Sual # 1129
(Ümumi)
“Allahu Əkbər”, “Hayyə ələl-fələh” və “Vitr” sözləri hansı mənaya gəlir?
Salam. “Allahu Əkbər”, “Hayyə ələl-fələh” və “Vitr” sözləri hansı mənaya gəlir?
Royal
Əleykümsalam. 1. “Allahu Əkbər” ərəb dilində olub, mənası “Allah ən böyükdür” deməkdir. “Allah ən böyükdür” demək Allahdan başqa böyük heç bir şeyin və heç bir kəsin olmadığı mənasına gəlir.
2.“Hayyə ələl-fələh” sözü azanda oxunan ifadələrdəndir. Mənası “xeyirə və qurtuluşa gəlin” deməkdir. Azan müsəlmanları namaza çağırış olduğuna görə, burada “hayyə ələl-fələh” deməklə insanlar namaza, dolayısı ilə qurtuluşa çağırılırlar. “Fəlah” sözü ərəbcədən “qurtuluş”, “salamatlıq” kimi tərcümə olunur.
3. “Vitr” ərəb dilində olub dilimizə “tək, bənzəri olmayan” kimi tərcümə olunur. “Vitr” sözü namaz üçün işlədildikdə sonu tək rükətlə (1,3,5 və s.) bitən namazı bildirir.
Sualı saytın eksperti Anar Rüstəmov cavablandırdı.
/AzeriMuslims/
565 dəfə oxunub