Salam. Özüm haqda danışmaq istərdim mən namaz qılır,oruc tuturam,Quranı da tərcüməsini oxuyuram. Amma çox narahat insanam,nə etsəm səhv etdiyimi düşünürəm. namazlarımı təkrar qılram tez tez and içirəm tərgidə bilmirəm bu adətmi. ən pisi isə etmədiyim şeyləri düşünüb özmə o qədər əzab verirəm ki, etmədiyim günahları təsəvvür edirəm.və bir də nə qədər qaçsam da haramdan gözmün qabağına həmişə gəlir, gecələr yata bilmirəm özümdən iyrənirəm yuxuda ancaq adi həyatıma yaşam tərzimə çox zidd olan pis iyrənc yuxular görürəm. istəmədiyim şeylər ağlıma gəlir,bir də dua edib ALLAHdan nəsə özümə istəyəndə olmur. fikrlərim çox qarışıqdır. ancaq ölməyimi və ya kiminsə öləcəyini düşünürəm. ALLAHın hüzurunda necə duracağımı düşünürəm amma heç nə edə bilmirəm. yaxşı insan olmaq üçün heç nə etmirəm. əvvəllər daha az günahlar edirdim elə bil yox olub gedir yaxşı xüsusiyyətlərim əvəzinə pislər gəlir. paxıllıq,hamını özümdən daha artıq görürəm ən azı onlar mənim qədər pis fikirli deyillər.mən nə edim? hamı məni çox yaxşı bilir,yəni qıraqdan eləyəm,əslində isə həmişə daxilimdə özüm özümlə mübarizə aparıram.mən necə huzur tapım?lütfən cavabı emaile göndərin xahiş edirəm.çox önəmlidir mənimçün. ALLAH razı olsun!