Sual # 1136
(Şəriət və fiqh )
Niyə namaz qolu bağlı şəkildə qılınır?
Salam. Qolu bağlı qılınan namaz haqda bilmək istərdim.
Niyə namaz bu şəkildə qılınır?
Akif
Əleykəsalam. Əziz qardaş. Namazda əllərin bağlanması sünnətdir. Bu səbəbdən də əlləri yana salaraq qılınan namaz səhihdir. Həhəfi, Şafei və Həmbəli məzhəblərinə görə, namazda əllərin bağlanması sünnətdir. Maliki məzhəbinə görə, əllərin yana salınması sünnətdir. Cəfəri məzhəbinə görə isə, namazda əllər yana salınaraq qılınır.
Malikilərdən başqa, əksəriyyət islam alimləri təkbirdən sonra namaza başlayan şəxsin sağ əlini sol əli və biləyinin üzərinə qoymasının sünnət olduğu deyiblər.
Kabisa bin Hulbün belə buyurub: “Peyğəmbərdən (Allahın salamı ona olsun!)” imam durar, namazda sol əlini sağ əlinin üzərinə qoyardı”.
Səhl bin Sad (Allah ondan razı olsun!) rəvayət edib: “İnsanlara namaz qılarkən sağ əllərini sol əllərinin üzərinə qoymaq əmir olunurdu”.
İbn Məsud (Allah ondan razı olsun!) belə rəvayət edib: “Bir gün peyğəmbər bir nəfərin sol əlini sağ əli üzərinə qoyaraq namaz qıldığını görür. Bu zamann Peyğəmbər (Allahın salamı ona olsun!) onun sağ əlini sol əli üzərinə qoyur.”
Hz.Əli (Allah ondan razı olsun!) buyurub: “Sağ əli sol əlin üzərinə və göbəyin altına qoyulması sünnətdir.”
Sualı saytın eksperti Dilavər Məmmədov cavablandırdı.
/AzeriMuslims/
423 dəfə oxunub