
Ana (ibrətamiz hekayə)
“Evləndikdən 21 il sonra yeni sevgi parıltısına rast gəldim...
Bir müddət əvvəl həyat yoldaşımdan qeyri bir qadınla gəzməyə çıxmışdım. Bu, həyat yoldaşımın təşəbbüsü idi.
– Onu nə qədər sevdiyini dərindən dərk et – deyə həyat yoldaşım mənə məsləhət vermişdi...
Həyat yoldaşımın, birlikdə gəzməyi və vaxt keçirməyi tövsiyə etdiyi həmin qadın anam idi. 19 il əvvəl həyat yoldaşını – atamı itirmişdi.
Ancaq iş həyatım, gündəlik məşğuliyyət, boynuma düşən məsuliyyət, üç uşaq atası olmağım – bütün bunlar anama tez-tez baş çəkməyimə mane olurdu.
Nəhayət, bir gün ona zəng vurdum, şam yeməyinə dəvət etdim. Həyəcanla soruşdu:
– Oğlum, halın necədir, səhhətin yerindəmi? – çünki gec edilən zənglərə adət etməmişdi, narahat idi.
– Hər şey yaxşıdır, ay ana – dedim, – səninlə baş-başa qalmaq istəyirəm.
– Elə ikimizmi? – anam soruşdu. Bir qədər sükutdan sonra əlavə etdi: – Mən də bunu çox istəyirəm.
Cümə axşamı, işdən sonra yanına getdim. Bir az həyəcanlı idim. Yanına çatdıqda o da narahat görünürdü. Qapının kandarında dayanmışdı, məni gözləyirdi. Əyninə qəşəng paltar geyinmişdi. Vəfatından qabaq atamın ona aldığı son paltarı idi, deyəsən. Anam gülümsədi:
– Hamıya dedim ki, bu gün oğlumla gəzməyə çıxacağam. Sevindilər. Qayıtdıqdan sonra onlara danışacağım xəbərlərin intizarındadırlar.
Adi, ancaq dəbdəbəli və sakit yeməkxanaların birinə getdik. Anam qoluma girmişdi. Sanki ölkənin birinci xanımı idi.
Əyləşdik. Menyudakı yeməklərin adlarını oxumağa başladım. Anamın gözləri yaxşı görmürdü. Odur ki, yalnız iri yazılmış hərfləri oxuya bilirdi. Soluq dodaqları ilə gülümsəyərək üzümə baxırdı. Dilləndi:
– Vaxtı ilə sən balaca olanda mən sənə bunları oxuyurdum.
– Sənə olan borcumun azacıq hissəsini, belə şeylərlə ödəmək vaxtıdır, ay ana – dedim, – sən rahat ol.
Şam edə-edə xeyli danışdıq. Söhbətimizdə qeyri-adi bir şey yox idi: ötüb-keçənlərdən, yeniliklərdən danışırdıq. Başımız söhbətə o qədər qarışmışdı ki, vaxtın necə keçdiyini hiss etməmişdik. Artıq gecə yarıdan keçmişdi. Yeməkxanadan çıxdıq. Evinə çatdıqda anam dilləndi:
– Növbəti dəfə birlikdə şam etməyə nə deyirsən? Ancaq bu dəfə mənim hesabıma olacaq.
Əlini öpdüm və ayrıldım...
Bir neçə gün sonra anam ürək tutmasından vəfat etdi. Vəfatı elə qəfildən oldu ki, heç nə edə bilmədim.
Bir neçə gün keçdi. Anamla şam etdiyim yeməkxanadan bir məktub aldım. Anamın yazısını tanıdım: “Qabaqcadan hesabı ödəmişəm. Bir daha səninlə şam edə bilməyəcəyimi hiss etmişdim. Nə isə... Başlıcası, iki nəfərlik hesabı ödəmişəm – sən və həyat yoldaşın üçün. Çünki sən həmin gecənin mənim üçün nə qədər əhəmiyyətli olduğunu, kaş biləydin! Bunu heç vaxt başa düşməyəcəksən... Səni çox sevirəm, əziz balam!”
Bu dəqiqələrdə “sevgi” və “səni sevirəm” kəlmələrinin mənasını başa düşdüm, anladım. Başqasına sevgimi yaşatmağın mənasını da dərk etmişdim...”.
Valideyn, xüsusilə də ana – həyatımızın ən əhəmiyyətli cövhəri olmalıdır... Odur ki, layiq olduqları şeyləri onlara bəxş edin, layiq olduqları vaxtı onlara ayırın! Bəli, bu, Allahın və onların sizin üzərinizdəki TƏXİRƏSALINMAZ haqlarıdır!
Sonda ümid edirik ki, bu hekayə valideynlərinin qədrini bilməyənləri ayıldacaq, bizi də bu işdə vasitəçi edəcəkdir!
Tərcümə etdi: Məmmədov Elvüsal
/AzeriMuslims/
966 dəfə oxunub
İstifadəçi şərhləri
Samil Qudavosov
18-02-2010 , 21:25
Bos bos seylerdi......
Ramil Mirzeagayev
18-02-2010 , 13:17
Mene tesir etmedi
Shamil
18-02-2010 , 13:15
thanks
Munir
07-02-2010 , 20:39
Allah ana ve atalarimizdan razi olsun
Allah valideynlerimizi cennetde bizemle etsin Amin!!!!!
elgun
05-02-2010 , 22:17
subhenallah
hekayeni yoldasimla birge oxuduq ve ele o ,an heyatimizda ne qeder gorulesi ishler oldugu halda hech bir shey etmediyimizi anladiq Inshallah her sheyi vaxtinda etmek nesib olar cumlemize amin esselamu aleykum
nigar
03-02-2010 , 12:49
ana ibretamiz hekaye
Salam eleykum.ANANİN qedrini ana valideyin olanda bileceyik.MEN ANAMİİ COOOOOOOOX İSTEYİREM.AMMA BİLDİRE BİLMİREM İSTEYİMİ...HEKAYE COOXX TESİR ETDİ MENE
Əkrəm
03-02-2010 , 00:14
Salam Aleykum
Salam Aleykum. Allah teala bize komek dursun ki, analarimzin haqqini odeyek. Amin! Salam Aleykum.
Admin
02-02-2010 , 14:45
Seyidaga adinda istifadeceinin sherhinde tehqir oldugu uchun verilmeyib!
Teymur
02-02-2010 , 14:29
Amin!
Metleb
02-02-2010 , 09:40
tesekkurler, cox menalidir,Allah razi olsun
aisha
01-02-2010 , 15:14
es selamun aleykum qardash Allah razi olsun cox ibretamiz hekayedir Vallahi ki cox tesirlendim oxuyanda .salam aleykum va rahmatullah va barakathu
ferhad
01-02-2010 , 14:38
saq ol elvusal, bizi cox duyqulandirdin, daha doqrusu vesile oldun.
Aydin
01-02-2010 , 10:43
ALLAH hamimiz uchun faydali etsin! Amin!
AsSalamuAleykum! Allah sizlerden razi olsun, chox gozel hekayedir! Allah hamimiza valideyinlerimizle layiqince davranmagi muveffeq etsin. Amin!
NASIB
01-02-2010 , 00:20
pis oldum
Salam Aeykum.Men valideyinlerimi chox isteyire.Amma qurbetde olduqum uchun olardan otru chox darixiram.Bu meqaleni oxudum chox kovreldim.
Salam Aleykum
Nigar
01-02-2010 , 00:03
Ana (ibrətamiz hekayə)
Ebu Hureyre: “Hz. Peygamber (sas) bir gün: “Burnu sürtülsün, burnu sürtülsün, burnu sürtülsün” dedi. “Kimin burnu sürtülsün ey Allah’ın Resulü?” diye sorushulanda buyurdu: “Valideynlerinin her ikisinin veya sâdece birinin yaşlılığına catdigi zaman (rızasını alıp da) Cennet’i qazanmayanlarin.”
абумурсал
31-01-2010 , 18:00
отклик
Салам алейкум.джязакя ллаяhу хайран.трогающе.сейчас я вдали от земли,где когда-то вырос,не по своей воле.был обвинён незаконно во взрыве и осуждён.мне вдвойне тяжело думать о том что разлучён с родителями,и может быть никогда не увижу их больше.
fuad
31-01-2010 , 17:15
salam
ALLAH SIZDEN RAZI OLSUN
Salahaddin
31-01-2010 , 16:55
YA RABBIM
Salam aleykum. Gardaslarim ALLAH SYBHANAVATAALA sizlerden razi olsun hem bu fani dunyada hemde axiret hayatinda, men bu movzunu basliqdan oxuyanda biraz zenn ettim sizlerden, dedim bos bos seylernen vax kecirirler!!! dyzyn desen ilk defedir sizin saytda yam. Hgginizi halal edin ALLAH rizasina, megalenin ardini oxudum oxuduqca mene maraqli geldi, tek olan ALEMLERIN REBBINE and olsun, restorandan mektub geldi kelmesini tam oxumamis inaninki gozyme yas sel kimi doldu ele axti o yas gozymden, subxanALLAH doqrusunu ALLAH bilir neler kecirdim men hemin an. ALLAH bytyn myselman baci ve gardaslarimiza yar ve yardimci olsun AMIN. Salam aleykum.
Nurlan
31-01-2010 , 00:20
Cox tesekkurler.hekaye ele ela idi ki,heqiqeten mene cox tesir etdi ve allah bütün analara uzun ömür can sagligi arzu edirem!
qacqin
30-01-2010 , 11:28
canim qardashim,teshekkur edirem.sade ve mohteshem.
çap versiyası
göndər
yuxarı