Sual # 1131
(Əqidə)
Əqidə haqqında hansı kitablar daha faydalı və düzgündür?
Assalamu aleykum. Əqidə haqqında hansı kitablar daha faydalı və düzgündür?
Əli
Əleykümsalam. Həmd olsun Allaha. Bir müsəlmanın öz əqidəsi ilə maraqlaması gözəl haldır. Əqidə bizim inanc sistemimiz deməkdir. Yəni nəyə inanırıq necə inanırıq. Bu məsələ əhəmiyyətlidir ona görə ki, əqidə insanın axirətdəki yerini müəyyən edir. Əqidənin yanlışı və doğrusu bu dünyadakı əməllərimizdə əks olunur və bizi ya salehlərdən ya da fasiqlərdən edir. Bu gün dünyada şahid olduğumuz bir çox könül bulandıran hallar əslində fərdin və ya cəmiyyətin inanc yönündəki böşluqlardan yanlışlıqlardan qaynaqlanır.
Sizin sulaınızın cavabına gəldikdə isə əvvəla qeyd edək ki, bu məsələyə geniş yanaşmaq lazımdır. Əqidə və əqidəni öyrənmək əslində hansısa dövrdə yaşamış bir alimin qələmə aldığı bir kitabı oxumaqla məhdudlaşmaz. Əqidə təməlli dərk olunmalı olan bir vaqiədir.
Hər bir müsəlmanın ilk əqidə kitabı Allahın Muhamməd (s) bin Abdullah əl-Qureyşiyə nazil etdiyi “Qurani-Kərim”dir. Qurani-Kərim müsəlman həyat tərzinin, onun əqidəsinin, hüquq sisteminin, mədəniyyətinin ilk mənbəyidir. Buna görə əvvəla bu müqəddəs kitabı siz yaxşı-yaxşı oxumalısınız. Təbii ki, kiçik bir təfsiri ilə yanaşı (Məsələn dilimizə də tərcümə olunmuş Əbdürrəhman əs-Sədinin təfsiri).
Qidəmizin mənbəyi olan ikinci əsas qaynaq isə Allah Rəsulunu səhih sünnətidir. Əqidəni təməlli öyrənmək istəyən müsəlman üçün təbii ki Allah rəsulunun hədislərinə baş vurmaq mühümdür. Bu ümmətin üləması Allah Rəsulunun hədislərini toplamış onları saf-çürük etmiş, sistemləşdirmişdir. Bu gün əlimizdə Səhih-Buxari, Səhih–Müslim və s. kimi mötəbər Hədis qaynaqları vardır. Ancaq təbii ki, bu ədəbiyyat çox geniş olduğu və onlardan konkret bir yöndə (əqidə) faydalanmaq üçün oxumaq çox uzun və çətin prosesdir. Bu müəyyən qədər vaxt və ixtisas tələbə edən işdir. Amma hamının faydalanması üçün qısa hədis topluları vardır. Bunlardan biri də İmam Nəvəvinin 40 Hədis toplusudr. (Eyni əsərə İbn Rəcəb əl-Hənbəli çox gözəl bir şərh (Camiul-Hikəm) yazmışdır).
Bütün bunların yanında Rəsulullahən həyat tarixcəsini oxumağın da İslam əqidəsinin anlaşılmasında təməl yeri vardır. Buna görə hökmən yaxşı bir siyər (Rəsulullahın həyat tarixcəsi) kitabı oxuyun. (Bu barədə ən məqsədə uyğun kitablardan biri Ramazan əl-Butinin (Fiqhus-siyrə) əsəridir. (Türkcəyə tərcümə olunmuşdur.)
Yuxarıda sizə xatırlatdığımız üç sahədə (Quran, Hədis, Rəsulullahın həyatı) qiraətiniz, bilginiz olmadan bir başa hər hansı bir əqidəyə aid kitabı oxumağınız bir o qədər faydalı olmayacaqdır. Bu üç yöndə bazası olmayan qardaşların birbaşa əqidə kitablarından oxuduqlarını yanlış anladıqları həyatda tətbiqatında ciddi səhvlərə yol verdikləri təcrübə ilə sabitdir.
Bütün bunlarla yanaşı təbii ki, əhli sünnət əqidəsini əhatə edən bir çox kitab vardır. Bunların arasında müəyyən məzhəbi fərqlər olsa da təməldə eynidirlər. Bu kitablara missal olaraq Ömər Nəsəfinin (Əqidıtun-Nəsəfiyyə) adı ilə məşhur kitabını deyə bilərik. Bu kitab Hənəfi məzhəbinin yayğın olduğu ölkələrdəki mədrəsələrdə tarixən tədris edilmişdir bu gün də tədris edilir.
Eyni zamanda Əbu Cəfər Tahavinin Əqidəti-təhəvi adı ilə məşhur kitabı müəllifi hənəfi olsa da bütün əhli-sünnət arasında qəbul edilmişdir.
Şeyxül-İslam İbn Teymiyyənin Əqidətul-Vasitiyyə əsəri də bu sahədə yazılmış mötəbər kitablardan biridir.
Müasir müəlliflərdən Seyyid Sabiqin də bir “Əqaid” Kitabı vardır.
Bütün yuxarıda qeyd etdyimiz kitablar türkcə vardır. Təbii ki bunların arasında müəyyən işin əsası bağlı olmayan fərqliliklər görəcəksiniz. Bu fərqliliklər arasında hansını seçmək isə sizin yuxarıda qeyd etdiyimiz bazanı gözəlcə qiraət etdikdən sonra sizə daha asan olcaqdır.
Allah elminizi artırsın.
Sualı cavablandırdı saytın eksperti Ramin Vəkilov.
/AzeriMuslims/
296 dəfə oxunub