AzeriMuslims.com

AZERUS
GOAdvertise with Us

Ana səhifə
Xəbərlər
Məqalələr
Yüklə
Sual-Cavab
Forum
Quran
Kim-Kimdir yeni
Linklər
 
Namaz vaxtı: 10-09-2010
Sübh05:44
İşraq07:16
Zöhr13:38
Əsr17:13
Məğrib19:59
İşa21:27
 

Günün sualı
Ramazanın son 10 günü sizin üçün nə deməkdir?
Bu ayda günahlardan təmizlənməyim üçün son fürsətdir
Heç bir fərq görmürəm
Bacardığım qədər gecələri ibadətlə keçirməyə çalışıram
Bu gecələrdən lazımınca istifadə edə bilmirəm

Sualların arxivi


  
Email:

  


  “Çat” söhbəti ailəni necə dağıtdı?
05-02-2010


“Çat” söhbəti ailəni necə dağıtdı?

Bu hadisəni sizə sahibinin dilindən təqdim edirik. Hekayənin bir qədər uzun olmasına baxmayaraq, diqqətlə oxumanızı tövsiyə edirik. Burada hekayə “qəhrəmanı” ailəsinin necə dağılmasından bəhs edir.


Hadisəni danışan qız deyir: “Allahın salamı və bərəkəti üzərinizə olsun, ey bacı və qardaşlarım! Budur, mənə, həqiqətən, əzab verən, təəssüfləndirən, həyatımı alt-üst edən, ailəmi dağıdan, həyat yoldaşımla yollarımızı ayıran hekayəni sizə danışıram. Mən mühafizəkar və tanınmış bir ailənin əxlaqlı və İslam tərbiyəsi ilə yetişdirilmiş qızı idim. Heç vaxt düşüncəsiz hərəkət etməmiş, əyləncə axtaran bir qız olmamışdım. Allahı qəzəbləndirəcək bir iş tutduğum da yadıma gəlmir. Mən məni sevən, mənim də onu sevdiyim, mənə həddindən artıq etibar edən çox yaxşı bir insanla evləndim... Onun ərköyün həyat yoldaşıydım. Hətta valideynlərim və bir çox qohum-əqrəbam həyat yoldaşımın məni indiyədək heç bir qızın görmədiyi dərəcədə ərköyünləşdirdiyini deyirdilər. Ərimin ondan nə isə bir şey istədiyim zaman mənə “yox” kəlməsini dediyini xatırlamıram. Ürəyim nə istəsə alıb gətirərdi.

Bir gün ona internetdən istifadə etmək istədiyimi dedim. Ərim əvvəlcə bunun yaxşı fikir olmadığını, mənim üçün münasib hesab etmədiyini dedi. Mən isə hiyləgər hərəkətlərimlə və sözlərimlə məqsədimə çatdım. Ərimə kompüter aldırdım və internetdən pis niyyətlə istifadə etməyəcəyimə söz verdim. Ərim bunu qəbul etdi (kaş, qəbul etməsəydi)...

İnternetə qoşulduqdan sonra məni əyləndirə biləcək nə var idisə sevinclə oraya daxil olurdum. Hətta vəziyyət o yerə çatmışdı ki, ərim hər gün işə gedən kimi kompüter qarşısında əyləşir, internetdə vaxt keçirirdim. Aradan bir müddət keçdikdən sonra onun evdə olduğu zamanlarda belə kompüter qarşısında vaxtımı keçirməyə başladım. Ancaq ərim məndən nə iş gördüyümü soruşmurdu, çünki mənə etibar edirdi. Beləcə günlər keçirdi. Bir gün internetdən istifadə edən bir rəfiqəm mənə “çat” proqramından danışdı. “Çat çox əyləncəlidir. İnsanlar bu proqramda bir-biriləri ilə ünsiyyət qurur, danışırlar. Vaxtın necə keçdiyini hiss eləmirsən”, - dedi. Rəfiqəmin şirnikləndirici sözlərindən sonra “çat”a daxil oldum – kaş olmayaydım...

Mən çatda yalnız ötəri söhbətlərlə aldanacağını, kiminləsə bir müddətliyinə ünsiyyət quracağımı zənn edirdim. Ancaq bu proqrama daxil olduqdan sonra heç də düşündüyüm kimi omadı. Çatda bir oğlanla tanış oldum. Hər gün onunla virtual şəkildə görüşür və söhbət edirdik. Tanış olduğum oğlan mənə öz yüksək əxlaqı ilə digərlərindən fərqli bir təsir bağışlayırdı. Çatda daha əvvəl ünsiyyət qurduğum insanlardan onun kimisinə rast gəlməmişdim. Ərimi daha əvvəl heç kimi sevmədiyim qədər sevməyimə baxmayaraq, saatlarla çatda vaxt keçirir və tanış olduğum oğlanla danışırdım. Ərim həmişə evə gəldikdə məni kompüterin qarşısında tapır, internetdə bu qədər vaxt keçirməyimə hirslənirdi. Mən isə bir insanı bəyənmişdim və onunla yalnız onu bəyəndiyim üçün danışırdım. Günlər keçdi və bu bəyənmə sevgiyə çevrildi. Çatdakı tanışıma ərimdən daha çox bağlandım. Artıq həyat yoldaşımın əsəbindən “qaçıb” çatda onunla söhbətimə davam edirdim...

Bir dəfə yenə həyat yoldaşımla mübahisə etdiyim zaman özümü ələ ala bilmədim və onunla dalaşdım. Bundan sonra o, internet abunəliyini ləğv etdi və kompüteri apardı. Mən ərimə qəzəblənmişdim. Çünki ilk dəfə idi ki, mənə qarşı belə rəftar edirdi. Onu daha da əsəbləşdirmək üçün çatda danışdığım adamla telefonla əlaqə saxlamaq qərarına gəldim. Çatdakı tanışım əvvəllər onunla danışmağım üçün mənə yalvarmasına baxmayaraq, bunu qəbul etmirdim, indi isə... Bir gün ona zəng etdim, danışdıq. Elə bu andan etibarən ərimə olan xəyanətim başladı.

Hər səhər həyat yoldaşım işə getdiyi zaman oğlana zəng edir, danışırdım. Yeni sevgilim mənə ərimdən ayrılacağım təqdirdə evlənməyi vəd edir və onunla görüşməyim üçün çox yalvarırdı. Onun istəklərinin arxasınca sürükləndim və oğlanla görüşdüm. Görüşlərimiz bir qadının ərinə xəyanət etdiyi zaman yol verə biləcəyi ən böyük günaha düşənə qədər davam etdi; aramızda intim münasibət baş verdi. Çatda tanış olduğum insanı sevmişdim. Ərimdən boşanmaq qərarına gəldim. Ona: “Səndən boşanmaq istəyirəm”, - dediyim zaman o: “nə üçün?” - deyə soruşdu. Aramızda problemlər çoxalmışdı və mən artıq dözə bilmirdim. Artıq ərimi xoşlamırdım.

Ərim onu başqası ilə aldatdığımdan şübhələnmişdi və məsələnin iç üzünü araşdırırdı. Bir dəfə telefonda biri ilə danışdığımı başa düşdü. Ona həqiqəti açıb söylədim. Bütün bunların müqabilində ərimin mənə xoş münasibət göstərməsinə baxmayaraq, onu istəmədiyimi, artıq onunla yaşamaqdan xoşlanmadığımı dedim. Ərim isə bu vəziyyəti hamıya “ağ” eləmədi. O: “Səni sevirəm, ancaq evliliyi davam etdirə bilmərəm. Allah sənin və bizim günahlarımızı bağışlasın. Ailənə mənimlə yaşamaq istəmədiyini, bir-birimizə uyğun olmadığımızı başa düşdüyünü deyərsən”, - dedi. Halbuki, ərimin xoşlamadığı yeganə şey internetdən qaynaqlanan adi problem idi. Mənə qarşı heç vaxt kobud rəftar etməmişdi, heç bir qüsuru da yox idi. Yalnız interneti evdə istəmədiyini demişdi. Mən isə kor idim və hər şeyi ancaq iş-işdən keçdikdən sonra başa düşə bildim; internetdə tanış olduğum gəncin sözləri mənim ərimdən ayrılmağıma səbəb olmuşdu.

Yeni sevgilim mənə: “Səndən başqasından xoşlanmadım. Həyatımda səndən daha şirin bir qızla tanış olmadım. Sən həyatımda gördüyüm ən yaxşı insansan”, - deyirdi. Ancaq sonda bu xainin sözlərinin məni ildırım kimi vuracağını haradan biləcəkdim? Ərimdən boşandıqdan sonra o: “Əgər evlənsəm əsla tanımadığım, yaxud çatda tanış olduğum bir şəxslə evlənmərəm. Tanış olduğum şəxs sənin kimi yaşı çox və ağılsız biridirsə, heç evlənmərəm... Bir qızı sevsəm və bu qız çatda tanış olduğum və evlənməyi düşündüyüm bir insan belə olsa, yeniyetmə olanına üstünlük verər, onunla tanış olar və onu istədiyim kimi istiqamətləndirərəm. Ancaq sənin kimi evli olduğu halda ərinə xəyanət edən biriylə əsla!!!”

İndi çaşqınam, nə edəcəyimi bilmirəm. İntihar etməyi belə fikirləşirəm. Bəlkə siz bu sətirləri oxuduğunuz zaman mən artıq həyatda olmayacam. Bəlkə də Allah mənə doğru yolu göstərib qaranlıq yoldan uzaqlaşdıracaqdır. Allaha əmanət olun!”

İmza: Dərya

Tərcümə etdi: Anar Rüstəmov

/AzeriMuslims/

472 dəfə oxunub

İstifadəçi şərhləri


Mehman 25-03-2010 , 15:07
Zina
Dashgalagh edilsin. Bashga yolu yoxdur! Bu Allah ve Resulunun emridir! Dashgalag!!!

Paşa 17-03-2010 , 00:26
Bilə-bilə oda atdanmaq
Allah hamının günahından keçsin

amr 24-02-2010 , 14:27

salam aleykum . gardashlar her halda dash galag edilerek oldurulme halina peygambers.a.s. uzgunlukl;e yanashsaydi dash galagi legv ederdi . niya bu gadinin terefini bele tutrsuz .eger bele sheylerin garshisi vaxdinda alinmasa ona baxib bashgalari da yollarini aza bilerler. bax sonra bele yolunu azmishlara baxib deyirler ki eshi bashdarini bagliyib o geder altdanm altdan ish gorurler ki . bu gadin kimi yolunu azmishlar islamin adini baxin bele batirir. bu gadin nece heyasiz gadin di ki erinin en esasi ALLAHIN HOKMUNDEN CIXARAG HELE ARSIZ ARSIZ DA ERININ UZUNE BAXIB . AR OLSUN SENE . bu gadini mudafie etmeyin.

AmmaR 24-02-2010 , 14:17
Muwahhede
salam aleykum
maraqli bir sey dediniz. fikrinizi anlatmaginizi istiyirem. "eger adam evli olub zina edibse ve hali gizli oldugu zaman tovbe edibse ve halini mehkemeye ve ya imama, xelifeye qaldirmiyibsa halini gizletmesi daha yaxsidir ve tovbesi qabul olunar insallah" beledirse fikriniz anlasilandir. yox adam zina edib ve hali mestur da deyil mesele zuhur edib bele bir halda imam tovbeni qabul edib zina edeni buraxa bilermi? eger he cavbidirsa bunu harda oxumusnuz biz de oxuyardiq mumkunse menbe verin. salam aleykum

muwahhed 24-02-2010 , 00:42

sheri hokme gore dash-qalaq olmaqdir, amma tovbe etmek de gec deyil, cunki islam alimlerinin ekseriyyetinin ittifaqina gore eger semimi qelbden bu emelin sahibi tovbe etse bu hokmu onun uzerinden qaldirilir,,, revayetde bele deyilir, mauz zinani etoraf edib recmi teleb ederken onun recm etdiler lakin mauz ozunu Peygambere goturmelerinji istedi,,, lakin onun isteyine baxmadilar recm etdiler, peygamber s.a.s. bunu eshiden de bele dedi,, kash ki onu yanima getirseydiniz, o tovbe etmishdi, ,, revayetler cox ferqlidi,, bunu deye bilerem ki ibn teymiyye de , eger bu emel sahibi tovbe etse tovbesi qebul ediler ve recm olunmasina ehtiyyac qalmaz, bu gorushunu sheyxul-islam ibn teymiyye daha sonra quran ayetleriyle isbat etmeye calishmishdir, Allah yardimci olsun bu qadina,,

amr 23-02-2010 , 21:09
arif uchun
salam aleykum . gardash men de mehz bunu yeni sheriet mehkemesini nezerde tutrdum . bu geder

Arif 22-02-2010 , 22:35
amra
Amr! Qardash! dediklerine diqqet et! Cox goynen gedirsen! Deyirsen "erivin yerine olsaydim onu oldurerdim" Adam oldurmek her adamin ishi deyil, bu sumuksuz dili terpetmek yaxud herifli kompyuter duymelerini basmaqdan COX FERQLI bir sheydir. Allahdan qorx! diline yeyelik et. Olar ki, Allah seni eyni imtahana ceker ve ne ede bileceyini sene gosterer (Allah seni bu qorusun. Bu cur xosha gelmez agir imtahana cekmesin. amin) seni tanimadigim halda bunlari soylemeye mene cesaret budur (texmini anlam): Saad adinda bir sahabe vardi. Zinada 4 shahid ayesi (Nur suresi 4) enenden sonra dediki: "Demek men xanimimi zina edrken gorsem 4 shahid dalinca gedmeleyem? O vaxta qeder de o ishini bitirmelidir? vallahi ikisinide qilincimla dograyaram" Rasulullah (s) buyurdu; "Sizin bashciniz cox qisqanc biridi. Allahin Resulu ondan da qisqancdir. Allah Resulundan da qisqancdir!" (Muslim 1498) Bir sheyi unutma ki, eger muselmansansa Zinaya gore erinin xanimini oldurme haqqi yoxdur. Bu ish (recm-dash qalaq) yalniz shariat mehkemesinin ishidir.

amr 22-02-2010 , 16:25

salam aleykum . bu gadinin hokmu olene kimi dashlanmagdi . sen nece de utanmaz bir insansan. he islamin he de yoldashivin adini batirirsan . men senin erivin yerinde olsaydim oldurerdim senin . allah senin erive rehmet etsin ki o nece de dozub . ama sen hec yashamaga layig deyilsen .

AYNUR 20-02-2010 , 18:43
Sheytana uyub
Salam aleykum.Bu aci heqiqeti oxudum cox pis oldum.ALLAHDAN bagishlanma dileyirem bu bacimiza!Mende tovbe etmesini deyirem.Yenideden oz yoluna qayitsin.ALLAH yardimcisi olsun!...
ALLAH hamimizi sheytanin sherinden qorusun!(AMIN)

BiLiNMeYeN 19-02-2010 , 16:37
Salam olsun size
SALAM ALEYKUM! Burda insan oz hevayi nefsinden yox edaletinden danishsa gorecekdir ki gunah yalniz qadindadir, halal olsun o kisiye ki, ALLAH rizasi ucun sebr etdi ve dogru olan i etdi ondan ayrildi, bir kere o xanim artiq seytana uyub, ve demeli onun islam ailesinde boyumesinden asli deyil gerek insanin caninda qeyret namus ola ki, bu xanimda da bu demeli hec vaxt olmayib! Sheytan xanimlari kisilerden chox aldadir chunki xanimlar chox vaxt demek olar ki daima heyzli olurlar ve destemazsiz olurlar ki, bu da onlarin seytana uymasina neden olur!

Q*oca Q*artal 11-02-2010 , 23:45
Kishiler kishi olsa qadinlar da qadin olar
Bu cur benzer hallarda ve deyerdim ki butun hallarda bunun esas mesuliyyeti qadinin kishisinin boynundadir (Ata, qardash, emi, er). Kishi kishi olsa qadinlarda yolunu azmaz, bezi mustesnalar xaric. Mustesna qadinin psixoloji anormalligidir ki, burada artiq kishiye bir vebal yoxdur. Qadinlar kishilere tabedir. Kishiler uzr isteyirem matishge, deyyus olan bir cemiyyetin qadinlari da bele olacaq.
Bir de ushaqlar ve qadinlar olan evde televizor ve interneti nezaret altinda saxlanmaga guc-imkan yoxsa bunlar yerli-dibli yox edilmelidir.
Allah Ozu hifz etsin.

M-Brothers 08-02-2010 , 22:54
Səhv
Onu qeyd edə bilərəm ki cəmiyyətimizdə də belə hallara nadir də olsa rast gəlinib. Bu hekayəni hər bir istər çatda əyləşən istər əyləşməyən oxumalıdır. Allah insanı belə səhvlərə yol verməkdən qorusun

AmmaR 05-02-2010 , 16:18

Salam aleykum. Bu aci heqiqeti hem yasamaq hem de oxumaq bele sixicidir. Bu kimi hallarin cemiyyetimizde xeyli coxalmasini bilirem ve teesswflenirem. Belke de kimse yuxaridaki heqiqeti oxuyub deyecek ki,:"Azerimuslims-in yeni serguzestleridir de"/ Men eminlikle deye bilerem ki yuxaridaki bir xeyalin mehsulu olsa bele bu kimi hadiseleri ya bundan qabaq oumus ya da esitmisem. Bu problemin bas vermemesi ucun ise yegane yol catda Allahin icaze vermediyi kimlese tanisib catlashmamaqdir. Onceden tanish biridirse bu zaman yene melumat mubadilesi zeruret cercivesinde olmalidir.(Ish, ders, aile elaqeleri, qohumluluq elaqeleri ve s)"Mehsur Fiqhi qayda: Zeruretler, zeruret qederince olmalidir"
Yuxaridaki Hadiseni yasan xanima ise tovbe etmesini, yeniden Allahin yolunu tutmasini, palcigin suyunu artitrmamasni, intah kimi fikirleri ise dusunmemesini tovsiyye edirem.
size de Allah razi olsun. salam aleykum

Gul 05-02-2010 , 14:55
Nefsin qurbani
Dehshet...Sheytana lenet olsun. Nece de insani aldadib yolunnan azdirir.


Share |


Şərh əlavə et

Müəllif    
Mövzu





 

çap versiyası     göndər     yuxarı

 
Vote For Us!
© 2005-2006 by AzeriMuslims TEAM. All right reserved.
Design © 2006 by AzeriMuslims. All right reserved.