Sual # 1135
(İbadətlər)
Bacı ilə camaat namazı qılınarkən bacı qardaşın yanındamı durmalı, yoxsa arxasında?
Əssəlamu aleykum. Bacı ilə camaat namazı qılınarkən bacı qardaşın yanındamı durmalı, yoxsa arxasında?
Royal
Əleykəsalam. Beş vaxt namazı camaatla qılmaq möminlər üçün bəyənilən və təşviq edilən bir əməldir. Peyğəmbərimiz (Allahın salamı ona olsun) bütün namazlarını camaatla qılmaqla yanaşı, bir çox hədislərində namazı camaatla qılmağın fəziləti haqda danışmış, camaat namazının savabından məhrum qalmamağı tövsiyə etmişdir.
Namazın camaatla qılınması qadınlar üçün vacib olmasa da, onlar da imkan nisbətində bu savab əməldən öz paylarını ala bilərlər.
Əgər qadınlar öz aralarında cammat namazı qılmaq istəsələr, bu zaman imam olan qadın ortada durmalı, digərləri isə onun yanında səf tutmalıdırlar. Yəni imam olacaq qadın cammatın önünə keçə bilməz.
Evdə ailəvi şəkildə cammat namazı qılınacağı təqdirdə, ailə fərdləri bu tərzdə düzülməlidirlər.
Əgər ata imam olarsa, oğlan uşaqları onun arxasında, ana oğlan uşaqlarının arxasında, qız uşaqları isə anadan bir səf geridə durmalıdırlar. Beləliklə namazlarını yerinə yetirmiş olarlar.
Evdə sadəcə ər və xanımı varsa, belə vəziyyətdə kişi imam, qadında camaat olur. Bu zaman qadın kişidən bir səf geridə durmalıdır.
Əgər qardaş və bacı cammat namazı qılarlarsa, bu zaman yuxarıda qeyd etdiyimiz qaydaya riayət etməlidirlər. Yəni, qardaş imam, bacı isə ondan arxada durmalıdır.
Hər şeyin ən yaxşısını Allah bilir!
Sualı cavablandırdı saytımızın eksperti Dilavər Məmmədov.
/AzeriMuslims/
363 dəfə oxunub