AzeriMuslims.com

AZERUS
GOAdvertise with Us

Ana səhifə
Xəbərlər
Məqalələr
Yüklə
Sual-Cavab
Forum
Quran
Kim-Kimdir yeni
Linklər
 
Namaz vaxtı: 10-09-2010
Sübh05:44
İşraq07:16
Zöhr13:38
Əsr17:13
Məğrib19:59
İşa21:27
 

Günün sualı
Ramazanın son 10 günü sizin üçün nə deməkdir?
Bu ayda günahlardan təmizlənməyim üçün son fürsətdir
Heç bir fərq görmürəm
Bacardığım qədər gecələri ibadətlə keçirməyə çalışıram
Bu gecələrdən lazımınca istifadə edə bilmirəm

Sualların arxivi


  
Email:

  


  Şeyx Şamil (1797-1871)
01-11-2006


İmam Şamil 1797-ci ildə Dağıstanın Gimri kəndində anadan olub. Atası Qafqazın qədim xalqlarından olan avarlara  mənsub Məhəmməddir. Şamil 15 yaşına çatdığı zaman artıq at minməkdə qılınc oynatmaqda çox mahir idi.  20 yaşına isə 2 metr boyu ilə tullanma, odlu sialhdan istifadə, qılınc oynatma kimi keyfiyyətlərdə  çox mahir idi.Şeyx Şamil ilk təhsilinə Səid Xərakinin yanında başladı. Daha sonra qayınatası Nəqşibəndi şeyxi Cəmaləddin Qazi Kumikinin tələbəsi oldu. İmam Şamil özündən əvvəl imamət məqamında olan Qazi Məhəmməd və Həmzət Bəyin müşavirliyini etmişdi. Şamil son dərəcə sadə, təvazökar və  qənaətcil bir həyatı yaşamaqda idi.


İmam Şamil müxtəlif vaxtlarda 5 dəfə evlənmişdi. Şamilin Fatimat, Cevhərat, Zahidət, Əminə və Şovanət adlı həyat yoldaşlarından Əhməd Cəmaləddin, Məhəmməd Qazi, Məhəmməd Səid, Məhəmməd Şəfi, Cəmaləddin və Məhəmməd Kamil adlı 6 oğlu ilə Fatimat, Nəfisat, Nəcabət, Bəhu-Məsadu və Safiyat adlı 5 qızı olmuşdu.
Şamil imam - yəni dövlət başçısı seçildikdən sonra ilk iş olaraq dövlətin daxilindəki vəziyyəti səhmana salmağa başladı. Ruslara qarşı güclü müqavimət göstərmək üçün vacib olan əskəri və mülki təşkilatları yenidən qurmağa başladı. Bir tərəfdən hərbi tədbirlər görərək düşmənə qarşı müdafiə üçün müharibəyə girişərkən, digər tərəfdən də müntəzəm olaraq ədliyə və idarə etmə mexanizmini inkişaf etdirməkdə idi. Bu zaman mədrəsələrdə təhsilə diqqət verilməkdə, fikir və sənət sahəsində böyük addımlar atılmaqda idi. Onun hakimiyyətdə olduğu zamanlarda top, barıt, digər silah-sursat istehsalı və tədarükünə ciddi fikir verilmiş, əskəri təşkilatlanmada böyük irəliləyişlər əldə edilmişdi.
İmam Şamil güclü natiqlik qabiliyyəti, qətiyyətli iradəsi və əskəri dühası ilə böyük uğurlar qazanmış, şöhrəti qısa zamanda ətrafa yayılaraq nüfuzu Dağıstan bölgəsində yaşayan xalqlar tərəfindən qəbul edilmişdi.
İmam Şamil idarə sistemini yenidən qaydaya salarkən, ölkəni naiblik və vilayətlərə ayıraraq bunların başına həm hərbi, həm də mülki işləri idarə edən naibləri təyin etdi. Üç və ya dörd naiblik bir vilayət idi. Vilayətlərin başındakı naibin rütbəsi daha böyük idi. Ayrı-ayrılıqda hər biri böyük qəhraman olan bu yüksək rütbəli naiblərdən Əhvərdil Məhəmməd, Qabət Məhəmməd, Şuayıb Molla, Taşof Hacı, Danyal Sultan, Nur Məhəmməd, Xiitinaf Musa, Sədullah, Düba Hacı, Hacı Murad və Şamilin böyük oğlu Məhəmməd Qazi qəzavatın adı unudulmayacaqı şəxsiyyətlərindən olmuşlar.
Şamil imam seçildiyi 1834-cü ildən 1859-cu ilə qədər Rusiyanın böyüklüyünə və hərbi qüdrətinə baxmayaraq usanmadan müharibəni davam etdirdi. Özündən əvvəlki 2 imamın dövründə də10 il müharibədə iştirak etdiyindən bütövlükdə dayanmadan cihad etdiyi müddət tam 35 ildir. Bu vaxt ərzində Rus ordusuna böyük zərbələr vurmuşdu. Bununla bərabər özünün də məhdud olan  əsgəri qüvvəsi də gündən-günə azalmışdı.1839-cu ildə Axulqo Təpəsində 3 min müridi ilə General Qrabbenin komandanlığındakı sayı 10 mindən artıq yüksək səviyyədə silahlanmış rus ordusuna qarşı 80 günlük müdafiəsi hərb tarixinə düşmüşdür. Şamil bu müharibədə həyat yoldaşı Cevhəratı, oğlu Səidi və bacısı Məsudəyi itirmiş, 8 yaşındakı oğlu Cəmaləddini ruslara girov vermək məcburiyətində qalmışdı.
Bu dəhşətli müharibələrdə sadəcə insan itkisi olmurdu. Ruslar aylarla davam edən müharibə nəticəsində işğal etdikləri torpaqlarda ağacları, meşələri yandırıb heç bir canlını sağ qoymadan irəliləyirdilər.
Müharibədə iştirak edən rus komandirlərindən Milyutin 80 gün davam edən Axulqo müharibəsi haqqında xatirələrində bunları deyir: “Artıq müharibəyə nəzarət və idarə komandirlərin əlindən bütünlüklə çıxmışdı. Hiddətlənərək əsəblərindən adəta dəliyə dönmüş dağlılar necə gəldi əsgərlərimizin üzərinə basqın edib, süngü ilə öldürülənə kimi döyüşürdülər. Hətta qadınlar da silahsız olduqda belə, özlərini quduzcasına süngülərimizin üzərinə atırdılar. Lakin, müvəffəqiyyət üçün hər cür fədakarlığı gözə almış rus komandanlığı inadla hücuma davam etdi. Təslim olmağı qətiyyən rədd edən dağlılar heç bir ümidləri qalmadığı halda qəhramancasına döyüşdülər. Qadınlar, uşaqlar əllərindəki xəncərlərlə ruslara hücum edir, süngülərin ucunda göz qırpmadan can verirdilər. Bəziləri isə özlərini və uşaqlarını dağdan atırdılar. Yaralılar da inanılmaz şəkildə döyüşürdülər”.
Dost ölkələrdən heç bir kömək görməyən İmam Şamilin nəhayət əlindəki bütün qüvvə və qaynaqları tükəndi və 1859-cu il 6 iyununda Qunipdə General Baryatinskinin idarəsindəki 70.000 nəfərlik rus ordusuna yanında bir neçə yüz adam qalana qədər müqavimət göstərdikdən sonra təslim oldu.
İmam Şamili ailə üzvləri və 40-a qədər adamı ilə Peterburqa Çarın yanına apardılar. O, Rus Çarı II Aleksandr tərəfindən sarayın qapısında böyük hörmətlə qarşılanır. Çar atası I Nikolaya və onun ordusuna tam 35 il Qafqazı zindan edən zəmanənin bu böyük qəhramanını gördüyü zaman çox təsirləndi, onun saqqalından sevərək öpməkdən özünü saxlaya bilmədi.
İmam Şamil bir aya qədər sarayda qonaq qaldı. Bundan sonra onun əsirlik illəri başladı. Lakin Şamil və ailəsinə əsarət çox ağır gəlirdi. 2 il içərisində Şamilin qapqara saçları ağappaq oldu. Böyük qızı Nafisat ilə gəlini - Məhəmməd Qazinin həyat yoldaşı Kərimət vərəmə yoluxub vəfat etdilər. Aradan 10 il keçəndən sora Çar onun Həccə getməsinə icazə verdi. Ancaq bir tədbir olaraq oğlu Məhəmməd Şəfini saxlayır və Həcci ziyarət etdikdən sonra dərhal Rusiyaya qayıtmasını şərt qoydu.
Şamil 1870-ci ildə adamları ilə bərabər Rusiyadan çıxaraq əvvəlcə İstanbula gəldi. Sultan Əbdüləziz tərəfindən sarayda qarşılanan Şamilin İstanbula gəlməsi xəbəri yayıldı zaman şəhər bir-birinə qarışmış, xalq bu böyük qəhramanı görmək üçün saray qapısına axışmağa başlamışdı.
Şamil arzuladığı son mənzilə vaxtında yetişmək üçün Sultanın məxsusi olaraq ona  ayırdığı gəmi ilə yola çıxdı. Ciddə limanında Məkkə əmiri, şəhərin iləri gələnləri və böyük bir izdiham tərəfindən təntənəli mərasimlərlə İmam Şamili qarşılandı və Məkkədə şərəfli şəxslər üçün ayrılan Şürəfa  dairəsində qonaq edildi.
Həcc zamanında Şamilin orada olduğunu eşidən dünyanın dörd bir yanından gəlmiş yüz minlərlə müsəlmanın onu görmək üçün yaratdığı izdiham nəticəsində hökumət idarəçiləri onu Kəbənin üzərinə çıxardılar.Beləliklə insanlar onu gördülər.
Şamil həcc ziyarətini yerinə yetirdikdən sonra Mədinəyə getdi. Mədinədə olarkən çox zəifləmiş olan İmam Şamil xəstələndi. Bütün həyatını Allah üçün cihada, ölkəsinin birliyinə həsr etmiş, əsgəri dühasını dünyaya və əbədi düşməni olan rus hökumətinə qəbul etdirən, adını dünya tarixinə “gəlmiş-keçmiş ən böyük müqavimət lideri” olaraq yazdıran İmam Şamil 4 fevral 1871-ci ildə 74 yaşında fani dünyaya gözlərini yumdu.

Hazırladı: S.Aysel
KİMKİMDİR

4711 dəfə oxunub

İstifadəçi şərhləri


AMİR XATTAB 25-06-2010 , 19:40
ŞAMİL
DAGİSTAN DÖVRÜNÜN 3 İMAMİ OLUB 1-Cİ İMAM QAZİ MEHENMEDB 2-Cİ İMAM HEMZET BEY 3-CU İMAM ŞEYX ŞAMİL ONUN İMAMLİQ DOVRÜ 25 İL ÇEKİB BUTUN RUS İMPERİYSİ ŞAMİL QARŞİSİNDA DİZ ÇOKÜB ŞRUHUN ŞAD İMAM ŞEYX ŞAMİL SENDEN BİZLERE AZADLİQ HÜRRİYÜT QALDİ . SEN İSTEDİ DAGİSTAN AZAD OLSUN OLDUDA DAGİSTAN UGRUNDA TOKULEN QAN ONUN AZADLİQİ UÇUNDUR.SENEİN ADİN ÇEKİLENDE NAİBLERİNİN DE ADİNİ ÇEKMEK LAZİMDİ .NAİB HACİ MURAD,LABZAN ULUSUL DANİAL BEY VE BEZİLERİ RUHUNUZ ŞAD İNŞALLA O DUNYADA SENİ GÖRERİK BUN AAZ QALİB

uzeyir 25-06-2010 , 19:30
samil
IMAM ŞEYX SAMİL DÖVRÜNÜN İMAMİ OLUB O HEQİQETEN CESUR BİRİSİ OLUB .QUNUBA HUCUM EDENDE O OZ OGLUN AEMİR EDİB Kİ QADİNLARİ MECİDE YİGSİN BİRİNİ OLARA OZ ANASİNİN BASİNİ KESMEYİ EMİR EDİR.BUNU SEBEBİ O İDİ Kİ BİZ OLENDEN SONRA RUS QOSUNLARİ BİZİM NAMUSUMUZA TOXUNARLAR.

Şeyx Şamil.. 23-06-2010 , 18:30
Qazavat ~ Cihaday
Mən fəxr eliyirəmki, bir tərəfim Onun əyalətindən olub və Onun adını daşıyıram.. İnşa Allah bu adı doğultmağa Allah özü kömək olsun mənə..Amin..

18-05-2010 , 20:11

Men Sheyh Shamilin heyatini oxuyanda dogrudan da chox tesirlenirem,bele insanlar 100 ilde bir geler ya gelmez..Meqaleye gore chox sagolun.

12-02-2010 , 15:27
Sheyx Shamil
SHeyx Shamil temiz Avar olub.Bunu hech kes inkar ede bilmez.

Maarulav 30-01-2010 , 22:42
Есть пророки в своем отечестве!
Шамиль - последний пророк Кавказа.

Lezgincik 12-12-2009 , 21:08
Sheyx Shamil.
Assalamu aleykum muselman baci ve qardawlar.
Men Imam Shamille fexr edirem. sagray lezgiyar. burdaki avarlar yazmasinlarki Shamil avar olub. ne bilirsiz belkede lezgi olub ve yaxuddaki cecen.ne ise milletperestlik etmek istemirem melumata gore Aysel xanim Allah sizden razi olsun. salam aleykum ve rahmetullahi ve bereketuh.=)

Samil 20-11-2009 , 22:13
samil
neyinki Zaqatala butun Muselman dunyasi SEYX SAMILLE FEXR EDIR.



Murad ABDULLAH 25-10-2009 , 00:43
TEK UMMAH
Qardashlarim ve bacilarim ferqi yox Cecen,Avar,Lezgi,Azerbaycanli,Turk ve s. bize bir millet kimi xristiyanlar,yahudiler ve kafirler bu filan milletdendi demirler deyende soyushle bu muslimandi deyirler...SHEYX SHAMIL cume xutbesinde insanlari mubarizeye cagiranda musteqil olmagi dememishdi camaata MUSLIMANLAR (Avar,lezgi, cecen ve s. dememishdi) ve mubarizeyede Cihad demishdi...Sheyx Shamil ne Avar ne Lezgi nede Cecen olmushdu o butun varligiynan inanan Musliman idi olene qeder Cihad eledi Kafirlere qarshi ALLAH ONDAN EAZI OLSUN amma bugun sHimali Qafqazda yaSHayan milletler baxmayaraq ki ekseriyyeti muslimandi RUSLARIN HAKIMYETI ALTINDA yashayirlar ve biraz dinle meshqul olan HAQQI basha dusheni goren kimi o saat TERRORCU DEYEREK YA OLDURU YADA HEBSE ATIRLAR....BAX MILLETCILIYIN AXIRI BUDUR BIZ BIR BIRIMIZE MUSLIMAN KIMI YANASHMALIYIQ DA YOXSA AVAR<LEZGI<CECEN>AZERBAYCANLI<TURK VE S> KIMI YOX...ALLA RIZASI UCUN GELIN BIR OLAQ BELKE ONDA HEQIQETI TAM BASHA DUSHERIK...

zaqatala.mosul 09-08-2009 , 11:25
efsane 3 qardas


ALLAH BENDESİ 06-08-2009 , 10:22
BİRLİK ARZUSU
Ey müsəlmanlar bu günlər bir hidayət vəqtidir.
YEK OLMAQ LAZIM DEYİL, BİR OLMAQ LAZIMDIR.

sd 04-06-2009 , 23:14

bedbaxt koroglunun esl adi rovsen olub


10-05-2009 , 18:19

saqray haci murda onu yaddan cixartmaq lazim deyil. haci murad olmasaydi shamil sheyx ola bilmezdi . altay lezginski

Eldar321 07-02-2009 , 10:10
Muhammed qardashima
Qardashim, milletciliyin bizlere vurdugu yarani bashqa hec ne vurmayib. mill'tciliyi qabartmaq muselmana yarashmaz. Peygemberimiz "milletim", "milletim" demedi, "UMMETIM" dedi. bu sebebden bir qeder diqqetli olmaq lazimdir. qoy shamil lap lezgi olsun, ferq etmez. onu shamil eden deyer onun muselman olmagidir. islam adina etdiyi cihaddir. milletcilikde cihad anlayishi yoxdur, qardash. odur ki, shamilin her hansi bir milletden olmasi o milletin fexr etmesine besdir, qururlanib lovgalanmasina deyil, yene deyirem shamili shamileden onun avar (lezgi, cecen ve s.)olmasi deyil, muselman olmasi idi. Allah amaninda!

Muhammed 05-02-2009 , 16:05
Imam Shamil
Çoxlari İmam Shamilin Türk,Çeçen olduğunu deseler de bu yanliş melumatdir,Shamil esl AVARDİR,VE men de fexr edirem ki me SHamilin nevesiyem

nizami63 16-01-2009 , 22:44
Şeyx Şamil (1797-1871
onun əsl adı Əli dir...Həzrət Əlinin şərəfinə bu ad ona anadan olarkən valideynləri tərəfindən verilmişdir. Bu barədə onun özü tərəfindən məşhur azərbaycanlı şərqşünas alim Mirzə Kazım bəyə məlumat verilmişdir.

IGIDOVLAR 19-12-2008 , 10:50
QAFQAZ QARTALI
ASSALAMU ALEYKUM.MILLIYETCE AVAR OLAN SEYX SAMIL ILK NOVBEDE ISLAM TARIXININ EN BOYUK MUCAHIDLERINDEN BIRIDIR ONUNLA NEINKI AVAR XALQI HEMCININ DAGISTAN,CECENISTAN HAMDE BUTUN ISLAM DUNYASI FAXR EDIR.DUNYA TARIXININ 70 GENERALISSIMUSLAR ARASINDA ADININ QEYD OLUNMASI BUTUN MUSALMANLAR UCUN BOYUK BIR FAXRDIR.ALLAH ONDAN RAZI OLSUN

kerimli gunel-29-10-2008-14-41 29-10-2008 , 14:41
duaaaaaaaaaaaaaaaaaaa
la ilahi illah muhammedin resul allah........................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................

rehmanov rehman.29.10.2008/14-37 29-10-2008 , 14:37
koroglu
koroglu bir xalq qhremanidir.
onun atasinin adi ali olmusdur.
ali kisi padsahin naxircisi olmusdur.
bir gun padsah ali kisini isden qovur hemcininde gozlerini cixardir.
ve ona iki pis gune dusmus at verir.
koroglunun esil adi rehman olmusdur ancaq atasi kor olduqdan sonra rehmanin da adi deyisib koroglu olmusdur.

haciyev rehman,29-10-2008,14-28 29-10-2008 , 14:28
qacaq nebi
qacaq nebi azerbaycanin xalq qehramanadir.o car hokumetine qarsi cixan bir insan olub.onun heyat yoldasi hecer xanimda qacaq nebinin silahdasi olub.qacaq nebini tuta bilmeyen hokumet heceri tutub hebsxanaya salmisdir.asiqlar hecerin dilinden deyermisler ki qazamat istidir yata bilmirem dusmenim gucludur bata bilmirem ayaqda qandalaq qaca bilmirem menim bu gunumde gelesen nebi qazamat dalini delesen nebi..........


Share |


Şərh əlavə et

Müəllif    
Mövzu





 

çap versiyası     göndər     yuxarı

 
Vote For Us!
© 2005-2006 by AzeriMuslims TEAM. All right reserved.
Design © 2006 by AzeriMuslims. All right reserved.