
Haitidə zəlzələdən zərər çəkənlərə tibbi yardım göstərən türkiyəli həkimlərin bir vəzifəsi də müsəlman uşaqları sünnət etməkdir.
Türkiyənin Səhiyyə Nazirliyinin əməkdaşı Əli Coşqun bu barədə yayılan məlumatı təsdiqləyərək, Haitidə zəlzələdən zərər çəkənlərə kömək etməyin peşə vəzifəsi olduğunu deyib. Nazirliyin əməkdaşı Əli Coşqun türkiyəli həkimlərin adada böyük rəğbət qazandıqlarını bildirib.
“Ada-ölkədəki səhiyyə personalımızın əsas vəzifəsi zəlzələdən zərər çəkənlərə təcili tibbi yardım göstərməkdir. Ancaq buradakı müsəlman azlığın da müəyən tələbləri olur ki, uşaqların sünnət edilməsi də buraya daxildir. Həkimlərimiz bu tələblərdən də boyun qaçırmır və müsəlman uşaqları sünnət edirlər”, - deyə Əli Coşqun qeyd edib.
Məlumat üçün bildirək ki, son statistik məlumatlara görə, yanvarın 12-i Haitidə baş verən zəlzələ nəticəsində 212 min insan həyatını itirib.
/dunyabulteni/
/azerimuslims/
84 dəfə oxunub
İstifadəçi şərhləri
çap versiyası
göndər
yuxarı