Sual # 1133
(İbadətlər)
Namazı xəstə olarkən uzanmış ve ya oturmuş vəziyyətdə qılmaq olarmı?
Salam aleykum.Mən uzun müddətdi ki ibadətlə məşğulam. 3 ildi mənim belimdə feqərələrarası sürüşmə var. Hazırda müalice alıram. Həkimlər mənə çox əyilib qalxmamağıi məsləhət görürlər. Mən bilmək istərdim ki, müvəqqəti olaraq uzanmış ve ya oturmuş vəziyyətdə ibadət etmək nə qədər dogrudur?.Belə ibadət etmək olarmı? Xahiş edirəm bu barədə ətraflı yazın.
Nuran
Əleykəssalam. Ayaq üstündə dura bilən, ancaq rüku və səcdəyə getməkdə çətinlik çəkən insanlar namazlarını ayaq üstə qıla bilərlər. Bu zaman rüku, səcdə və salamları baş hərəkətləri ilə edərlər. Yəni, həmin adam qiyamda ikən başını dik saxlayacaq, rüku vaxtı başını bir az aşağı əyəcək, səcdə zamanı isə başını tam əyərək namazını tamamlamış olacaq.
Əgər xəstənin ayaqda durmağa taqəti yoxdursa, oturaraq namazını qıla bilər. Bu zaman rüku üçün oturduğu yerdən bir az əyilir, səcdələri isə eyni ilə yerinə yetirər. Oturaraq namaz qılan şəxs rüku və səcdəyə gedə bilmirsə, bunları da baş hərəkətləri ilə yerinə yetirə bilər.
Əgər bir insan ayaq üstə və oturaraq da namaz qıla bilmirsə, bu zaman namazını uzanaraq baş hərəkətləri ilə qıla bilər.
Hər şeyin ən yaxşısını Uca Allah bilir.
Sualı cavablandırdı saytımızın eskperti Dilavər Məmmədov.
/AzeriMuslims/
264 dəfə oxunub