AzeriMuslims.com

AZERUS
GOAdvertise with Us

Ana səhifə
Xəbərlər
Məqalələr
Yüklə
Sual-Cavab
Forum
Quran
Kim-Kimdir yeni
Linklər
 
Namaz vaxtı: 10-09-2010
Sübh05:44
İşraq07:16
Zöhr13:38
Əsr17:13
Məğrib19:59
İşa21:27
 

Günün sualı
Ramazanın son 10 günü sizin üçün nə deməkdir?
Bu ayda günahlardan təmizlənməyim üçün son fürsətdir
Heç bir fərq görmürəm
Bacardığım qədər gecələri ibadətlə keçirməyə çalışıram
Bu gecələrdən lazımınca istifadə edə bilmirəm

Sualların arxivi


  
Email:

  


  Türkiyənin Baş naziri CXP və MXP-ni kəskin şəkildə tənqid edib
06-02-2010


Ərdoğan sözügedən partiyaları “eyni yumurtadan çıxan əkizlər” adlandırıb.


Ədalət və İnkişaf Partiyasının (ƏİP) Qadınlar Şurasının toplantısında çıxış edən Baş nazir müxalifəti kəskin tənqid edib. Çərşənbə axşamı ölkə parlamentində baş verən qalmaqala da münasibət bildirən ƏİP sədri bunun Milliyətçi Xalq Partiyasının (MXP) tarixinə qara ləkə kimi yazıldığını bildirib.

“Bugünə qədər analar heç vaxt kirli siyasətə alət edilməmişdilər. Çərşənbə axşamı Türkiyə parlamentindəki həddiaşmalar MXP-nin tarixinə qara ləkə kimi yazıldı. Parlamentdə bu ölkənin qadınlarına, analarına dil uzadacaq dərəcədə həddiaşmalar baş verdi. Peyğəmbərə dil uzatmaq, onu siyasi polemikalara alət etməyə kimin həddi çatar? Qadınları mübahisəyə cəlb edib onlara qarşı hörmətsizcəsinə davranmağa kimin həddi çatar? Nə üçün maxalifət liderləri Bülənd Arıncın parlament spikerinin müavininə xəbərdarlıq etməsini yanlış addım hesab edirlər? Baş verən gərginliyə MXP lideri Dövlət Baxçalının heç bir reaksiya nümayiş etdirməməsi isə daha dəhşətlidir. Əgər bu ölkədə xəyanətlə ittiham ediləcək bir şəxs varsa, güzgüdə özünə baxsın. MXP türk insanının müqəddəs dəyərlərinə hücum etməklə xalqdan uzaqlaşır. Bu iki müxalifət partiyası əvvəllər küçələrdə nümayiş etdirdikləri davakar üslublarını indi parlamentdə davam etdirlirlər. Mən əvvəllər Baxçalı və Baykalın “ruh əkizləri” olduğunu bildirmişdim. Ancaq artıq onlar eyni yumurtadan çıxmış əkiz kimidirlər” – deyə Ərdoğan çıxışında bildirib.

Baş nazir çıxışında parlamentdə baş verənlərə görə, MXP-nin xalq qarşısında cavab verməli olduğunu da qeyd edib.

/dunyabulteni/

/azerimuslims/

76 dəfə oxunub

İstifadəçi şərhləri


Share |


Şərh əlavə et

Müəllif    
Mövzu





 

çap versiyası     göndər     yuxarı

 
Vote For Us!
© 2005-2006 by AzeriMuslims TEAM. All right reserved.
Design © 2006 by AzeriMuslims. All right reserved.