AzeriMuslims.com

AZERUS
GOAdvertise with Us

Ana səhifə
Xəbərlər
Məqalələr
Yüklə
Sual-Cavab
Forum
Quran
Kim-Kimdir yeni
Linklər
 
Namaz vaxtı: 10-09-2010
Sübh05:44
İşraq07:16
Zöhr13:38
Əsr17:13
Məğrib19:59
İşa21:27
 

Günün sualı
Ramazanın son 10 günü sizin üçün nə deməkdir?
Bu ayda günahlardan təmizlənməyim üçün son fürsətdir
Heç bir fərq görmürəm
Bacardığım qədər gecələri ibadətlə keçirməyə çalışıram
Bu gecələrdən lazımınca istifadə edə bilmirəm

Sualların arxivi


  
Email:

  


  Müsəlman nə üçün psixologiya elmini öyrənməlidir?
27-01-2010


Müsəlman nə üçün psixologiya elmini öyrənməlidir? 

Tərcümə etdiyimiz bu məqalə dünya şöhrətli alim, Müsəlman Alimləri Birliyinin sədri, professor Yusif əl-Qərdavinin “İslam təşviqatçısı nələri bilməlidir?” kitabından  götürülmüşdür. Məqalə sizin dünyagörüşünüzün artmasına və islamın həqiqi mahiyyətini anlamağınıza kömək edəcəkdir.


“Psixologiya dedikdə  mən fəlsəfənin bir sahəsi olan klassik psixologiyanı nəzərdə tutmuram. Habelə, söhbət psixoanalizmdən və sonuncu ilə əlaqəli əsassız psixologiya nəzəriyyələrindən də getmir.

Mən psixologiya elmi dedikdə,  müasir psixoloji tətqiqatlarla formalaşmış empirik psixologiya sahəsini nəzərdə tuturam. Bu sahəyə görə, psixoloji təzahürlərin (fenomenlərin) öyrənilməsi müşahidə, praktika, analogiya və eksperiment metodları ilə aparılır. Təbii ki, belə bir elm çərçivəsində bütün bunlar kağız üzərində deyil, insanlar üzərində həyata keçirilir. Aparılan tədqiqatlar isə yalnız fərziyyələrə deyil, statistikaya da əsaslanır.

Məsələyə bu nöqteyi-nəzərdən yanaşsaq, psixologiya elminin müsəlman dəvətçiyə bir neçə cəhətdən faydalı olduğunu görərik. Bunları aşağıdakı kimi sıralamaq olar:

1. Psixologiyanı öyrənən şəxs iman və dindarlığın müsbət təsirləri və faydalı səmərəsinin mahiyyətini başa düşür və bu iki keyfiyyətin onun özünün psixikası və davranışlarındakı rolunu dərk edir.

Bu barədə məhşur amerikalı  psixoloq-həkim Henri Lankın “İmana qayıdış” adlı  kitabından misallar gətirmək olar. Qeyd edək ki, bu kitab bir neçə il əvvələdək ABŞ-da 47-dəfə nəşr edilib.  H. Lank on minlərlə pasient üzərində 73 mindən çox psixoloji eksperiment apardıqdan sonra belə bir qənaətə gəlir ki, bu və ya digər dinə  inanan və ibadət evlərinə mütəmadi gedib gələn şəxslər dinə inanmayan və ibadət etməyən kəslərlə müqayisədə daha güclü və qətiyyətli təbiətə malik olurlar.

Bu haqda Karl Yunq özünün “Müasir insan ruh axtarır” adlı  kitabında yazır: “Mən müxtəlif psixoloji problemləri olan  orta yaşlı insanlar arasında araşdırmalar  apardım. Gördüm ki, bu insanlarn başlıca problemərinin səbəb kimi imansızlıq və dini mühitdən uzaqlaşma çıxış edir. (Sonrakı müşahidələrim zamanı şahidi oldum ki,) bu xəstələr Allaha yenidən inanıb öz şəxsi həyatlarında dinin əmr və qadağalarına əməl etdikləri zaman sağalmağa başlamışlar”.

Bütün bunlar “Din tiryəkdir” iddiasına veriləcək cavab kimi kifayət edir. Məşhur amerikalı filosof Uilyam Ceyms deyir: “Depressiyadan xilas olmaq üçün ən gözəl vasitə,  heç şübhəsiz ki, Allaha iman gətirməkdir”.

Deyl Karnegin professor A.A. Breylə istinadən yazır: “Həqiqi dindarların psixi problemləri olmur”. Karnegin sözünə belə davam edir: “Mən belə düşünürəm ki, psixoloqlar  dəmirə natiqlər kimidirlər. Onlar bizə təkcə axirət əzabından qorunmağımız üçün  dinə bağlı olmağımızı tövsiyə etmirlər, habelə, mədə xorası, əsəb pozğunluğu və dəlilik kimi bu dünyanın dözülməz cəhənnəm əzabından dinin sayəsində qorunmağımızı məsləhət görürlər”. 

2. Bu elmin öyrənilməsi bir sıra dini mətinlərin daha dərindən başa düşülməsinə və onların  müasir insanın düşüncəsinə və ruhuna uyğun şəkildə  ifadə edilməsinə kömək edir. Uca Allah Qurani-Kərimin “Səba” surəsinin 46-cı ayəsində belə buyurur: “Ya Peyğəmbər! Bu müşriklərə) de: "Mən sizə ancaq bir öyüd verəcəyəm. Allah xatirinə (məni dinlədikdən sonra məclisimdən) iki-iki, bir-bir durun (durub gedin), sonra da bir dərindən düşünün...”.

Allahın bu ayəsi bizi bir daha faydalı düçüncəyə sahib olmağa çağırır. Faydalı  düçüncə isə öz sahibini haqqa çatdıran bir düşüncədir. İnsan haqqı tapmaq üçün ya özünün yaxın bir dostu ilə bu haqda müzakirələr aparacaq, ya da özü təkbaşına düşünürək buna nail olacaqdır. Psixologiya təsbit etmişdir ki, düşünərkən kollektiv düşüncənin təsirlərindən uzaq durmaq lazımdır. Çünki bu, çox vaxt insanın həqiqəti əldə etməsinə və obyektiv düşünməsinə mane olur.

Peyğəmbərimizin (s)  bir hədisində oxuyuruq: “Hakim qəzəbli olduğu zaman bir məsələ haqqında höküm verməsin”.  Psixoloqlar bildirirlər ki, həyəcan vaxtı sağlam düşüncəyə sahib olmaq qeyri-mümkündür. Şəxs daha çox həyəcanlanarsa, bu, onun doğru düşünməsinə mane ola bilər. Bu fakt psixologiya elmi tərəfindən çoxdan təsbit edilmişdir.

3. Bu elmə vaqif olan dəvətçi bir çox şəri hökmlərin sirrinə dərindən bələd olur. Bununla da o, Allahın ədalətinin kamilliyini və ilahi qanunlardakı hikməti daha da dərk edir, başqalarına bu hikməti çatdırmağı bacarır. Belə hikmətli hökmlərdən biri də ailədə  rəhbərliyin qadının deyil, kişinin əlində olması məsələsidir. Təbii ki, Uca Yaradanın bu qanunu Onun kişi cinsinə qadınlarla müqayisədə daha çox sevgi bəsləməsindən irəli gəlmir. Məgər O, hər iki cinsin rəbbi deyilmi?!

Doktor Yusif Murad bu haqda yazır: “Bu sahədə xeyli tədqiqatlar aparılıb.  Bir çox kişi və qadın üzərində aparılmış araşdırmalar sübut edib ki, bu iki cins arasında hissi və emosional fərqlər mövcuddur. Məlumdur ki, kişilər əksər hallarda qadınlardan daha əzmkardırlar. Kişlər qadınlarla müqayisədə əsəb pozğunluğuna daha az hallarda məruz qalır, özlərinə daha çox güvənir, az-az hallarda özlərinə qapanırlar. Kişilər özlərinə hakim olmağı qadınlarla müqayisədə daha tez bacarırlar”. 

4. Bu elmi öyrənməklə  islam dəvətçisi məşğul olduğu şəxslərin və cəmiyyətin psixoloji tərəflərini müəyyən etmiş olur. Bunun sayəsində o, insanların  maraq dairələrini və nədən daha çox təsirlənəcəklərini asanlıqla müəyyən edə bilir. Beləliklə, dəvətçi  düşüncə tərzlərinə görə həmin insanlara xitab edir.  Nifrət etdirmədən, münasib tərzdə formada dəvətini davam etdirir.

Burada peyğəmbərimizin (s) bizə  tövsiyəsi yada düşür: “Asanlaşdırın, çətinləşdirməyin. Müjdələyin, nifrət etdirməyin!”

Səhabələrdən Abdullah ibn Məsud hər cümə axşamı insanlara zikr etdirərdi. Bir gün birisi ona deyir: 

- Ey Əbu Əbdürrəhman! İstərdik ki, sən bizə hər gün belə zikr etdirəsən.

Abdullah ibn Məsud  dillənir:

- Bu məsələdən məni çəkindirən şey sizi bezdirmə qorxusudur.  Allahın rəsulu da (s) (hər gün zikr etdirib bizim bezməyimiz nəticəsində) sanki bizi zəhərləməkdən qorxurmuş kimi, bu tərzdə bizə zikr etdirərdi. 

Tərcümə etdi: Dilavər Məmmədov

/AzeriMuslims/

446 dəfə oxunub

İstifadəçi şərhləri


deyl.karnegin 20-06-2010 , 13:11
meslehetleri


Rufet 27-01-2010 , 17:20
Təshəkkurler
Qerdavi heqiqeten yaxshi alimdir!!!!

muslim 27-01-2010 , 14:17

Assalamu aleykum! Ço xsag olun. gözel meqaledi. Men de İslam dinini bele bir şekilde, yeni psixoloji çetin veziyyetimde oturub tek başına düşünerek qebul etdiyimi demek isteyirem. Ancaq başqa insanlara bu heqiqeti çatdıra bilmirem. Allah bütün qardaş ve bacılarımdan razı olsun inşaALLAH.


Share |


Şərh əlavə et

Müəllif    
Mövzu





 

çap versiyası     göndər     yuxarı

 
Vote For Us!
© 2005-2006 by AzeriMuslims TEAM. All right reserved.
Design © 2006 by AzeriMuslims. All right reserved.