AzeriMuslims.com

AZERUS
GOAdvertise with Us

Ana səhifə
Xəbərlər
Məqalələr
Yüklə
Sual-Cavab
Forum
Quran
Kim-Kimdir yeni
Linklər
 
Namaz vaxtı: 10-09-2010
Sübh05:44
İşraq07:16
Zöhr13:38
Əsr17:13
Məğrib19:59
İşa21:27
 

Günün sualı
Ramazanın son 10 günü sizin üçün nə deməkdir?
Bu ayda günahlardan təmizlənməyim üçün son fürsətdir
Heç bir fərq görmürəm
Bacardığım qədər gecələri ibadətlə keçirməyə çalışıram
Bu gecələrdən lazımınca istifadə edə bilmirəm

Sualların arxivi


  
Email:

  


  “Ümmətimin ixtilafı rəhmətdir” – hədisinə dair bir qeyd
01-02-2010

Ramin Vəkilov

“Ümmətimin ixtilafı rəhmətdir” – hədisinə dair bir qeyd

“Ümmətimin ixtilafı rəhmətdir”. İmam Beyhəqi, Deyləmi kimi mühəddislərin öz əsərlərində yer verdiyi bu hədisi bir çox İslam alimi mötəbər, səhih saymamış, hətta uydurma olduğunu iddia etmişlər. Biz burada bu hədisin istinad zəncirini – sənədini müzakirə etməyəcək, yalnız onun ifadə etdiyi mənadan bəhs edəcəyik.


Bu hədisin məzmununu – mətnini də tənqid edən qardaşlarımız istisna deyildir. Onlar sual verirlər ki, ixtilaf necə ola bilər ki, rəhmət olsun? İxtilaf, parçalanma, qarşıdurma necə rəhmət ola bilər? Çünki sağlam ağıl birliyin, bütövlüyün üstün olduğunu, insan cəmiyyətinə fayda verdiyini qəbul edər. Mənbəyi Allahın vəhyi olan din sağlam ağla zidd olaraq ixtilafın rəhmət olduğunu bildirərmi və i.a.

Əvvəla, burada yanıldığımız bir məsələ var. Bu, hədisdəki “ixtilaf” sözü ilə bağlıdır. Ərəb dilindən bu kəlməni dilimiz də qəbul etmişdir, ancaq bir azca fərqli məna ilə. Belə ki, ərəbcədə ixtilaf “fərqlilik, müxtəliflik” mənasında olub bir məsələ üzərində həmrəy (həmfikir) olmamaq deməkdir (bax: Möcəm əl-Vəsit, I cild, Qahirə, 1985, səh., 260).  Azərbaycan dilində isə bir mənası “fikir ayrılığı və bunun nəticəsində bir məsələdən doğan ziddiyyət”dir (Bax: Azərbaycan dilinin izahlı luğəti, II cild). Hədisdə isə “ümmətimin parçalanması və ziddiyyəti” ifadəsi keçmir. Peyğəmbər: “Ümmətim arasındakı fərqlilik, müxtəliflik rəhmətdir”, - deyir ki, bu da Allahın qoyduğu bir qanuna – məxluqatın, insanların, onların fitrətlərinin, bilik və dərketmə səviyyələrinin tərzlərinin fərqliliyinə işarə edir.

Təbii ki, din insan cəmiyyətinin mənafeyini qorumaq üçündür. Buna görə də din heç vaxt ixtilafı – ziddiyyəti, qarşıdurmanı əmr etməz. Necə ki, Allah kitabında buyurur: “Allah və Onun peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir!” (əl-Ənfal 46).

Bu ayədə parçalanmadan, ziddiyətdən müsəlmanların uzaq durmalarının zəruriliyi əmr edilmiş və bunun müsəlman cəmiyyətini hansı müsibətlərə məruz qoyacağı da göstərilmişdir.

Eyni zamanda digər bir ayədə oxuyuruq: “Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!” (Ali-İmran, 103).

Habelə, Quran əhli-kitaba (xristian və yəhudilərə) belə müraciət edir: “(Ya Rəsulum!) Söylə: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəlin! ( O kəlmə budur: ) “Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!” Əgər onlar yenə də üz döndərərlərsə, o zaman (onlara) deyin: “İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq (Allaha təslim olanlarıq)!” (Ali-İmran, 64).

Bu ayələr İslamın, əslində, birləşdirici mahiyyətini ortaya qoyur, onun parçalanma və ziddiyyətdən  nəinki müsəlmanları, eləcə də bütün bəşəriyyəti qorumağa çalışdığını göstərir.

Deməli, sözügedən hədis parçalanmanı deyil, fərqliliyi, müxtılifliyi iqrar edir. Müxtəliflik (ixtilaf) isə bu ümmətin donuqluq və ətalətdən uzaq olması üçün bir  vasitə kimi nəzərdən keçirilmişdir. Bu səbəbdən ilk İslam mücəddidi (novatoru) Ömər ibn Əbdüləziz demişdi: “Səhabələrin ixtilafsızlığı məni sevindirməzdi. Əgər onlar yalnız eyni bir fikrin dalınca getsəydilər, bu, ümmətə çətinlik yaradardı” (Məhəmməd əbu Zəhra. Məzhəblər tarixi).Həmçinin, bu mənada cavabı İmam Malik Harun ər-Rəşidə onun fiqhini bütün İslam məmələkətlərində hakim etmək fikrinə düşdüyü zaman vermişdir.

Beləliklə, bu rəvayəti  və ya onun ifadə etdiyi mənanı bir çox müsəlman elm adamı təsdiqləmiş və hədis müsəlman kütlələrin dilində əzbər olmuşdur. Nə üçün? Çünki o, əslində, Allahın dəyişməyən bir qaydasından (sünnətullahdan) xəbər verir. Yaradılmış hər bir şeydə fərqlilik, müxtəliflik vardır. Əslində, bu, həyatın davamlılığı, tərəqqisi vasitədir. Bu prinsip olmadan həyatın inkişafı mümkün deyildir.

Bəli, fərqlilik (ixtilaf) rəhmətdir. Bu hədis səhih olsa da olmasa da, İslama görə müxtəlifliyin ilahi bir rəhmət, lütf olması bir mədəniyyətdir. Bu isə müsəlmanların ictihad anlayışında, müsəlman cəmiyyətindəki qeyri-müsəlman ünsürlərə olan münasibətdə, müsəlmanların elmə baxışlarında tarixən öz əksini tapmışdır.

/AzeriMuslims/

343 dəfə oxunub

İstifadəçi şərhləri


Kövsər 15-02-2010 , 15:06

Müellifin yazdıqları içerisinde önemli nöqtelerden birisi kelime ve onun anlamının yeterince anlaşılmamasından qaynaqlanan ve problem çıxmazına aparan teknik bir meseledir. bele ki dilimizde erebceden alınmış yüzlerce soz var.ve cox melum meseledır ki sözler bir dilden başqa dile keçdikleri zaman onların böyuk ekseriyeti esli menasını itirerek yeni menalar qazanır. qeyd olunan hedisi inkar eden qardaslarımız da yeqın kı bu problemden bixeber şekilde yanaşıblar meseleye. çunki dilimizde ixtilaf sözu ziddiyyet anlamındadır. bu menada terefler bir birine qarsı eks qutblerde dayanıblar.ama hedisde behs olunan ixtilaf sozu bu menada deyıl. onun esl menası eynı hedefe getmekde bırden cox hell yolu ireli sürmekdir.islam düşünce tarixine nezer saldıgımız zaman bu cur rengarengliyin heqiqeten rehmet oldugunu gormek mumkundur. cunki bu rengarenglik islam toplumlarını inkisafdan geri salan ferqlilik deyil eksine inkısafa qapı acan ferqlilikler olmusdur.
onu da qeyd etmek lazımdır kı dını metınleri dilimize tercume ederken kelimelerinden qaynaqlanabilecek yanlıs anlasılmalar meselesinde hessasıyyet gostermek lazımdır. cunki hem islami terminologiya tam oturaqlasmayıb hem de ki toplum dini literaturayla qaynayıb qarısmayıb.
Önemli bir noqteye diqqet cekmisiniz Ramin müellim. sizi tebrik edirem. Allaha emanet olun.

AmmaR 08-02-2010 , 13:52
Selam 06-02-2010 , 18:08 Haqqı qoyub batilə azmayaq! yazan istifadeciye
Salam aleykum.
meqalede de vurgulanmisdir deyesen men de deyirem ki, eqide istisna olmaqla furuatta genis urekli olmaq lazimdir. eger furuatta da eynilik olmaliydisa, Allah resulu (s) ele ilk basdan sehabilerinin fikir ayriliqlarina qarsi cixmali idi. amma bele etmedi. Allah rasuluna enen ilahi vehyi en yaxsi anlayan birinci nesil bele rasulullahdan (s) sonra furuatta fikir ayriligina dusurduler. neyinki furuatta hetta eqide meselelerinde bele. tebii eqidenin usul ve esas meselelerinde deyil ikinci ucuncu nov meselelerinde. mence gunumuzde cixib insanlari vahid mezhebe toplamaq cehaletdir. umumiyyetle bura serh yeri oldugu ucun genis de yazmaq olmur, ne de yazmaq hovselem yoxdur. demek istiyirem ki vahid mezheb mumkun olan bor sey deyil.kimse vahid mezheb dusunurse mence serieti hele derinden anlamayib. Allah amaninda salam aleykum

AmmaR 07-02-2010 , 20:33

Anar beyin sualina cavab menden cavab (Azerimuslims-de vermek istese versin):ummetin ittifaqi icmadir (ummet dediyimiz zaman da ummetin elm ehli nezerde tutulur). Amma sahabi doneminden sonra (hetta tabiin donemi qarisiq) icmanin bash tutmasi usulcular arasinda itilaflidir. Birinci qism sonraki donemlerde icma olmaz dedikleri halda ikinciler icma olar amma sertleri ile. Sertlere ise baxdigimizda netice birincilerin dedikleri kimi olur. Cunki shertler cox cetin ki bu zamanda bash tutsun.
Yuxaridaki ummetin elm ehli ucundu. Ummetin siravisinin ise ittifaq etmesi guc demekdir ki, ummet de bele sey elemez. Cunki ummet ittifaq etmemeye ittifaq edibler.
Salam aleykum

Anar 07-02-2010 , 17:39
Ümmətimin ixtilafı rəhmətdirc
Yaxşı onda size bele bir sual. Ümmətin ittifaqı nədir bu halda?

Selam 06-02-2010 , 18:08
Haqqı qoyub batilə azmayaq!
Bu ixtilaf sözünü nece yozursuz yozun ferq etmez! Mədəniyyət üçün fərqlilik gözəl sayıla bilər ancaq din üçün əsla xeyr!
Məhz buna görədə islam dinində bir-birlərilə fikir ixtilafında (fərqli düşüncəli) olan məzhəblər var. Hətta biri o birini kafir belə sayır və biri o birinə görə mübarək və məsum saydıqlarına qarşı küfr etməkdən belə çəkinmir. İndi bu ixtilaf, sizin dilcə fərqlilik sözünə nə don geydrirsə geydir!
Allah biləndir! Təbii ki, bu hədisdə təvatür və səhih olmadığı üçündə, bu görüşü dinimizin və islam ümmətinin vəhdəti üçün məqbul saymıram!

Muhammadamin 04-02-2010 , 09:57

Bezi problemli meselelere qardashimizin yanashdigi prizmadan yanashildiqda o, cemiyyetde daha chox anlashilan olur. Elbette, haqqinda danishilan hedis Quran metni ve mezmunu ile uygun gelir. Chunki ferqlilik ve novluluk Ilahi bir lutfdur. Onu ziddiyyet ve "ixtilaf" kimi basha dushmek ise Ilahi lutfe bir gozle baxmaq demekdir. Qardashimiza teshekkur edirem!

Balakisi 01-02-2010 , 19:08
Gözəl
Allah sidən razıolsun qardaslar. Həqiqətən insanı fikrə salacaq bir mövzu idi. Oxuyana qədər. Həmd olsun ki, aydın oldu.

Edvard 01-02-2010 , 14:26

maraqlı qeydə gore cox sag olun! maraqlı məqam idi


Share |


Şərh əlavə et

Müəllif    
Mövzu





 

çap versiyası     göndər     yuxarı

 
Vote For Us!
© 2005-2006 by AzeriMuslims TEAM. All right reserved.
Design © 2006 by AzeriMuslims. All right reserved.