Sual # 1132
(Əxlaq və ailə)
Əmioğlu və əmiqızının kəbini Allah tərəfindən kəsilmiş olur?
Salam. Mən öz əmim oğlu ilə nişanlanmışam və bu yaxınlarda bir söz eşitmişem ki, əmioğlu və əmiqızının kəbini Allah tərəfindən kəsilmiş olur. Bu nə dərəcədə düzgündür? Xahiş edirəm cavablandırasınız. Hər şeyin doğrusunu Allah bilir. Şükür olsun!
Əhlibeyt aşiqi.
Əleykümsalam. Allaha həmd olsun
Əmiqızı ilə əmioğlu arasındakı evlilik caiz bir evlilikdir. Müsəlmanlar arasında yayğın bir haldır. Allah Rəsulu (s) da öz qızını əmisi oğlu olan hz. Əli ilə evləndirmişdi.
Ancaq əmioğlu ilə əmiqızının nikahının Allahın kəsməsi barədə bir dəlil yoxdur. Bu xalq arasında belə bir evliliyə təşviq üçün söylənmiş bir sözdür. Əmiqızı və əmioğlu bir-biri ilə evlənə bilər və evlənmədikcə bir-biri ilə naməhrəmdirlər, aralarında təsəttür vacibdir. Evləndikləri zaman da hamı kimi şahidlərin qarşısında şəriətin buyruğu üzrə nihaklanarlar. Onların Allah tərəfindən əvvəlcədən kəsilmiş bir kəbinləri yoxdur.
Yetişkin əmioğlu və əmiqızının bir-birləri ilə evlənmə məcburiyyətləri də yoxdur. Sizin söylədiyiniz ifadə ilə xalq arasında bəzən yarı zarafat yarı gercək bu ikisinin evlənmələrinin vacibliyi qəsd olunur ki, bu tamamilə yanlışdır. Əmioğlu və əmiqızə istərlərsə bir-birilə evlənərlər, istəməzlərsə evlənməzlər. Onların hökmən bir-birilə evlənməsi kimi üzərlərində şəri bir öhdəlik yoxdur.
Allah sizi xoşbəxt etsin, ailənizi iman üzrə bərqərar qılsın.
Suala saytın eksperti Ramin Vəkilov cavab verdi.
/AzeriMuslims/
401 dəfə oxunub