
Səddam Hüseyn (1937 - 2006)
1937 – ci il aprel ayının 28 – də İraqın Tikrit şəhərində kasıb bir ailədə dünyaya gələn Səddam Hüseyn atasının ölümündən sonra anası və qohumları tərəfindən tərbiyə edilmişdir. Səddamım siyasətlə tanışlığı ilk gənclik illərindən başlayır. O zamanlar ərəb dünyasında hakim olan millətçi-antiimperialist təsirlərə düşən gənc yaşlarında Bəəs Partiyasına üzv oldu. 1956 – cı ildə uğursuz bir hərbi çevrilişin iştirakçısı oldu.
İraqda monarxiyanın süqutundan sonra Baş Nazir Kərim Həssama sui-qəsd üçün təşkil edilən qurupda əsas vəzifələrdən birini tutdu. Ancaq bu hadisənin üstü açıldı və Səddam ölkədən qaçmağa məcbur oldu. 1963 – cü ildə Bəəs Partiyasının iqtidara gəlməsi ilə o, İraqa qayıtdı. Bu arada əmisi qızı Sacidə ilə evləndi. Bu nikahdan iki oğlan və üç qız olmaqla beş övladı oldu. Ancaq bu dövrlərdə Bəəs Partiyası ilə münasibətləri pisləşdi. Bu münasibətlər daha sərt xarakter alınca Səddam həpsə atıldı.
Çevriliş onu həbsdən qurtardı
1968 – ci ildə baş verən hərbi çevriliş Səddamı həbsdən azad etdi. Partiyada sürətlə yüksələn Səddam güzəştsiz qətiyyəti və sərtliyi ilə Bəəsin ən vacib qurumlarından olan İnqilabi Şura Məclisinə daxil oldu. Bu zaman mövqeyini xeyli möhkəmləndirərək Prezident Əhməd Həsən Bəkri iqtidarının pərdə arxasındakı əsas güc qaynağı oldu. 1979 – cu ildə isə hərbi çevrilişlə iqtidarı ələ keçirərək “pərdəni qaldırdı”. Bundan sonra ilk vəzifə olaraq bütün müxaliflərini ortadan qaldırdı.
Səddam öz iqtidarını güclü polis-kəşfiyyat şəbəkəsinə arxalanan idarə üsulu ilə həyata keçirməkdə idi. Ona qarşı səsini qaldıranı öldürməkdən heç çəkinməzdi. Bəzən bu məhv etmə kampaniyaları Hələbcədə olduğu kimi bütün bir şəhərə “soyqırım” tətbiq etmə həddinə qədər gəlib çatmaqda idi.
İqtidar hərisliyindən ancaq xalqı əziyyət gördü.
1980 – ci ildə Səddam onu ərəb dünyasının liderliyinə gətirəcək, Qərb üçün də əvəzedilməz hala gətirəcək bir fürsətin ələ düşdüyünü zənn etdi. İranda İslam inqilabı bütün gücü ilə davam etməkdə idi. Xomeyninin qurduğu dövlətin başda ABŞ olmaqla bütün Qərblə münasibətləri getdikcə pisləşməkdə idi. Qərb dünyası İranın “inqilab ixracı” edəcəyindən qorxaraq onu bölgə üçün təhdid hesab etməkdə idilər. Bu münasibətdən ilham alan Səddam İrana qarşı müharibə elan etdi. Onun hesabına görə bu müharibədə Qərbin dəstəyinə asanlıqla nail olacaq və təlatümlü günlər keçirən İranı asanlıqla məğlub edəcəkdi.
Müharibənin ilk günlərində Səddamın ordusu əhəmiyyətli su bölgəsi olan Şəttul – Ərəbi işğal etdi. Amma İran Səddamın zənn etdiyindən daha güclü idi. 8 il davam edən müharibə yüz minlərlə insanın ölümünə səbəb oldu. Hər iki ölkənin də iqtisadiyyatı darmadağın hala gətirildi. Müharibə qurtardığı zaman hər iki tərəf də başladığı nöqtədə idi. Heç nə əldə edilməmişdi. Neftin onun üçün tək güc olduğunu bilən Səddam Hüseyn İran müharibəsindən heç nə əldə edə bilmədiyini görüncə bu dəfə gözünü Küveytə dikdi.
2 avqust 1990 – cı ildə Səddamın qoşunları Küveyti işğal etdi. Bundan sonra ABŞ – ın rəhbərliyi altındakı müttəfiq ordular İraqa müharibə elan etdilər. 16 dekabr 1990 – cı ildə böyük bir bombardman başladı. 27 fevral 1991 – ci ilə qədər davam edən bombalamadan sonra İraq Küveytdən çəkildi. Ancaq bu gündən sonra arabir də olsa bombalamalar davam etməkdə idi.
11 sentyabr hücumlarından sonra nəzərlər yenidən İraqa çevrildi. 12 illik BMT – nin tətbiq etdiyi embarqodan sonra 2003 –cü ilin mart ayında bu dəfə ancaq ABŞ və İngiltərə tərəfindən təşkil edilən koalisiya qüvvələrinin həyata keçirdiyi əməliyyatlardan sonra İraq işğal edildi və Səddam Hüseyn devrildi. Əməliyyatların başlaması ilə gözdən itən Səddamın harada gizləndiyi məlum deyildi. 14 dekabr 2003 – cü ildə Səddamın Tikrit yaxınlarında yaxalandığı bildirildi. Səddam Hüseyn doğulduğu Tikritdən 20 kilometr aralıdakı əl – Dur qəsəbəsində sıx xurma ağaclarının olduğu düzənlik bir ərazidə əl Xadra bağçasındakı bir sığınacaqda ələ keçirilmişdi.
Amerikan ordusunun İraqdakı qüvvələrinin komandanı Rikardo Sançes keçirdiyi mətbuat konfransında Səddamın 2 metr dərinlikdə yerləşən bir sığınacaqda yaxalandığını bildirdi. Sançes sirkulyasiya sisteminin olduğu və girişinin kərpic və çör-çöplə kamufulə edilmiş bu yerdə sadəcə bir adamın gizlənə biləcəyini yazmışdı. Səddam Hüseyn yaxalandığı zaman ondan 750 min dollar, iki Kalaşnikov avtomatı və bir tapança da müsadirə olundu.
Səddam Hüseynin şəxsiyyətinin məlum edilməsində keçmiş baş nazir müavini Tariq Əzizin yardımçı olduğu bildirildi. Amerika işğal üsul-idarəsindən bir mənbə Röyters agentliyinə verdiyi məlumatda “Tariq Əzizin “ köməyi ilə Səddamın şəxsiyyətinin müəyyən edildiyi bildirilmişdi. Bir zamanlar Səddamın ən yaxın köməkçilərindən olan Tariq Əziz Səddamın oğulları Uday və Qusayın cəsədlərinin şəxsiyyətini müəyyən edilməsində də yardım etmişdi.
S. Hüseynin ittiham edildiyi cinayətlər
Səddam 24 illik iqtidarı zamanı bir çox qətl, zorakılıq və hücumlarda ittiham edilməkdədir. Bunlar əsasən aşağıdakılardır:
İran – İraq müharibəsi; İraq 1980 - ci ildə İrandakı İslam inqilabından sonra sərhəddə kiçik çaplı toqquşmalardan sonra İran ərazilərini işğal edərək müharibəyə başladı. 1988 – ci ildə BMT –nin vasitəçiliyi ilə sona çatan müharibədə ən azı 1 milyon insan həlak oldu. Bu müharibədə İraqın kimyəvi silahdan istifadə etdiyi iddia edilməkdədir.
Hələbcə qətliamı; İraqdakı kürdlər muxtariyyət tələblərini artırdıqları 1988 – ci ildə İraq əsgərləri kimyəvi silahdan istifadə edərək qadın və uşaqlar da daxil olmaqla 5 min adamın həlak olmasına səbəb oldular. “Kimyagər Əli” olaraq tanınan General Əli Həsən əl-Məcid kimyəvi silahlardan da istifadə edərək kürdləri yaşadığı bölgələrdən çıxartdı .
Küveytin işğalı; Səddamın komandanlığındakı İraq ordusu Küveyti işğal edərək Körfəz müharibəsinin başlanmasına səbəb oldu. İraq əsgərləri Küveytdən çəkilərkən yüzlərlə küveytlini əsir alaraq Bağdada apardı, şəhəri talan etdi. Müharibə zamanı 700 – dən çox neft quyusu yandırıldı, neft boru xətləri açılaraq körfəz suları və digər su qaynaqları natəmiz hala gətirildi.
Cinayətlər və işgəncə; İraqda on minlərlə insanın basdırıldığı 270 ümumi qəbrin var olması barədə sübutların var olduğu bildirilməkdədir. BMT İnsan Haqları Komissiyası 2001 – ci ildə İraq hökumətinin “həbs edilənlərə qarşı sistematik, və rəhmsiz, insanlıqdan kənar cəzalar verdiyini” pisləmişdir.
Və... edam qərarı
Səddam Hüseynə Düceyl qətliamında insanlığa qarşı cinayət törətmə ittihamı ilə 05 noyabr 2006 – cı ildə ölüm cəzası verildi. İttihama görə Səddam 1982 – ci ildə Düceyl qəsəbəsində 143 şiənin öldürülməsinə əmr vermişdir. Səddam Hüseynin vəkilləri qərarın və ittihamın qanundankənar olduğunu bildirmişlər. İraqın Baş Prokuroru Cəfər əl-Musəvi isə Səddamın güllələnərək deyil, asılaraq öldürüləcəyini bildirmişdir.
Kimkimdir
Hazırladı: R.Vəkilov
4621 dəfə oxunub
İstifadəçi şərhləri
mushviq
23-04-2010 , 15:50
saddam
haminiz yalancisiniz!
Nasir
11-04-2010 , 00:49
Seddam
Bismillah.Allah razı olsun Ramın qardaşımızdan.Zalimi bizlere tanıtmış,haqqi yazmışdır.Ey muselmanlar bu gün biz muselmanlara tefriqe,ixtilaf yox vehdet birlik lazımdır.
m.ali- türkiye
03-03-2010 , 16:20
zalimlerin zulmü yanına kar kalmaz
saddam şia ve sünni müslümanlara zulüm eden zalimin teki idi.yıllarca abş ve avrupaya uşaklık yaparak bir çok müslümanın kanına girdi.sunundada yaptığı zulümlerin karşılığını görerek cehenneme nazil oldu.ateşi bol olsun.amin.
NİGAR
03-02-2010 , 19:23
ESİİİİİİİİİİİİİİİ.....QURTARMADİDA BU SOHBETLERRRRRRRRR..NE QEDER OLAR AXİİİİİİİİİİİİİİ
Atilla
01-02-2010 , 13:19
ele beleleridi de musulmanlarin adini biabir eden ...
Qaim
20-11-2009 , 20:49
Sunni shie
Ramil qardash men sizinle tam raziyam.Bu barede danishanlar sie ve sunni haqqinda hec ne bilmeyenlerdirler.
Vugar
26-07-2009 , 11:23
Səddam
Men nizami63 ile tamami ile razıyam
mushviq ettikriti
13-06-2009 , 00:50
seddam
arkadaslar seddam haqqinde deyilenlerin hamisi yalandir onu lekelyirler
saddami edam etdirib bizlere demek isteyirlerki ey musulmanlar ve devlet baskanlari baki gorun biz o qeder quvveliyik bizden qorxun sizin en quvveli devletlerinden olan Iraq Islam Cumhuriyyetini nece meglub etdik ve onun bascisini nece asdiq eger bize itaet etmeseniz sizide bele aqibet gozleyir
AbdulVahhab
30-01-2009 , 01:48
EY Muselmanlar
Esselam aleykum ey baci ve ardaslarim.siz deyirsiniz ki sunnu sie bos sohbetlerdir.bes onda bu hedise ne deyirsiniz;Peygember(s.a.s)demisdir ummetim 73 yere bolunecek onlardan yalniz biri cennetlikdir.o da camaatla olandir.Ey muselmanlar kimki tutdugu yolun duz oldugunu iddia edir subut elesin elillerle.Yoxsa durub kimise Vahabi adlandirib yaxudda imise de tehqir elemek size yarasmaz.Haqqi yayana hemise tezyiqler olub.ozunuz bildiniz kimin haqda danisiram.Salam aleykum
nizami63
16-01-2009 , 22:39
Səddam Hüseyn
O hakimiyyətə bir abş emissarı kimi gəldi və lazımsız bir agent kimi onu hakimiyyətə gətirənlər tərəfindən məhv edildi...
ayxan mammadaliyev
21-12-2008 , 17:28
islami anlamayanlar
assalamu aleykum va rahmatullah.mohterem qardaslar ve bacilar sunni-sie sohbetlerin noqteleyin.cunki bezi avamlar hec islami tam menada ne anlamir,nede yasamir.muselman bir-birini soymez,oldurmez,lenetlemez,sehabeleri,tabiinleri,alimleri soymez.ey muselman kafirlerin oyuncagina cevrilme,aglini basina topla.haq yolu allah rasulunun s.a.s.,sehabelerin r.a.,tabiinlerin rh. yoludur,ondan basqasi yalniz ve yalniz zelaletdir,bidetdir.gunahkar axtararken 1-ci oz gunahlarini hesabla,vaxt tapa bilsen basqalarina kec.assalamu aleykum va rahmatullahi va beraketuh.
tuko
02-10-2008 , 15:15
din
Allah on a lenet etsin . menim bir dostum var erebdi o deyirdi shiri ac saxlayirdi ve shirin yanina insanlari atirdi
Tural Qovlar
12-06-2008 , 10:23
S.Huseyn
Kavkali men seninle tam raziyam/chox sagol
fərrux ələvi
11-05-2008 , 14:14
şiələrin qatili səddam(l)
səddam lənətullahın qətliam etdirdiyi şiələrin sayı 143 yox daha çoxdur.o alimlərin başına mıx vurdurmuş şəhid sədri faciəvı şəkildə öldürtmüş onun muctəhidə olan pak bacısını təhqir elətdirmişdir.onun asılmasının hökmünü isə şiə muctəhidi verdi və iraq xalqının tələbi ilə həyata keçirildi.yoxsa buş hökuməti onu asmaq istəmirdi.allah cəmi zalımlara lənət etsin.
momine
29-04-2008 , 10:06
iraq
men kafkazlini yrekden salamlayir gun kimi aydin heqiqeti ucun minnetdaram
Fuad
15-04-2008 , 17:53
Shiye sunni yazanlar ermeni fason bir mexluqdurlar.
18-08-2007 , 20:46
Sunni Shie
Sunni ve Shieliyin nece emele geldiyini,tarixini bilmeyenler bu haqda bos bos danismasin.Bu haqda 90 % shieler haqlidirlar.Amma biz hamimiz muselmaniq ve ALLAHİN yolunda getmeliyik.Avropanin siyasetine de bas qosmamaliyiq.
ABDUL..SEMED
23-05-2007 , 11:56
RAHMAT
SADDAMA RAHMAT C.BUSA LENET
Ayşe Türkiye
13-05-2007 , 03:19
Irak
Allahın laneti Amerikan yönetiminin üzerine olsun.
NUR
02-04-2007 , 16:09
sunní şii
LAİLAHE İLLALLAH MUHAMMEDÜN RASULULLAH KALPDEN SÖYLEYEN İSLAM KARDAŞIDIR.BÖLÜNMEYELİM.HEPİMİZ MÜSLÜMANIZ.YAHUDİ VE ABD YE KARŞI DÜNYA MÜSLÜMANLARI BİRLİK OLALIM.
çap versiyası
göndər
yuxarı