Sual # 1130
(İbadətlər)
Dodağdan öpmək namazı pozurmu?
Salam. Zəhmət olmasa cavablandırasınız. Sevdiyim qız namaz qılır. Onu dodağından öpmək nə dərəcədə düzgündür? Namazı pozularmı?
Murtuz
Əleykümsalam. İslam qarşı cinslərin bir-birilərinə toxunmaları, öpmələri və s. bu kimi işlər üçün müəyyən bir qayda qoymuşdur ki, bu qayda da məhrəmiyyətdir. Qızın və oğlanın bir-birinə məhrəm olması üçün isə aralarında nikahın olması şərtdir. Nikah olmadığı təqdirdə heç bir məhrəmiyyətdən söhbət gedə bilməz. Suala gəlincə, qeyd etdiyiniz məsələ - sevdiyiniz qızla öpüşmək də ancaq nikahdan sonra mümkündür. Nikah olmadan qız və oğlanın öpüşməsi böyük günah və dolayısı ilə zinaya aparan yoldur, haramdır.
Uca Allahın kitabında bu ayələri qeyd etmək yerinə düşər: “O kəslər üçün ki, böyük günahlardan, rəzil (fuhuş) işlərdən çəkinər...” (əş-Şura 37) “O müttəqilər ki, bir günah (fuhuş) iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini bildikdə bir daha ona qayıtmazlar.” (Ali-İmran, 135); “Kiçik günahlar (xətalar) istisna olmaqla, böyük günahlardan və rəzil (fuhuş) işlərdən çəkinərlər...” (ən-Nəcm, 32).
Cütlər arasında öpüşmənin ancaq nikahdan sonra mümkün olacağını qeyd etdikdən sonra deyə bilərik ki, nikahlı qız istədiyi və ya evləndiyi oğlanla öpüşərsə, namazı pozulmaz.
Sualı saytın eksperti ilahiyyatçı Anar Rüstəmov cavablandırdı.
/AzeriMuslims/
1048 dəfə oxunub