
Regionlar Partiyasının (URP) liderini seçicilərin 48,7%-i dəstəkləyib.
Dünən Ukraynada keçirilən prezident seçkilərinin ikinci turundan sonra Viktor Yanukoviçin ölkənin yeni prezidentinin olacağı güman edilir. Səsvermə ilə yanaşı, keçirilən exit-pollun nəticələrinə görə, URP lideri seçicilərin 48,7%-nin səsini toplamaqla prezidentliyə digər namizəd Yuliya Timoşenkonu qabaqlaya bilib. Ukrayna mətbuatında dərc olunan xəbərlərdə Timoşenkonun 45,5% səs topladığı, bununla da seçkilərdə məğub olduğu qeyd edilib. Həmçinin, mövzu ilə bağlı xəbərlərdə seçicilərin 5,8%-nin hər iki namizədin əleyhinə səs verdikləri də öz əksini tapıb.
Bu arada Yuliya Timoşenkonun təbliğat-təşviqat kampaniyasının üzvlərindən biri exit-polların hesablanmasında qüsurların olduğunu və seçkilərdə kimin qələbə qazandığını bəyan etmənin hələ tez olduğunu bildirib.
/dunyabulteni/
/AzeriMuslims/
90 dəfə oxunub
İstifadəçi şərhləri
çap versiyası
göndər
yuxarı