
Türkiyənin İstanbul şəhərində NATO-nun Baş katibi Anders Foq Rasmussenlə İKT-nin Baş katibi Əkmələddin İhsanoğlu arasında görüş keçirilib.
Qardaş ölkənin “Si-En-En-Türk” telekanalının məlumatına görə, görüşdə NATO-nun Baş katibi İKT sədrinə “ümumi problemlərin həll edilməsi” naminə əməkdaşlıq etməyi təklif edib. İKT-nin Baş katibi isə öz növbəsində belə əlaqələrin vacibliyini qeyd edərək, alyansla əməkdaşlıq etməyə hazır olduqlarını bildirib.
Siyasi müşahidəçilər Rasmussenin bu təşəbbüsünü alyansın İslam dünyası ilə yeni əlaqələrinin qurulmasında ilk addım kimi xarakterizə edirlər.
/islamnews/
/AzeriMuslims/
72 dəfə oxunub
İstifadəçi şərhləri
çap versiyası
göndər
yuxarı