir çox mütəfəkkir, yazıçı və dəvətçi iştirak edir. Bir həftə davam edəcək konfransda İsam əl-Bəşir, Salman əl-Övdə, Tariq Süveydan, Salman ən-Nədvi, Məhəmməd Muxtar əş-Şanqiti və Raşid Qənnuşi kimi tanınmış mütəfəkkir və dəvətçilər də iştirak edirlər.

Toplantının açılış mərasimində çıxış edən sudanlı alim İsam əl-Bəşir Qərdavinin heç bir mübaliğəsiz əsrin alimi, ümmətin fəqihi və dəvətçilərin lideri olduğunu bildirib. Əl-Bəşirdən sonra söz alan tanınmış səudiyyəli dəvətçi Salman əl-Övdə Qərdavinin son iki əsrdə ümmətin bütün problemləri mövzusuna dair kitab qələmə almış mühüm alimlərindən biri olduğunu qeyd edib. Daha sonra tələbələri qarşısında çıxış edən Qərdavi tələbələrinə bəzi tövsiyələr verib.

“Mən nəfsimi sizdən daha yaxşı tanıyıram. Tərifli sözləriniz məni qürurlandırmır. Məni yaradan Allahdır. Mən sizdən daha məlumatlı və Allaha ən yaxınınız olduğumu da iddia etmirəm. Əksər hallarda tələbələr müəllimlərindən daha elmli ola bilirlər. Biz burada ümmətin problemlərini və sıxıntılarını müzakirə etmək üçün toplaşmışıq. Mənim bugünə qədər izlədiyim bir metod olub. Siz də həmin metodu təkmilləşdirib izləyə bilərsiniz. Mən bu metodumu “mötədillik” adlandırıram. Bugün dünya sürətlə dəyişir. Bu səbəbdən bir sıra məsələlərdə yeniliyə ehtyac vardır. Buna görə təfsir, hədis üsulu, fiqh üsulu və ərəb dili üzərində iş aparılmalı, müasir dövrün tələblərinə uyğun izahlar gətirilməlidir. Sonda sizə bir tövsiyəm var: elmi lovğalanmaq yaxud başqaları ilə mübahisə etmək üçün öyrənməyin və mötədil olun. Məqsədiniz ümmətin islahı və İslam mədəniyyətinin yenidən dünyanı zinətləndirməsi olmalıdır”, - deyə alim çıxışında bildirib.

/timeturk/

/AzeriMuslims/

104 dəfə oxunub

İstifadəçi şərhləri


M-Brothers 08-02-2010 , 22:42

Amin a Dost. Bu gözəl alimin metodunu butun heyatımıza tetbiq ede bilsek ne xoşbext olardıq. Teessuf ki bele alimlerimizin sayi azdir. Allah islam ummetine daha bir neçe bele alim hediyye etsin

dost 08-02-2010 , 17:27

Allah bizləri bu alinmin elmindən və dəyərli tövsiyyələrindən layiqincə faydalandırsın. Həqiqətən Qərdavi çox bərəkətli bir alimdir


Share |


Şərh əlavə et

Müəllif    
Mövzu





 

çap versiyası     göndər     yuxarı

 
Vote For Us!
© 2005-2006 by AzeriMuslims TEAM. All right reserved.
Design © 2006 by AzeriMuslims. All right reserved.