
Dünya ictimaiyyətinin etirazına baxmayaraq, Misir hökuməti Qəzza ilə həmsərhəd bölgələrdə təhlükəsizlik divarının inşasını başa vurmaq üzrədir.
Mənbələrin verdiyi məlumatlara əsasən son günlərdə inşaat işlərində canlanmanın nəzərə çarpdığı bildirilib. Fələstin İnformasiya Mərkəzi məsələ ilə bağlı belə açıqlama verib: “Son bir neçə gün ərzində əraziyə polad materiallar daşıyan 45 yük maşını daxil olub. “Rəfəh” keçid məntəqəsinin şimal və cənub ərazilərində inşaat işləri başa çatmaq üzrədir. Hal-hazırda tunellərin daha çox olduğu Filadelifiya və Səlahəddin bölgələrində işlər davam etdirilir”.
Qeyd edək ki, Misir İnizibati Məhkəməsindən, polad divarların inşası, “Rəfəh” keçid məntəqəsinin bağlanılması və digər bu kimi qərarların ləğv edilməsi üçün İbrahim Yüsrinin təqdim etdiyi şikayət ərizəsinə fevral ayının 16-da baxılacağını bildiriblər.
/dunyabulteni/
/AzeriMuslims/
77 dəfə oxunub
İstifadəçi şərhləri
çap versiyası
göndər
yuxarı