
Osmanlı sultanlarının ölüm səbəbləri
1. Osman Qazi: 1258-ci ildə anadan olub. Osmanlı səltənətinin qurucusu olan Osman Qazi 1326-cı ildə ürək çatışmazlığından vəfat edib.
2. Orxan Qazi: Osmanlı səltənətinin ikinci sultanı olan Orxan Qazi 1281-ci ildə anadan olub. O, 1362-ci ildə iflic keçirərək dünyasını dəyişib....
3. Sultan I Murad: Şəhid olan yeganə Osmanlı sultanıdır. I Murad 1326-cı ildə anadan olub. 1389-cu ilin iyunun 15-də serblərin böyük məğlubiyyətə düçar edildiyi I Kosova döyüşünün sonunda serb kralı Lazarın kürəkəni Miloş Obroneviç sultanın hüzuruna çıxdığı zaman gizlətdiyi xəncəri I Murada vuraraq, onu şəhid edib.
4. Sultan İldırım Bəyazid: 1360-cı ildə anadan olub. 1402-ci ildə Ankara müharibəsində Əmir Teymura əsir düşən Bəyazid buna dözə bilməyərək, 1403-cü ilin martında üzüyündəki zəhəri içərək intihar edib.
5. Sultan II Murad: 1404-cü ildə anadan olub. Beyin şişindən əziyyət çəkən sultan 1451-ci il fevral ayının 3-də beyin qanaması keçirərək, vəfat edib.
6. Fateh Sultan Mehmed: 1432-ci ilin martında anadan olub. Sultan Mehmed 1481-ci ildə Misirə səfəri zamanı Gebze yaxınlığında xəstələnərək, qısamüddətli koma vəziyyətində qaldıqdan sonra dünyasını dəyişib. Bəzi tarixçilər sultanın zəhərlənərəkn öldürüldüyüü qeyd etsələr də bunlar yalnız ehtimal olaraq qalır.
7. Yavuz Sultan Səlim: Sultan Səlim 1470-ci il oktyabr ayının 10-da anadan olub. O, 1520-ci il sentyabrın 21-dən 22-ə keçən gecə xərçəng xəstəliyindən vəfat edib.
8. Sultan Süleyman Qanuni: 10-cu Osmanlı padşahıdır. 1495-ci il aprel ayının 27-də anadan olub. 1566-cı ildə Sigetvar mühasirəsinin sonuncu günü sentyabr ayının 7-i beyin qanaması keçirərək dünyasını dəyişib.
9. Sultan II Səlim: 1524-cü il may ayının 28-də anadan olub. Sultan 1574-cü ildə sinə boşluğunda meydana gələn qanamadan dünyasını dəyişib. Bəzi tarixi mənbələrdə II Səlimin hamamda ikən yıxılaraq, zədə aldığı və daha sonra həyatını itirdiyi qeyd edilir.
10. Sultan III Murad: 12-ci Osmanlı sultanıdır. 1546-cı il iyul ayının 4-də anadan olub. III Murad 1595-ci il yanvar ayının 17-də prostat xərçəngi xəstəliyindən dünyasını dəyişib.
11. Sultan III Mehmed: 1566-cı il may ayının 26-da anadan olub. Bir gün saraya qayıdarkən yolda qarşılaşdığı bir dərviş Sultana: “56 gün sonra başına gələcək qəzadan xilas ola bilməyəcəksən. Qafil olma, padşahım”, - deyir. Bu hadisə III Mehmedi dərindən kədərləndirib. Heç nə yeməyən və içməyən padşah 1603-cü ilin dekabrında infarkt keçirərək, dünyasını dəyişib.
12. Sultan I Mustafa: 1592-ci ildə anadan olub, 15-ci Osmanlı padşahıdır. Osmanlı padşahları arasında “dəli” ləqəbli yeganə padşah olan Sultan I Mustafa taxtdan endirildikdən sonra 1639-cu ilin yanvarında dünyasını dəyişib.
13. Sultan II Osman: Sultan II Osman 1604-cü ilin noyabrında anadan olub. Osmanlı xilafəti tarixində üsyan nəticəsində öldürülən ilk padşah II Osmandır. Gənc sultan 1622-ci ilin mayında boğularaq öldürülüb.
14. Sultan IV Murad: 1612-ci ilin iyulunda anadan olan Sultan Murad səltənətin 17-ci padşahıdır. Sultan 1640-cı ilin fevralında serroz xəstəliyndən vəfat edib.
15. Sultan İbrahim: 1616-cı ilin noyabrında anadan olub. Səkkiz il hakimiyyətdə qalan sultan 1648-ci ildə taxtdan endirilib. Sultan İbrahim elə həmin ilin avqustunda sui-qəsdə qurban gedib.
16. Sultan IV Mehmed: 19-cu Osmanlı sultanı olan IV Mehmed 1642-ci il yanvar ayının 2-də anadan olub. 1687-ci ildə taxtdan endirildikdən sonra 4 il məhbus həyatı yaşayıb. Uzun sürən xəstəlikdən sonra 1693-cü ilin yanvarında dünyasını dəyişib.
17. Sultan II Süleyman: 1642-ci ilin aprelində anadan olub, 1695-ci ildə böyrək çatışmazlığından vəfat edib.
18. Sultan II Mustafa: 1664-cü ildə anadan olan II Mustafa 1703-cü ildə baş verən üsyan nəticəsində taxtdan endirilib. Bunun psixoloji təsirini dəf edə bilməyən padşah elə həmin ilin dekabrında prostat xərçəngindən ölüb.
19. Sultan III Əhməd: 1673-cü ilin dekabrında anadan olub. Uzun müddət şəkər xəstəliyindən əziyyət çəkən sultan 1736-cı ilin iyununda vəfat edib.
20. Sultan I Mahmud: 1696-cı ilin avqustunda anadan olub. Sultan I Mahmud 1754-cü ilin dekabrında cümə namazından qayıdarkən atdan yıxılaraq, beyin qanaması keçirməsi nəticəsində dünyasını dəyişib.
21. Sultan I Əbdülhəmid: 1725-ci ilin martında anadan olub. 1787-1791-ci il Osmanlı-Rusiya müharibəsi əsnasında Anapa qalasının rusların əlinə keçməsi barədə xəbərdən sonra beyin qanaması keçirən Sultan bir müddət sonra 1789-cu ilin aprelində vəfat edib.
22. Sultan III Səlim: 1761-ci ilin dekabrında anadan olub. Sultan III Səlim taxtdan endirildikdən sonra 1808-ci ilin iyulunda sui-qəsd nəticəsində həyatını itirib.
23. Sultan IV Mustafa: 1779-cu ilin sentyabrında anadan olan sultan 1808-ci ilin mayında II Mahmud tərəfindən boğdurularaq öldürülüb.
24. Sultan II Mahmud: 1785-ci ilin iyulunda anadan olub. Osmanlının müasirləşdirilməsinin başlanğıcını qoyan Sultan II Mahmud 1839-cu ilin iyununda vərəm xəstəliyindən dünyasını dəyişib.
25. Sultan Əbdülməcid: 1823-cü ildə anadan olub. Tənzimat dövrünü başladan sultan 1861-ci ilin iyununda atası II Mahmud kimi vərəm xəstəliyindən dünyasını dəyişib.
26. Sultan Əbdüləziz: Sultan Əbdüləziz 1830-cu ildə anadan olub. Taxtdan endirildikdən bir neçə gün sonra 1876-cı il iyun ayının 4-də Fəriyə sarayında biləkləri kəsilmiş halda tapılan padşahın taxtdan endirilməsinə dözə bilməyərək intihar etdiyi bildirilir. Ancaq öldürüldüyünə dair ehtimallar daha qüvvətlidir.
27. Sultan V Murad: V Murad 1840-cı ilin sentyabrında anadan olub. Ən az taxtda qalan Osmanlı sultanı olan V Murad şəkər xəstəliyindən əziyyət çəkirdi. O, 1904-cü ildə sözügedən xəstəlikdən vəfat edib.
28. Sultan II Əbdülhəmid: II Əbdülhəmid 1842-ci il sentyabr ayının 21-də anadan olub. O, 1918-ci il fevral ayının 10-da 76 yaşında vərəm xəstəliyindən dünyasını dəyişib.
29. Sultan V Mehmed Rəşad: 1844-cü ilin noyabrında anadan olub. Şəkər xəstəliyindən əziyyət çəkən sultan 1918-ci ilin iyulunda dünyasını dəyişib.
30. Sultan VI Mehmed Vəhdəddin: Sonuncu Osmanlı padşahıdır. 1861-ci ilin fevralında anadan olub. Sultan 1926-cı ilin mayında San-Remoda infarktdan keçinib.
Tərcümə etdi: Anar Rüstəmov
/AzeriMuslims/
434 dəfə oxunub
İstifadəçi şərhləri
V.M.
28-01-2010 , 10:35
Maraqli melumatlara cox teshekkur.
aytol
25-01-2010 , 20:04
alemin en boyuk devleti osmanlidir
çap versiyası
göndər
yuxarı