Sual # 1134
(Əxlaq və ailə)
Hamilə qadın hamiləlik dövrünü xeyirli başa vurmaq üçün və dünyaya xeyirli övlad gətirmək üçün hansı duadarı, zikirleri etsə yaxşı olar
Salam Aleykum əziz müsəlman möminlər.Allah sizlərdən razı olsun
Aqibetiniz də xeyirli olsun İnşaAllah.Amin.Sualım belədi: Hamilə qadın hamiləlik dövrünü xeyirli başa vurmaq üçün və dünyaya xeyirli övlad getirmək üçün hansı duaları, zikirləri etsə yaxşı olar? Yeməkdə nəyi yeməli və nəyi yəməməlidir? Əziz Pəyğəmbərimizin (s) bu barədə hansı gösterişləri var? Əvvəlcədən cox sağ olun. Allah hər zaman sizlərdən razı olsun.
Kənan
Əleykəsalam. Məsələni çox uzatmadan sualınıza keçə bilərik. Hamiləlik dövründə 9 ay müddətində davamlı olaraq aşağıdakı qaydalara əməl edilməsi tövsiyə olunur:
Hər zaman dəstəmazlı olmağa çalışın,
Günahlardan qorunmağa diqqət edin,
Əlinizdən gəldiyi qədər müstəhəb olan ibadətləri yerinə yetirin,
Səbirli olmağa çalışın, əsəbdən özünüzü qoruyun,
Qurani-Kərimə daha çox qulaq asmağa və oxumağa çalışın,
Namazlardan sonra 33 dəfə Allahu Əkbər, 33 dəfə Əlhəmdulillah, 33 dəfə Subhanallah deyin,
Ana bətnində uşaq hərəkət edərkən əlinizi qarnınızın üzərinə qoyub salavat gətirin və ixlas surəsini oxuyun,
Allahı çox düşünün,
İnsanlara kömək əlinizi uzadın,
Qiybətdən və yalandan uzaq durun,
Namazları vaxtında qılın.
Hamiləlik dövründə qadının bu qidalarla bəslənməsi daha faydalı olar:
Armud: ürəyin güclənməsinə, mədənin təmizlənməsinə kömək edir.
Nar: cümə günləri səhər yeməyi yeməzdən əvvəl nar yemək qanın artmasına, ürək bulanmasının qarşısının alınmasına kömək edir.
Əncir: ağız qoxusunun aradan qalxmasına və sümüklərin güclənməsinə zəmin yaradır.
Bunlarla yanaşı badam, xurma, balıq, bal, zeytun yağı, süd məhsulları yemək məsləhət görülür. Qeyd edək ki, fındıq, badam bu kimi meyvələri yeyərkən həddindən çox yeməmək məsləhət görülür.
Sonda qeyd edək ki, meyvələrdən istifadə edərkən xaricdən gətirilmiş, genetikası dəyişdirilmiş və hormonlu meyəvələrdən istifadə etməkdən çəkinin. Bu həm sizin, həm də ki, dünyaya gətirəcəyiniz körpənin sağlamlığı üçün təhlükəlidir. Daha çox ölkəmizdə yetişdirilən, ucuz və qurdlu meyvə, tərəvəzdən istifadə etməyiniz tövsiyə edilir.
Sualı cavablandırdı saytımızın eksperti Dilavər Məmmədov.
/AzeriMuslims/
299 dəfə oxunub